"Active Denial System" - gələcəyin silahıdır

2021/03/6655-1614676969.jpg
Oxunub: 10976     13:32     15 Mart 2021    
"Active Denial System" (Aktiv rədd sistemi) ABŞ ordusu üçün hazırlanan ən maraqlı öldürücü olmayan silahlardan biridir. Bu sistem iğtişaşlarla mübarizə aparmaq üçün hazırlanıb. O, görünməz elektromaqnit şüalarını ötürməklə insanların dərisində yanma hissi yaradan və öldürücü olmayan enerji silahıdır. "Active Denial System" insanlarda ağrılara səbəb olur və onları sistemin istifadə olunduğu ərazidən qaçmağa və oranı tərk etməyə təşviq edir. Hərbi səlahiyyətlilər bu sistemi "Əlvida effekti" də adlandırırlar.

İnsanların dərisində yanma hissi yaratmaq qabiliyyətinə görə "Active Denial System" həm də "istilik şüası" da adlanır. ABŞ hərbçiləri üçün bu sistemi "Raytheon" şirkəti inkişaf etdirir. Müasir sistem modelləri 95 GHz-də elektromaqnit şüalarının ötürülməsi üçün sınaqdan keçirilir, bu da mikrodalğalı sobadan istifadə edilən 2.45 GHz-də olan radiasiyadan dəfələrlə çoxdur. Bu sistem insan dərisindəki su molekullarını 500 metr məsafədən 60-70 dərəcəyə qədər istiləşdirə bilir.

"Active Denial System" hərbi və hüquq-mühafizə orqanlarına qəzəbli və təhlükəli insan kütlələrini dağıtmaqda kömək etmək üçün hazırlanır. Sistem insanları yandırmır, yalnız dərinin kiçik bir hissəsinə təsir edir, lakin bu insanlarda müvəqqəti ağrılara səbəb olur. "Active Denial System" üzərində mübahisə də yaranıb. Tənqidçilər sistemin uzunmüddətli tətbiq nəticələrinin məlum olmadığını və bu silahların işgəncə aləti kimi istifadə edilə biləcəyini iddia edirlər.

Bundan əlavə "Active Denial System" maqnit lentinə və ya çip karta elektromaqnit dalğası göndərərək bank kartlarının işinə maneə də törədə bilər. Beləliklə, kartdakı balans üzrə faiz əldə etmək istəyən şəxs nəğd vəsaitsiz qala da bilər.

Bununla birlikdə, "Active Denial System" dünyanın hər yerində hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən böyük maraq oyadıb. Bir çox təhlükəsizlik mütəxəssisi, sistemin gözyaşardıcı qaz, su topları və rezin güllələr kimi digər izdihama nəzarət metodları ilə birlikdə istifadəsini gözləyir. "Active Denial System" "Discovery" kanalında "Gələcəyin Silahları" adı altında nümayiş olunub.

Hazırda "Active Denial System" vasitə üzərinə quraşdırılan silah olaraq mövcuddur. Bununla birlikdə ABŞ Dəniz Qüvvələri və ABŞ polisi bu cür cihazların portativ versiyaları üzərində işləyirlər. 2010-cu ilin iyununda ABŞ hərbi qüvvələri "Active Denial System"i Əfqanıstanda yerləşdirdi. Lakin mediada bu sistemin istifadəsi ilə bağlı məlumatlar yayıldıqdan sonra onu Əfqanıstandan çıxardılar. ABŞ ordusu sistemin sınaqlarının davam etdiyini bildirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Active Denial System" - gələcəyin silahıdır

2021/03/6655-1614676969.jpg
Oxunub: 10977     13:32     15 Mart 2021    

Bizi "telegram"da izləyin