Ordu.az xəbər verir ki, bu barədə Türkiyədəki yüksək rütbəli zabit “Defence News” nəşrinə bildirib.
O qeyd edib ki, enerji silahları ilə bağlı son aylarda ciddi görüşlər və müzakirələr təşkil edilib.
2010-cu ildən etibarən Türkiyənin müdafiə şirkətləri enerji texnologiyası üzərində çalışır və müsbət nəticələr hərbi planlaşdırıcıları təsirləndirib.
“Türk şirkətləri bu ixtisaslaşmış sahədə nisbətən yenidirlər, lakin bu günə qədər gördükləri işlər möhtəşəmdir. İlk 10 il nisbətən çətin keçdi. Növbəti on il ciddi nəticələr əldə ediləcək”, - deyə türkiyəli zabit qeyd edib.
“Roketsan” şirkəti 2019-cu ildə düşmən PUA-larını məhv edə və ya sıradan çıxara bilən “Alka” adlı ilk enerji silahını təqdim edib. Şirkət rəsmiləri bildirir ki, bu fəaliyyətlər PUA-ların getdikcə daha çox döyüş meydanında rol oynamasına cavab olaraq həyata keçirilir.
“Alka” PUA-ları məhv etmək və ya sıradan çıxarmaq üçün həm 50 kilovatlıq lazer, həm də elektromaqnit sistemləri ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az