Təyinatına görə müasir əsgər: Müşahidə və qorunmanın inkişafı

2020/04/ttt-1587739123.jpg
Oxunub: 2123     12:43     27 Aprel 2020    
Termal görüntülənmə

Termal görüntülənmə texnologiyası, əslində, cisimlər arasındakı istilik fərqini müəyyən etməyə imkan verir, isti obyektlər daha soyuq olanlardan fərqlənir, hər birinin bir çox şərt və şəraitdən asılı olaraq öz xarakterik əlamətləri mövcuddur. Parlaqlığın artırılması texnologiyasından fərqli olaraq, termal görüntülənmə heç bir xarici işıq mənbəyinə əsaslanmır və yarpaqlar, tüstü, hətta binalar daxilində istilik yayan cisimləri aşkar etməyə qadirdir.

Müasir rəqəmsal termal qurğular məlumatı tez bir zamanda emal etməyə, ötürməyə və istifadə etməyə imkan verir. Termal görüntülənmə cihazları ümumiyyətlə elektron və ya optik həmkarlarından daha böyükdür, əksəriyyəti ya əllə idarə edilir, ya da silahlara quraşdırılır.

Termal görüntülənmə rəqəmsal bir mühitdən istifadə etdiyi üçün görüntünü yalnız cihazın ekranında deyil, həm də istənilən uzaq məsafədəki displeydə görməyə imkan verir. Əsgər daşıdığı dəbilqədə silahın hara yönəldiyini gördüyü üçün özünün eyni istiqamətə baxmağına ehtiyac qalmır. Onun vasitəsilə küncdən atəş açmaq da mümkündür. Əsgər silahını divarın və ya küncün arxasından yönəldərək hədəfi görə bilər və özünü lüzumsuz riskə məruz qoymadan atəş aça bilər.

Bu imkanları nümayiş etdirmək üçün ilk sistemlərdən biri "Safran Electronics & Defence" tərəfindən hazırlanan FELIN ("Fantassin a Equipement et Liaisons Integres" - inteqrasiya edilən piyada texnikası və rabitə avadanlığı) fransız piyada texnikası dəstinə daxil edilib. FAMAS tüfəngindəki termal nişangah naqil vasitəsilə dəbilqədəki optik cihazla birləşdirilib. Bu sistemlər 2011-ci ildə Əfqanıstandakı fransız əsgərlərinə təqdim edilib. Poliqon sınaqlarının nəticələri isə bir-birinə zidd idi: xüsusiyyətlər qənaətbəxş olsa da, nişangahla tüfəngin ümumi çəkisinin çox böyük olduğu aşkar edildi. Bu ayrı-ayrı əsgər "müşahidəsini genişləndirən" sistemləri inkişaf etdirən şirkətlərin qarşılaşdıqları ümumi problemləri xatırladırdı. Tez-tez bu sistemlər real döyüş şəraitində qeyri-real kütləyə, ölçülərə, güc istehlakına, mürəkkəbliyə və digər mənfi dizayn xüsusiyyətlərinə malik olur.

Fransız piyadası dumanda müşahidə üçün monokulyar termal nişangahdan istifadə edir

Davamlı miniatürləşmə prosesi termal cihazların da ölçü və ağırlığını azaldır. "Safran"ın ən son "SWORD Light" tüfəng termal nişangahı şəhər ərazilərində istifadə üçün nəzərdə tutulur, kütləsi 0.86 kq-dır, geniş görünüş sahəsinə, kiçik rəqəmsal böyütməyə və uzaqdan idarəetməyə malikdir. Sifarişlə kollimator nişahgah da quraşdırıla bilər. Cihazın dörd standart AA batareyasından istifadə müddəti 8 saatdır.

"Family of Weapon Sights" (FWS) şirkətinin ABŞ ordusu üçün inkişaf etdirdiyi nişangah ailəsi bu cihazların qabiliyyətini yeni yığcamlıq və inteqrasiya səviyyəsinə (yuxarıdakı foto) çıxardı. FWS-I (Individual) nişangahın vizir kəsişməsini və termal görüntüsünü naqilsiz şəkildə "Enhanced Night Vision Goggle" (ENVG) III və "ENVG-Binocular" cihazlarına ötürür, bu isə ilk hissədə (Təyinatına görə müasir əsgər. Yüngül piyadalara kömək etmək üçün texnoloji irəliləyişlər) qeyd olunan funksiyaları təmin edir. RTA-nın funksionallığı bəzi məlumatlara görə, hədəfləri ələ keçirmə vaxtını 50% azaldır. Ordu RTA-nı "əsgərlərin istənilən mövqedən hədəfləri aşkarlaması, tanıması və dəqiq şəkildə ələ keçirməsinə imkan verən yeni taktiki imkanlar təmin edən element" olaraq görür. Müsabiqənin nəticələrindən sonra "Leonardo DRS" və "BAE Systems" podratçı kimi seçildi; ENVG və FWS-I sistemlərinin istehsalı üçün ilk seriya istehsal müqaviləsi BAE tərəfindən 2018-ci ilin mart ayında bağlandı.

MV35XC dəbilqəyə quraşdırılan displey istənilən kompozit və RGB cihazdan görüntüləri əks etdirir, nəticədə əsgərlər video, nişangah, kompüter, xəritələr, GPS və digər məlumatlara dərhal giriş əldə edir

Gündüz/gecə nişangahları

Termal görüntü cihazları obyektləri mükəmməl şəkildə aşkar etsə də, onun tanıma və eyniləşdirmə imkanları məhduddur, onun vasitəsilə müşahidə edilən obyektin xüsusiyyətlərini, özünün və ya özgənin, hərbi və ya mülki şəxs olub-olmadığını müəyyənləşdirmək çətindir. Bu vəziyyətdə vizual müşahidə üçün optika daha üstün vasitə olaraq qalır. Çıxış yolu isə gündüz və gecə kanallarını vahid bir sistemə daxil etməkdən ibarətdir. "Safran"ın SWORD T&D məhsulu oxşar sxemdən istifadə edir. Soyudulmayan termal görüntü cihazı və gündüz optikası birləşdirilib. Yeni nəsil rəqəmsal nişangah həm yaxın və uzaq atəşin açılmasını, həm də müşahidəni yaxşılaşdırır. Əlavə seçimlər siyahısına silahların uzaqdan idarə olunması, məlumatların və videonun ötürülməsi üçün kanalların mövcudluğu daxildir. Bu cihazlar yalnız tüfənglərlə deyil, həm də pulemyot və "Saab Carl Gustav" qumbaraatanı kimi piyada dəstək silahları ilə uyğun gəlir.

Vəziyyətin nəzarət səviyyəsinin əhəmiyyətli dərəcədə artırırılması, piyadaların hissiyat orqanlarının qəbuletməsini zəiflədən cihazların avadanlıqlar siyahısından kənarlaşdırılmasına imkan verir. Bu isə əsgərlərin binokulyar tipli gecəgörmə cihazlarından istifadəsini məhdudlaşdırmağı tələb edir.

Onu daşıyan əsgər adi görmə qabiliyyətini tamamilə itirir. Çoxları dəbilqəyə quraşdırılan kiçik displeyi üstünlük verilən həll yolu olaraq görürlər. "Collins Aerospace" şirkətinin MV35XC displeyi istənilən uzaq kompozit və RGB cihazından görüntüləri göstərə bilir. Onunla əsgər həm video nişangahlara, həm də kompüterlərə, xəritələrə, GPS-ə və digər məlumatlara anında giriş əldə edir.

Kiçik ekran sahibinə ətraf mühit haqqında məlumata malik olmağa imkan verir. Eyni zamanda tamamilə sərbəst görünüş əldə etmək və ya silah nişangahından istifadə etmək üçün onu qaldırmaq və ya yan tərəfə keçirmək mümkündür.

