Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib - VİDEO

2021/06/3b85c-1624112252.jpg
Oxunub: 1296     15:55     19 İyun 2021    
Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev vaxtilə gənclərə müraciətlə demişdir: “Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun. Vətəni qoruyun, xalq, Vətən sizin şücaətlərinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır”.

Bu, həqiqətən də belədir. Yüzlərlə, minlərlə Azərbaycan gənci Ulu Öndərimizin bu arzusunu, bu öyüdünü də Vətənə sədaqətli xidmətləri ilə döyüş meydanlarında təsdiq edərək əbədiyyət zirvəsinə ucalmış, xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.

Vətənin undulmaz igidlərindən, Azərbaycan Ordusunun fədakar hərbi qulluqçularından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. İndi o, həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevirilmişdir.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev 2010-cu il noyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində qəhrəman döyüşçülərimiz Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimində qeyd etmişdir ki, bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar.

Azərbaycan xalqı və Ordusu bu əmri düz on il səbirsizliklə gözlədi. Nəinki gözlədi, on il ərzində ordu quruculuğu məsələləri dövlətimizin başçısının Prezident kimi fəaliyyətində prioritet oldu. Ordumuz yeni texnika, texnologiya, ən müasir silahlar, aviasiya vasitələri, raket-artilleriya qurğuları, ən müasir pilotsuz uçuş aparatları ilə daha da möhkəmləndirildi, yüksək döyüş qabiliyyətli, müharibələrdə qazanılan döyüş taktikasına yiyələnən peşəkar kadrlarla komplektləşdirildi. Xüsusi təyinatlı təhsil müəssisələri hərbi təhsilin ən yeni mərhələsinə qədəm qoydu. Nəhayət, gözlənilən günün gəlib çatdığı 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımız və Ordumuz Vətən müharibəsinə qalxaraq təcavüzkar Ermənistana dəmir yumruğunun gücünü göstərdi və 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm tarixi Zəfərə nail oldu.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, iyunun 18-də, Mübariz İbrahimovun təkbaşına döyüşərək düşmənlərə xeyli itki verdiyi və şəhid olduğu gün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluquçusu Biləsuvar rayonuna gedərək şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ata ocağını ziyarət edib, şəhidin valideyinləri ilə görüşüb, bu yaxınlarda açılışı olacaq xatirə muzeyi ilə tanış olub, Vətənə layiqli oğul, Ordumuza mübariz döyüşçü bəxş etdikləri üçün İbrahimovlar ailəsinə minnətdarlıq ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Mübarizin davamçıları olan Vətən müharibəsi şəhidləri haqqında yazdığı “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabı qəhrəmanın atasına təqdim edib. Qəhrəmanın atası Ağakərim İbrahimov göstərilən diqqətə və xatirə kitabına görə Müdafiə Nazirliyinin rəhbərliyinə və müəllifə minnətdarlıq edib. Hər bir şəhidin Mübariz kimi ona doğma, əziz olduğunu, məhz bu şəhidlərin qanı hesabına, igidlərimizin şücaəti, xalqımızın birliyi, həmrəyliyi və əlbəttə, Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, dəmir yumruğu sayəsində möhtəşəm Zəfərə nail olduğumuzu iftixarla vurğulayıb.
Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib. Əvvəlcə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayan, şəhid hərbi qulluqçuların ailə üzvlərinə bir daha başsağlığı verən, onlara Vətənə layiqli övladlar yetişdirdiklərinə görə təşəkkürünü bildirən A.Qurbani kitabın nüsxələrini şəhidlərin doğmalarına təqdim edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəhid polkovnik-leytenant Orxan Əkbərovun, şəhid kapitan Nihad Babayevin, şəhid kapitan Cavid Mahmudovun, “Qarabağ” ordenli şəhidlərdən kapitan Elçin Tağıyevin, gizir Məhəmməd Əmənovun ailə üzvləri çıxış edərək övladları ilə qürur duyduqlarını deyib və şəhid oğullarının xidmətlərinin yüksək qiymətləndirildiyinə görə Müzəffər Ali Baş Komandana ömürləri boyu minnətdar olacaqlarını ifadə ediblər.

Şəhid Elçin Tağıyevin azyaşlı qızı Dəryanurun şəhidlər haqqında söylədiyi şeir tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Zamiq Mənsimov və Vətən Müharibəsi Veteranları İctimai Birliyi Biləsuvar rayon şöbəsinin sədri, Birinci Qarabağ müharibəsinin veteranı Seymur Qurbanov ölkəmizin digər bölgələrində olduğu kimi Biləsuvar rayonunda da bu gün hər bir vətəndaşın qələbə, zəfər əhvali-ruhiyyəsi ilə yaşadığını və hər an Müzəffər Ali Baş Komandanın əmrlərinə bir nəfər kimi hazır olduqlarını bildiriblər.

Bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu İbrahim Quliyev rayon gəncləri adından çıxış edib və Azərbaycan Ordusunda şəhidlərimizin, igid Vətən əsgərlərinin qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklərinə və şanlı hərb tariximizə yeni-yeni səhifələr yazacaqlarına and içib.

Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkilib.şəhid oğullarının xidmətlərinin yüksək qiymətləndirildiyinə görə Müzəffər Ali Baş Komandana ömürləri boyu minnətdar olacaqlarını ifadə ediblər.

Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan-ordusu  

Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib - VİDEO

2021/06/3b85c-1624112252.jpg
Oxunub: 1297     15:55     19 İyun 2021    

Bizi "telegram"da izləyin