Ermənistan MTX və sabiq BQ rəisi arasında qarşıdurma - Sonuncu həbs edilə bilər

2019/12/movse-1576663701.jpg
Oxunub: 17837     14:28     01 İyul 2021    
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, hərbi nəzarət xidmətinin sabiq rəhbəri, general Movses Hakopyan dövlət sirrini yaymadığını iddia edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “Sputnik Armeniya”ya bildirib.

“Mən nə dediymi bilirəm. Mənim sözlərimdə heç bir dövlət sirri və şərh ediləcək bir məsələ də yoxdur”, - Hakopyan deyib.

O, hazırda Qarabağdadır və müstəntiqlər çağırsa, gedəcəyini vurğulayıb.

Bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti general Hakopyan dövlət sirrini yaydığına görə ittiham irəli sürüb və təqsirli şəxs qismində cinayət işinə cəlb edib. O, ittihamı qəbul etməyərək qeyd edib ki, istintaq prosesini gözləyəcək.

Qeyd edək ki, separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Hakopyan 2020-ci il noyabrın ortalarında istefa verib. O, həmin ayın 19-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Qarabağda “İskəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz. O, “Su-30 CM” çoxməqsədli qırcıların alınmasını mənasız adlandırmışdı.

A.Movsesyan Ermənistan hakimiyyətinin hərbi texnika alınması planını da tənqid etmişdi. O, alınan hava hücumundan müdafiə sistemlərinin yararsız olduğunu söyləmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin