İstiqamətli enerji silahına konseptual baxış - Elektromaqnit silah

2021/03/4554-8073428375.jpg
Oxunub: 12103     17:13     02 Mart 2021    
İstiqamətli enerji silahı (İES) ölümcül və ya digər bir effekt əldə etmək üçün, naqil və ya digər keçiricilərdən istifadə etmədən enerjini müəyyən bir istiqamətə yönləndirən silahdır.

Əsasən bu cür silah növləri elmi fantastika kitablarında təsvir edilirdi, video oyunlar, filmlər və cizgi filmləri, funksional olmayan oyuncaqlar mövcuddur.

Yalnız bir növ İES-in inkişafı, Elmi Tədqiqat təcrübələri və sınaq mərhələsindədir.

Enerji ötürməsinin əsas növləri

İES-də istifadə olunan enerji ötürməsinin əsas növləri aşağıdakılar ola bilər:

elektromaqnit dalğaları:
mikrodalğalar (məsələn, lazer və mazerdəki);
elektrik boşalması (elektrikli lazerlərdə);
infraqırmızı və istilik şüalanması;
ionlaşan (yüklənən) hissəciklərin yönəldilən axını;
məhvetmə elementlərinin akustik titrəyişli kinetik enerjisi və səs.

İES növləri

Elektromaqnit silahlar
Mikrodalğalı silahlar
Lazer silahı
Elektrikli lazer
Şüa silahları
Telefors qurğuları
Plazma silahı
Odsçanlar
Kinetik silahlar
Sürətləndirici silahlar
Relsotron
Qauss topu
Akustik silahlar
Kosmik toplar
Akustik silahlar
İnfraqırmızı silahlar
Uzaqmənzilli akustik cihazlar
Psixotron silahlar

Elektromaqnit silah

Elektromaqnit (EMİ) silah mərmiyə ilkin sürət vermək üçün bir maqnit sahəsinin istifadə edildiyi və ya elektromaqnit şüalanma enerjisinin hədəfə birbaşa məhvetmə üçün istifadə edildiyi bir silahdır.

Birinci halda, atıcı silahların partlayıcı maddələrinə alternativ olaraq maqnit sahəsindən istifadə olunur. İkincisində isə yüksək gərginlikli cərəyanları tuşlamaqla, həddindən artıq gərginlik nəticəsində həm elektrik/elektron cihazları sıradan çıxarmaq, həm də insanlarda ağrı və ya digər təsirlər yaratmaq mümkündür. İkinci növ silahlar insanlar üçün təhlükəsizdir, düşmənin texnikasını sıradan çıxarmaq və ya onun çanlı qüvvəsini döyüşə hazırlıq vəziyyətindən mərhum etməyə hesablanıb və qeyri-öldürücü silahlar kateqoriyasına aiddir.

Fransanın DCNS gəmiqayırma şirkəti "Advansea" proqramını inkişaf etdirir, bu müddət ərzində lazer və elektromaqnit silahları ilə tam elektrikləşdirilən yerüstü döyüş gəmisinin yaradılması planlaşdırılır.

Elektromaqnit silahlarının növləri

Mikrodalğalı toplar
Aktiv Kənarlaşdırma Sistemləri
Müxtəlif döyüş başlıqlı elektromaqnit bombalar

Raketlərin və dəqiq döyüş sursatlarının EMİ ilə məhv edilməsi

Aşağıdakı tip struktur elementləri olan raketlər EMİ silahlarına qarşı həssasdır:
RLS-ə malik olan radilokasiya əleyhinə raketlər;
Ekranlanlaşmayan naqil ilə idarə olunan 2-ci nəsil TƏİRK-lər (TOW və ya "Faqot");
Zirehli maşınlar üçün aktiv axtarış radarlarına malik olan raketlər ("Brimstone", JAGM, AGM-114L "Longbow Hellfire");
Radio kanal ilə idarə olunan raketlər (TOW "Aero", "Xizantema");
Sadə GPS naviqasiya qəbulediciləri olan yüksək dəqiqlikli bombalar;
Öz radarlarına malik sursatlar (SADARM).

