Ordu.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.
O, hökumət başçısının Bakıya rəsmi səfərini yüksək qiymətləndirib.
Nazir bildirib ki, Gürcüstanın strateji tərəfdaşı - Azərbaycan məsələnin mümkün qədər tez həll olunmasına hazırlığını bir daha nümayiş etdirib: “Bu, olduqca vacibdir. Məsələnin həllində hər iki ölkənin maraqları nəzərə alınacaq. Baş nazirin Azərbaycana son səfəri zamanı hökm sürən ab-hava onu deməyə imkan verir ki, bu məsələ hər iki tərəfin strateji maraqlarına uyğun həll olunacaq”.
Ordu.az