“Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlərin toplanılması davam etdirilir

2021/07/16255-1625573506.jpg
Oxunub: 17594     16:03     06 İyul 2021    
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yaradılmış “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlərin toplanılması davam etdirilir.

Bu barədə Ordu.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, fondda birinci və ikinci Qarabağ müharibəsi, Azərbaycanın Milli qəhrəmanları, şəhidlərimiz, qazilər haqqında kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılır.

Xatırladaq ki, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun əsas məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. Fond kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz iz qoyan, adlarını xalqımızın şanlı tarixinə əbədi yazan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq. Eyni zamanda, şəhid olmuş mərd oğulların şəxsi kitabxanalarındakı kitablar fondda sərgilənəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qarabağ-müharibəsi-qəhrəmanları  


Bizi "telegram"da izləyin