Metal korpus arxasındakı raketin elektronikasına qarşı bir elektromaqnit impulsunun istifadəsi səmərəsizdir. Əsasən öz radarlarına sahib olan raketlərin başlıq tərəfinə təsir mümkündür.

Elektromaqnit silahlardan, "Armata" tank platformasında mövcud olan "Ranets-E" elektromaqnit döyüş generatorundan və "Afganit" aktiv qorunma kompleksindən raketləri məhv etmək üçün istifadə olunur.

Partizan mübarizə vasitələrinin EMİ silahı ilə məhv edilməsi

EMİ partizan müharibəsinə qarşı təsirlidir, çünki məişət elektronikasının EMİ-yə qarşı qorunması yoxdur.

EMİ-nin ən tipik məhvetmə obyektləri:

terrorçu və diversiya hərəkətləri üçün ənənəvi həvəskar radio cihazları da daxil olmaqla elektron qoruyucuları olan bütün radiominalar və minalar;
EMİ-dən qorunmayan daşınan piyada radio rabitə cihazları;
məişət radiostansiyaları, mobil telefonlar, planşetlər, noutbuklar, elektron ov nişangahları və bu kimi elektron məişət texnikaları.

EMİ silahdan mühafizə

Radar və elektronikanı EMİ silahlarından qorumaq üçün bir çox təsirli vasitə mövcuddur.

Tədbirlər üç kateqoriyada tətbiq olunur:

elektromaqnit impuls enerjisinin girişinin bloklanması;
elektrik dövrələri içərisində sürətli açılma zamanı induksiya cərəyanlarının basdırılması;
elektromaqnit şüalanmasına həssas olmayan elektron cihazların istifadəsi.

Cihazın girişindəki EMİ enerjisinin bir hissəsini və ya hamısını kənarlaşdırma vasitələri

AFAR-da EMİ-dən qorunma vasitəsi olaraq, radarda tətbiq edilən elektromaqnit induksiya tezliklərini kənarda kəsən "Faradey hüceyrələri" onunla üst-üstə düşür. Daxili elektronika üçün sadəcə dəmir ekranlardan istifadə olunur.

Bundan əlavə, qığılcım boşaldıcısı, antenin arxasında enerji kənarlaşdırıcı kimi istifadə edilə bilər.

Güclü induksiya cərəyanları meydana gəldikdə sxemlərin açılması vasitələri

Güclü induksiya cərəyanları yarandığı halda daxili elektronikanın sxemlərini açmaq üçün stabilitronlardan istifiadə edilir. Onlar müqavimətin kəskin artması ilə parçalanma rejimində işləmək üçün hazırlanan yarımkeçirici diodlardır; varistorlar isə həddindən artıq tətbiq olunan gərginliyin artması zamanı müqavimətini kəskin dərəcədə, onlarla və ya minlərlə om-dan bir neçə om-a qədər azaltmaq imkanına malikdirlər.

EMİ həssas elektron cihazlar

Bəzi elektron qurğular EMİ-yə qarşı immunitetə malikdir və bununla mübarizə aparmaq üçün bir vasitə kimi istifadə olunur:

Siqnal ötürmək üçün bir optik kabeldən istifadə;
LTCC texnologiyalarının istifadəsi, silikat platanın induksiya cərəyanlarından və ya başqa bir şəkildə naqilləri 1000 ° C-yə qədər qızdırmaqla bu cihazın zərər görməməsinə imkan verir, çünki LTCC paneli texnoloji olaraq belə bir rejimdə əldə edilir. Nəzərə almaq lazımdır ki, bu "şüşə üzərində çap olunan elektron lövhədəki izlər" şəklində tətbiq olunan LTCC panelinin yalnız antenlərin və naqillərin həddindən artıq istilənməsindən qorunmaya aiddir. Panelə lehimlənən çiplər, antendən gələn siqnalın girişində metal korpuslu qorunmaya, tənzimləyicilərə, stabilitron və varistorlara malik olmalıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İES   EMİ   Elektromaqnit-silah  

İstiqamətli enerji silahına konseptual baxış - Elektromaqnit silah

2021/03/4554-8073428375.jpg
Oxunub: 12104     17:13     02 Mart 2021    

Bizi "telegram"da izləyin