"FLIR Systems"dən "Black Hornet" nano-PUA-sı hazırda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Avstraliya, Norveç, Hollandiya və Hindistan tərəfindən istifadə olunur

Göydəki kiçik göz

Piyada heyətinin inkişafında yeni bir istiqamət, ovuç içinə asanlıqla yerləşən olduqca kiçik pilotsuz uçuş aparatlarının meydana gəlməsi ilə ortaya çıxdı. Bu mikro və nano-PUA-lar, hətta ən kiçik piyada bölmələrin görünüş sahəsini əhəmiyyətli dərəcədə genişləndirə bilər. Onlar kifayət qədər yığcam və yüngüldür, avtonom idarəetmə səbəbindən istifadəsi asandır, qısa müddətdə uça bilir, maraq dairəsinin real vaxt rejimində video çəkilişini təmin edir. Görünən ilk modellərdən biri "FLIR Systems"in "Black Hornet" PUA-sıdır.

Bu nano-PUA ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Avstraliya, Norveç, Niderland və Hindistan silahlı qüvvələrində istifadə olunur. Bütün kompleks PRS ("Personal Reconnaissance System"- Şəxsi Qayıdış Sistemi) adlanır, buraya iki "Black Hornet" dronu, batareyalarla təchiz olunan yükləmə stansiyası, əllə toxunaraq idarə olunan nəzarət cihazı və displey daxildir. Hər bir aparatın çəkisi 45 qramdan azdır və uzunluğu 178 mm-dir. "Black Hornet" havada 25 dəqiqəyə qədər qala bilər və birbaşa görünüş xətti daxilində 2000 metr məsafəlik radio kanalına malikdir. Hər bir dron iki gündüz kamerası və termal görüntü cihazı ilə təchiz olunur. Yüksək etibarlılığa malik görüntü əldə etmək üçün bu üç cihazın video axını birləşdirilir. Operator iş rejimini əl ilə idarə edə bilər və ya əvvəlcədən proqramlaşdırılan GPS koordinatlarını izləyən proqrama və ya tələbə uyğun olaraq geri qayıdan yarı-avtonom rejimdən istifadə edə bilər. İdarəetmə siqnalı itərsə, pilotsuz vasitə avtomatik olaraq uçuş yerinə qayıdır.

Bu nano və mikro-PUA hər bir əsgərin çoxdankı - təpənin, meşənin və ya şəhər binalarının arxasında nə olduğunu görmək - arzusunu yerinə yetirə bilər. Kiçik bölmələrə əlçatan olması və xüsusi konfiqurasiya səbəbi ilə onlar rəqiblə qarşıdurmada həlledici rol oynaya biləcək vacib məlumatlar verirlər.

Yeni İHPS (Integrated Head Protection System - İnteqrasiyalı Baş Mühafizə Sistemi) dəbilqəsi ABŞ ordusunda 2019-cu ilin mart ayında təqdim edildi. Dəbilqə yeni əsgər qorunma sisteminin bir hissəsidir

Yüngül, lakin davamlı döyüş gödəkçələri və dəbilqələr

Əsgərləri bu gün daha yüngül və daha inkişaf etmiş mühafizə ilə təmin etmək üçün gödəkçə sistemləri və dəbilqələr hazırlanır. Əsgərlərin sağ qalması ən yüksək prioritetdir. Bu yalnız hərbçilər arasında itkiləri azaltmaq və ya aradan qaldırmaq istəyi ilə deyil, həm də xəsarət və ya ölümün bölmənin tapşırıqları uğurla yerinə yetirmək qabiliyyətinə mənfi təsirlərini minimallaşdırmaqla bağlıdır.

Kiçik piyada bölməsi bir qayda olaraq 9-dan 13 nəfərədək ibarət olur, burada hər bir əsgər əsas rol oynayır, birinin sıradan çıxması isə manqanın ümumi imkanlarına və səmərəliliyinə təsir göstərir.

Bir əsgərin güllədən və ya partlayış qəlpələrindən qorunması haqqında əsaslı şəkildə danışsaq, ən yaxşı həll yolu, yəqin ki, onu fərdi bədən zirehi ilə təmin etməkdir. Qorunma təbəqələrinin sayını və onun tərkib elementlərinin gücünü artıraraq əsgərin yaşamını uzatmaq isə daha məntiqli görünür. Lakin ABŞ ordusunun Təchizat İdarəsinin nümayəndəsinin sözlərinə görə, "reallıq budur ki, əlavə bədən qorunması əsgərin hərəkətlərini məhdudlaşdıra bilər, çünki kütlə əlavə edərkən hərəkətlilik və dözümlülük də azalır.

Bu vəziyyətdə çəki azaldılması, əsgərin daha çox və daha sürətli funksional hərəkət edə bilməsi səbəbindən sağ qalmanı artıran bir amildir. Baş Büdcə və Nəzarət İdarəsinin fərdi qoruyucu vasitələrin yaxşılaşdırılmasına dair hesabatına görə, İraq və Əfqanıstandakı dəniz piyadaları orta hesabla 53 kq daşıyıblar ki, bu da yürüşdəki standart 32.6 kq yükdən xeyli çoxdur. Nəticədə təmasda gecikmiş bir reaksiyaya və döyüş vəziyyətində yorğunluğa görə müqavimətin azalmasına rast gəlinir.

Yeni bir əsgər qorunma sistemi təqdim edildi. Buraya modul tipli genişlənən gödəkçə, güllə keçirməyən köynək və güllə keçirməyən önlük daxildir

Bədən qoruma tərtibatçılarından biri qeyd etdi ki, əsgərin ön cəbhədəki təcrübəsi, konfiqurasiyasının seçilməsi tendensiyalarına böyük təsir göstərir. Tədqiqatlar göstərir ki, son illərdə üsyançılara qarşı əməliyyatların üstünlük təşkil etməsi səbəbindən güllə qorunmasına daha çox diqqət yetirilir. Bu isə ballistika mütəxəssislərinin bədənin qorunmasına minimalist yanaşmasına səbəb oldu. Daha yaxşı hərəkətlilik təklif edən yüngül gödəkçələr ümumiyyətlə az və ya heç bir qoruyucu zirehi olmayan, lakin güllə və ya zərbəyə davamlı lövhələrə malik oldular. ABŞ Ordusunun "Soldier Plate Carrier System" (SPCS) gödəkçə sistemi bu tendensiyanı əks etdirir, sonrakı nəsil MSV (Modular Scalable Vest) modul gödəkçələr isə əslində tək zirehli lövhələrdən ibarət bədən qorunma seçimidir.

Əlbəttə ki, onlar daha yüngül olsalar da, əvvəlki "Improved Outer Tactical Vest" modelindən daha kiçik nahiyəni əhatə edirlər. Sual olunur, artilleriya fəal şəkildə istifadə olunan zaman bu "minimal mühafizə" gödəkçələri, bərabər rəqiblə özünü necə göstərəcək? Burada kevlardan hazırlanan yumşaq zirehli paketlər qəlpədən qorunma üçün mövzuya aid oluna bilər.

Mütləq qorunmanın əlçatmaz olduğunu da xatırlatmaq lazımdır. Məsələn, indi rusların Suriyada snayper tüfənglərini, o cümlədən SV98 və SVD-ləri yerləşdirdikləri aydındır, bu da ən son güllə keçirməyən gödəkçələrə demək olar ki, istənilən məsafədə nüfuz edə bilər. Buna görə lazımi tarazlığı əldə etməklə yanaşı bəzi risk ehtimalını da qəbul etmək lazımdır.

Yeni avadanlıq təlimatçsı MSV (Modular Scalable Vest) modul gödəkçənin fərqli konfiqurasiyaya necə bölünə biləcəyini nümayiş etdirir

Bədən zirehlərinin vahid ailəsi

İdarənin nümayəndəsi həmçinin qeyd etdi ki, ABŞ Ordusu "bütün əsgərlər tərəfindən geyilə bilən sadə, fərdi bədən zirehinin ən yaxşı yanaşma olmadığını etiraf edir". Bu "bir ölçü hamıya uyğundur" yanaşması daha əvvəl PASGT (Personnel Armour System for Ground Troops - Quru Qoşunları üçün Şəxsi Zireh Sistemi) fərdi qoruyucu vasitələrdə açıq şəkildə nümayiş etdirilib. SPCS və MSV sistemləri daha uyğunlaşan bədən qorunmasını təmin etmək məqsədi daşıyır. İdeya "Interceptor" bədəni qorunma sistemində istifadə edilən "Improved Outer Tactical Vest" avadanlıqlarını daha yüngül alternativlə təmin etməkdən ibarətdir. ABŞ ordusu, Əfqanıstandakı əsgərlərinin ehtiyaclarını ödəmək üçün "KDH Magnum TAC-1" zirehli gödəkçəsini seçib.

Şirkətdən verilən məlumata görə, insan bədəninin formasına asanlıqla uyğunlaşdırıla bilən sistem, yan tərəfdəki tənzimlənən qayışlardan istifadə etməklə, gödəkçəni çıxarmadan belə, hərəkətdə tənzimlənə bilir. Döyüş tapşırığının tələbləri dəyişdiriləndə gödəkçə real zamanda bədənə uyğunlaşdırılır.

Ən böyük versiyada 5.9 kq ağırlığında olan ESAPI (Enhanced Small Arms Protective Insert) müasir qorunmanın əlavə elementlərindən istifadə edir. Qərbdəki qoruyucu lövhələrin əksəriyyəti yüksək dayanıqlıqlı keramikadan hazırlanır.

MSV (Modular Scalable Vest) modul tipli genişlənən gödəkçələr OTV (Improved Outer Tactical Vest) avadanlıqlarını əvəz etmək üçün 2018-ci ildə silahlanmaya qəbul edildi. MSV 11 kq kütləyə malikdir, ballistik lövhələrlə təmin edildikdə belə IOTV gödəkcələrindən 2.27 kq daha yüngül olur. Ən böyük fərqi isə MSV dizaynının, təhdiddən və vəzifənin tələblərindən asılı olaraq onun genişlənməsinə və azaldılmasına imkan verməsindən ibarətdir.

Birinci sırada yumşaq, gizli daşınan kevlar paketlər yerləşir. Ona zərbədən əlavə qorunmanı təmin edən qoruyucu plitələr əlavə edilə bilər. Sonrakı səviyyəyə sursat maqazinlərinin yerləşdiyi gödəkçə (razqruzka) və ballistik plitələr daxildir, ən sonuncu səviyyəyə boyun, çiyin və çanaq üçün qorunma təmin etməklə bərabər geyilə bilən əlavə əşyaları daşımaq üçün kəmərlərə malik "ballistik köynək" əlavə oluna bilər. KDH "Defense Systems" ilk MSV gödəkçələrinin istehsal müqaviləsini 2013-cü ilin iyun ayında əldə edib.

ABŞ Dəniz Piyada Korpusu üçün ən son sursat gödəkçə sistemi, hər piyadanın onu döyüş tapşırığının ehtiyaclarına uyğunlaşdırması üçün, kütləni daha səmərəli paylamasına şərait yaradır.

İOTV (Interceptor) zirehli vasitələrinin tərkibinə qasıq və kürəyin aşağı hissəsini qoruma imkanlarına malik geniş şərf-kəmər üslubunda hazırlanan əsas gödəkçə daxildir. Sistem tam inteqrasiya edilən yan qorunmaya, kabel kanallarına və çox sayda MOLLE (Modular Lightweight Load Carrying Equipment - Modulyar yüngül yük daşıyan avadanlıqlar) standartlı asqı nöqtələrinə malikdir. Yeni sursat maqazinlərinin yerləşdiyi gödəkçə daha böyük İMTV zirehli gödəkçələrinə alternativdir.

2019-cu ilin iyununda Dəniz Piyada Korpusu "Point Blank Enterprises" şirkəti ilə təxminən 3.8 kq ağırlığında yeni yüngül zireh plitələri hazırlanması üçün müqavilə bağladı. Bunlar aşağı intensivlikli qarşıdurmalar zamanı və ya üsyançılara qarşı əməliyyatlarda geyilmək üçün hazırlanır. ABŞ DPK komandanlığının nümayəndəsi bildirib ki, Korpus ilk zireh plitələrinin tədarükünü 2020-ci ilin əvvəlində qəbul etməyə başlamağı planlaşdırır.

Rusiyada hazırlanan güllə keçirməyən 6B45 gödəkçəsi, aşınmaya davamlı parçadan hazırlanır. Modul tipli gödəkçə həyati vacib orqanların qorunma səviyyəsini və sahəsini tənzimləməyə imkan verir

ABŞ ordusunda KDH "Defence" tərəfindən istehsal edilən İOVT, "Interceptor Body Armor" (IBA) gödəkçələrini əvəz etdi. KDH "Defence" bildirir ki, "gödəkçələr əməliyyat teatrlarında olan hərbçilərin real qiymətləndirmələri əsasında bir neçə dəfə yenidən işlənib." Gödəkçə həm "Enhanced Small Arms Protective Insert" (E-SAPI), həm də "ESBI Side-SAPI" zireh plitələrindən istifadə edə bilər. Ona müxtəlif komponentlər əlavə edə bilərsiniz, bu da qasıq, kürəyin arxa aşağı və boyun/boğaz hissələrinin qorunmasını təmin edən tam qorunma dəstini əldə etməyə imkan verir. Almaniya Bundesverinin standart gödəkçəsi, İdZ "İnfanterist Modifziert" (gələcəyin piyadası) gödəkçələridir. 10.5-12 kq ağırlığında olan modul gödəkçədə SK4 zirehli plitələrdən və SK1 yumşaq zirehli paketlərdən istifadə edilir. Boyun/boğazı, qasığı, çiyinləri və bel nahiyəsini qorumaq üçün digər komponentlər də əlavə edilə bilər.

Rusiyanın 6B23 ümumqoşun zirehli gödəkçəsində parça zireh plitələri və polad zireh plitələrinin birləşməsindən istifadə edilir, qasıq qorunması da təmin edilir. Daha yeni 6B43 və 6B45 gödəkçələri daha yüngüldür və boyun hissəsinə, çiyin yastıqlarına və önlüyə malikdir. ABŞ-ın MSV avadanlığı kimi genişləndirilə bilən konfiqurasiyaya malik 6B45 modul zirehli gödəkçəsi keramika zireh panellərindən istifadə edir. Polad və ya titan plitələr əvəzinə keramikadan istifadənin əsas mənfi tərəfi, güllənin plitəni parçalamasından və nəticədə yaranan qəlpələrin əsgəri yaralaya bilməsindən ibarətdir.

Çin ordu hissələrinin əksəriyyəti zirehli gödəkçələr ilə təchiz olunub. Çin hazırda kommersiya və təhlükəsizlik məqsədi ilə zirehli gödəkçələrin əsas ixracatçısıdır. Onların bir çoxu, ön qorunmaya, yan tənzimləmə kəmərlərinə, çıxarıla bilən boğaz və qasıq qoruyucularına, plitə ciblərinə və MOLLE qurğularının asılmasına görə ABŞ və Qərb sistemlərini ciddi şəkildə xatırladır. Çin güllə keçirməyən əlavələri keramikdən daha ağır ballistik poladdan və ya alüminium oksidə əsaslanan keramikadan hazırlayır.

"Urban Advanced Naval Technologies Exercise 2018" (ANTX18) təlimi zamanı EНС (Enhanced Combat Helmet) gücləndirilən döyüş dəbilqəsi. ANTX18 mühəndisləri, texnoloqları və istifadəçiləri problemləri tez həll edən komandalarda birləşdirir

Döyüş dəbilqələri

"Armocom" mərkəzi tərəfindən hazırlanan Rusiyanın 6B47 yüngül zirehli dəbilqəsi, "Ratnik" döyüş dəstinin hissəsidir və ordu birləşmələri üçün istehsal olunur. Gecəgörmə cihazının quraşdırılması nəzərdə tutulur. Dəbilqə mikrofilament aramid saplara əsaslanan parça materiallardan hazırlanır, 1 kq ağırlığındadır, 5 metr məsafədən 9 mm-lik tapança gülləsinə tab gətirə bilir. Bitki və qar örtüyü üçün rəqəmsal kamuflyaj ilə istehsal edilir.

2018-ci ilin oktyabr ayında ABŞ-ın 3M şirkəti tərəfindən təqdim olunan F70 dəbilqəsi, lazımi səviyyəli ballistik müdafiəni qorumaqla sahibinin artan rahatlığına olan ehtiyacını ödəmək üçün hazırlanır. Yüksək kəsiyə malik versiyada 0.77 kq, orta ölçülü kəsiyə malik versiyada 0.87 kq olan F70, həm hazırkı "Combat Helmet II L110" zirehli dəbilqəsindən daha yüngüldür, həm də "Ultra-Light Weight Bump Helmet N49" dəbilqəsindən qorunmanı daha yaxşı təmin edir.

Paraşütlə tullanmaq da daxil olmaqla, digər aktiv hərəkətlər zamanı dəbilqənin çəkisinin azaldılmasına və sabitliyin artırılmasına xüsusi diqqət yetirildi.

ABŞ Ordusu yaxşılaşdırılan və kəskin küt zərbədən qoruyan yeni "Integrated Head Protection System" (IHPS) dəbilqələrini silahlanmya qəbul edir. Bu sistem beş faiz daha yüngüldür, onun tərkibinə dəbilqədən başqa çənə-üz nahiyəsi və eşitmə orqanlarını passiv qorunma elementləri də daxildir. Seriyalı məhsulların ilk tədarükü 3M şirkətinin bir hissəsi olan "Ceradyne" tərəfindən 2018-ci ilin ortalarında başlayıb.

Dəniz Piyada Korpusu "Gentex" şirkəti ilə hər dəniz piyadasının almalı olduğu ECH (Enhanced Combat Helmet) döyüş dəbilqəsinin tədarükü üçün də müqavilə bağlayıb. ESN dəbilqəsi standart "Advanced Combat Helmet" dəbilqəsi ilə eyni kütlədədir, lakin tüfəng gülləsi və qəlpələrin təsirinə tab gətirə bilir.

Rusiya ordusunun "Ratnik" döyüş dəstinin 2025-ci ilə qədər inteqrasiya edilmiş rabitə sisteminə sahib olacağı gözlənilir

ESN sistemi ballistik dəbilqədən, yumşaq astardan və dörd bağlanma nöqtəsindən ibarətdir. Bundan əlavə, onun tərkibinə ikitərəfli dəbilqə örtüyü, gecəgörmə cihazı üçün tutacaq və müxtəlif aksesuarların quraşdırılması üçün xüsusi yerlər daxildir.

ABŞ DPK-sı 2019-cu ilin iyununda yeni yüngül və inteqrasiya edilən dəbilqə istədiyini açıqladı. "Integrated Helmet System" (IHS) dəbilqəsi bir neçə cari və gələcək sistemlərin, məsələn eşitmənin yaxşılaşdırılması/qorunması üçün cihazların və optikanın inteqrasiyasını daha da müasirləşdirəcək. Kiçik dəbilqə 1.31 kq, ən böyük dəbilqə isə 1.74 kq olacaq. Dəbilqə ölçüsü minimuma endirilərək enerji və məlumatların əlavə aksesuarlara ötürülməsi otimallaşdırılmalıdır.

Yazı Nikolay Antonovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müasir-əsgər   Müşahidə   Dəbilqə   Gödəkçə  

Təyinatına görə müasir əsgər: Müşahidə və qorunmanın inkişafı

2020/04/ttt-1587739123.jpg
Oxunub: 2124     12:43     27 Aprel 2020    