“1in.am”: Ermənistan yolunda rus “könüllü strukturları”

2020/11/16064-1606450589.jpg
Oxunub: 14863     16:28     07 İyul 2021    
“Türkiyə NATO-nun üzv ölkəsidir, lakin eyni zamanda Türkiyə ilə münasibətimiz hətta NATO-nun üzvü ilə tərəfdaş münasibətinə sahib olmağın lazım olduğuna dair nümunədir”.

Bu fikrin müəllifi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdur. O, Rusiyanın dövlət televiziyasında fikrini bildirib

“1in.am” nəşri yazır ki, Peskovun dedikləri maraqlı fikirdir.

“NATO üzvü olan ölkələrlə tərəfdaş münasibətinə sahib olmaq lazımdır və Rusiya prezidentinin sözçüsü Rusiya-Türkiyə münasibəti haqqında danışaraq istər-istəməz Ermənistana NATO-nun üzv ölkələri ilə münasibətlərini irəli aparmaq üçün kifayət qədər əsaslı arqument verir. Əlbəttə, tamamilə anlaşılandır ki, bu məsələdə Ermənistanın seçimi, Rusiyadan fərqli olaraq Türkiyə yox, başqa ölkə və ya ölkələr olmalıdır”, - deyə nəşr qeyd edib.

Müəllifin sözlərinə görə, bu işdə vacib məsələlərdən biri odur ki, “könüllü strukturlar” Ermənistan ictimai-siyasi xidmətçi dairələrinə sahibdir, bu dairələr eyni zamanda şəxsi və ya qrup marağı, hakimiyyət ambisiyaları naminə, Ermənistan yolunda inşa edilmiş bütün bunları “qanuniləşdirmək” üçün hər şey etməyə hazırdırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin