Təyyarə mühərrikindəki problemlər fonunda Çinin hipersəs raketləri

2020/06/15916-4777911069.jpg
Oxunub: 2618     16:18     20 İyun 2020    
Çin hipersəs qanadlı raketlərini sınamaqla ölkənin uğurlarını açıqladı. Bu vaxta qədər Rusiya hipersəs raketin işlək prototipinə sahib olan yeganə ölkə idi.

Çin Mərkəzi Televiziyası (CCTV), Çin Elmlər Akademiyasının Mexanika İnstitutunun kollektivinin Fanq Syuetszyunun rəhbərliyi ilə hazırladığı hipersəs silah sahəsində bir irəliləyiş əldə etdiklərini açıqladı. ÇXR-in öz hipersəs raketlərinin inkişafı ilə bağlı söylədiklərinin nə dərəcədə həqiqət olduğu hələ dəqiq məlum deyil. Bir tərəfdən, hətta Duqlas Barri kimi ABŞ analitikləri deyirlər ki, ÇXR üçün hipersəs silahlarının inkişafı yaxın bir neçə ilin məsələsidir. Digər tərəfdən isə Pekin bu istiqamətdə araşdırmalar aparmaq üçün səy və ehtiyatlarını əsirgəmir.

2019-cu ilin payızında "Sina" agentliyi Pekindəki hərbi paradda nümayiş olunan DF-17 raketinin oxşar Rusiya və ABŞ inkişaflarına görə üstünlüklərini izah edən material dərc etdi. Məqaləyə görə, raketin məsafəsi 1800-2500 km-dir, hipersəs qlayderinin raket sürətləndiricisindən ayrılması isə 60 km yüksəklikdə həyata keşirilir. Bundan sonra, düşmən raketdən müdafiə sistemləri tərəfindən atılan raketləri məhv etməyə imkan verən döyüş başlığının traektoriyasını tənzimləməsi mümkün olur. Hipersəs hissənin xüsusi sürəti haqqında məlumatlar isə 5.5 Maxdan 7.5 Maxa qədər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru, general-leytenant Robert Eşli qeyd edir ki, ÇXR son zamanlarda dünyanın bütün digər ölkələrinin birlikdə həyata keçirdiklərindən daha çox raket sınağı keçirib. Beləliklə, hipersəs raketlər yaratmaqda uğurların həqiqət olması mümkündür. Bəs onda Çin layihələrinin realizmi ilə bağlı şübhələr necə yarana bilər?

ÇXR-in 70 illik yubileyi şərəfinə təşkil edilən paradda Çinin hipersəs DF-17 raketləri

Hər şey çox sadədir: son vaxtlara qədər Çin Rusiya Federasiyasından hərbi təyyarə mühərriklərinin ən böyük alıcılarından biri olub və belə də qalmaqdadır. Bu isə açıq-aşkar səylərinə baxmayaraq, indiyə qədər ÇXR-in yaxşı işləyən təyyarə mühərriklərini yarada bilmədiyini göstərir, deməli Çin tərəfi onları Rusiyadan almağa məcburdur. İndi isə Çin mühəndisləri raketlər üçün öz hipersəs mühərriklərini hazırladıqlarını iddia edirlər.

Ötən ilin yanvar ayında Çendu Aviasiya Elmi Tədqiqat və Dizayn İnstitutunun mütəxəssisləri bu barədə hesabat verdilər. Təklif edilən güc qurğusu eyni korpusda turboreaktiv, hava-reaktiv və düz axımlı turbo mühərrikləri birləşdirirdi. Çin mütəxəssislərinin fikrincə, belə bir birləşmiş mühərrik təyyarələri sıfır sürətdən 10 Maxa qədər sürətləndirə biləcək.

Raket sürətləndikdə əvvəlcə turboreaktiv mühərrik istifadə olunur, 2 Maxdan çox sürətləndikdə bu mühərrik sönür və onu hava reaktiv raket mühərriki əvəz edir, 4 Max və daha yüksək sürətdə isə düz axımlı turbo mühərriki işə düşür. Mühərriklərin hamısı aviasiya kerosini və maye oksigen ilə işləyir.

Beləliklə, Çin layihəsi olduqca real görünür. Çinin adi təyyarə mühərrikləri ilə hər şeyin "hamar" olmamasına baxmayaraq, Çinin bu imkanları dəyərləndirilməlidir. Çin rəhbərliyi son zamanlar təyyarə mühərriklərinin istehsalını xüsusilə prioritet hesab etmirdi, çünki bu mühərrikləri həmişə qonşu Rusiyadan ucuz almaq mümkündür. Çinin hipersəs silahları isə tamamilə fərqli bir mövzudur, onların yaradılması Çin dövlətinin müdafiə imkanlarını gücləndirmək üçün Si Tszinpinin elan etdiyi strategiya çərçivəsində çox vacibdir.

Çinin hipersəs silah sahəsindəki inkişaflara diqqəti təsadüfi deyil. İndi Pekin praktiki olaraq şərq sərhədlərinin perimetri boyunca, ABŞ-ın Asiya-Sakit Okean bölgəsi ölkələrində yerləşdirdiyi raketdən müdafiə sistemlərini bu silahlarla "neytrallaşdırmağa" ümid edir. ABŞ-ın Sakit okeanda hərbi rəqabətinin uğuru, Çin inkişafının uğurundan asılı olacaq. Bölgədə yerləşən ABŞ hərbi bazaları (ilk növbədə Yaponiya və Cənubi Koreyada), habelə Sakit okeanda üzən Amerika təyyarə daşıyıcıları hipersəs raketlərin əsas hədəfidir, sonuncular isə ABŞ-ın raketdən müdafiə sistemini də keçməli olacaqlar.

Yazı İlya Polonskinin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Hipersəs-raketlər  

Təyyarə mühərrikindəki problemlər fonunda Çinin hipersəs raketləri

2020/06/15916-4777911069.jpg
Oxunub: 2619     16:18     20 İyun 2020    