Şarl Mişelin Cənubi Qafqaza səfər proqramı açıqlanıb

2021/07/h_553-1626431096.jpg
Oxunub: 1407     14:16     16 İyul 2021    
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfər proqramı açıqlanıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-da regiona səfər edəcək Şarl Mişel Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla işgüzar şam yeməyində bir araya gələcək. İyulun 17-də o, N. Paşinyanla rəsmi görüş keçirəcək və onun ardınca mətbuat konfransında çıxış edəcək. Elə həmin gün Aİ rəsmisi Ermənistan Prezidenti Armen Sarkisyanla görüşəcək.

İyulun 18-də Aİ Şurasının Prezidenti Bakıya gələcək. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra mətbuat konfransı keçiriləcək.

İyulun 19-da Aİ lideri Gürcüstanda səfərdə olacaq. O, Gürcüstan Prezidenti, Baş naziri, Moldova və Ukrayna prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək. Ş. Mişel Batumi Beynəlxalq Konfransında çıxış edəcək. Ukrayna, Gürcüstan və Moldova Prezidentləri ilə görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Şarl Mişelin Cənubi Qafqaza səfər proqramı açıqlanıb

2021/07/h_553-1626431096.jpg
Oxunub: 1408     14:16     16 İyul 2021    
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfər proqramı açıqlanıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-da regiona səfər edəcək Şarl Mişel Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla işgüzar şam yeməyində bir araya gələcək. İyulun 17-də o, N. Paşinyanla rəsmi görüş keçirəcək və onun ardınca mətbuat konfransında çıxış edəcək. Elə həmin gün Aİ rəsmisi Ermənistan Prezidenti Armen Sarkisyanla görüşəcək.

İyulun 18-də Aİ Şurasının Prezidenti Bakıya gələcək. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra mətbuat konfransı keçiriləcək.

İyulun 19-da Aİ lideri Gürcüstanda səfərdə olacaq. O, Gürcüstan Prezidenti, Baş naziri, Moldova və Ukrayna prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək. Ş. Mişel Batumi Beynəlxalq Konfransında çıxış edəcək. Ukrayna, Gürcüstan və Moldova Prezidentləri ilə görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin