Qəbələdə Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi anılıb - FOTOLAR

2021/07/16263-14637186216.jpg
Oxunub: 1446     16:59     15 İyul 2021    
Ötən ilin iyulunda Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını almaq üçün keçirilən əks-hücum əməliyyatı zamanı həlak olmuş xalqımızın qəhrəman oğullarından olan Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun xatirəsi doğulduğu Qəbələ rayonunda silsilə tədbirlərlə anılır.

Ordu.az xəbər verir ki, iyulun 15-də şəhid generalın doğulduğu Vəndam qəsəbəsində anım tədbiri keçirilib.

Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələri üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ordu quruculuğundan, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edib, milli qürur mənbəyimiz olan general-mayor Polad Həşimovun qəhrəmanlığından söz açıblar. Şəhidlərin ruhuna dualar oxunub.

Şəhid generalın ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər:

Qəbələdə Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi anılıb - FOTOLAR

2021/07/16263-14637186216.jpg
Oxunub: 1447     16:59     15 İyul 2021    

Bizi "telegram"da izləyin