“Qaliblər düşərgəsi” maraqlı ekskursiya və qonaqları ilə davam edir - FOTOLAR

2021/07/e3459-9758121786.jpg
Oxunub: 12438     16:51     15 İyul 2021    
Şəhid övladları üçün nəzərdə tutulmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları bu dəfə ADA Universitetinə yollanıblar. Universitetin prorektoru Fariz İsmayılov Qaliblərlə görüşüb, onlara Universitet barədə məlumat verib.

Dövlət Miqrasiya Xidmətindən Ordu.az-a bildirilib ki, ali təhsil müəssisəsini gəzdikdən sonra uşaqlar Eltac Cəbiyev tərəfindən “Mən ixtisasımı seçməyə hazırammı? Gələcəyin və bu günün ixtisasları hansılardır?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü inkişaf etdirməliyəm: Liderlik bacarığı nədir?” mövzularında təlimləri dinləyiblər.


Düşərgədə günün proqramına uyğun olaraq, iştirakçılar divar üzərində rəsm, rəqs dərsləri, idman yarışlarına qatılıblar.

Qaliblər düşərgənin 10-cu gününün qonağı olan xalq şairi Ramiz Rövşəni qarşılayıblar. Xalq şairi yaradıcılığının müxtəlif mərhələləri və şeirlərinin ərsəyə gəlmə səbəblərindən danışıb, şeirlər səsləndirib, uşaqları maraqlandıran sualları cavablandırıb.


Qaliblər günə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya ilə yekun vurublar. Qoruğun tarixi ilə tanış olduqdan və ərazini gəzdikdən sonra əyləncəli viktorinalarda iştirak edərək hədiyyə qazanıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qaliblər-düşərgəsi  


Bizi "telegram"da izləyin