Çinin “Type 99” tankı Amerikanın M1 “Abrams” tankına qarşı - Əsas üstünlüklər

2020/04/11-1587645812.jpg
Oxunub: 1738     17:08     23 Aprel 2020    
Çində "Type 99" tankının ABŞ ordusunun əsas döyüş tankı olan M1 "Abrams" da daxil olmaqla, digər müasir tanklardan üstün olduğuna əmindirlər. Lakin Çin mətbuatının öz döyüş maşınını belə tərifləməsi üçün əsaslı səbəbi varmı?

Çində istehsal edilən bir çox digər hərbi texnika və silah kimi, "Type 99" (ZTZ-99) tankı da Sovet İttifaqında hazırlanan və sınaqdan keçirilən texnologiyalara əsaslanır. Çinli dizaynerlər Sovet tank quruculuğu təcrübəsini qəbul edərək, Sovetlərin ən kütləvi T-72 tanklarından birinin inkişafına yaradıcılıqla yaxınlaşdılar. Eyni zamanda, mütəxəssislər "Type 99"u Çin hərbi sənayesinin həqiqətən yeni bir inqilabi məhsulu adlandırırlar.

Tankın seriya istehsalına 1998-ci ildə başlandı, üç il sonra isə Çin Xalq Azadlıq Ordusunun tank bölmələrinin silahlanmasına daxil oldu. Bu tank Sovet 2A46 silahının nüsxəsi olan ZPT-98 hamar lüləli topu ilə silahlanır. Tankda Sovet prototipinə bənzəyən elektromexaniki avtomatik sursat yükləmə mexanizmindən istifadə olunur.

Silahın atəş sürəti dəqiqədə 8 dəfədir, avtomatik yükləmə mexanizmində sursat dəsti 22 ədəd təşkil edir. Silahda kumulyativ, qəlpəli fuqas, zirehli kalibraltı döyüş sursatlarından və tank əleyhinə idarə olunan raketlərdən istifadə olunur.

Bundan əlavə, tankın silahlanmasına həm topun sağ tərəfinə quraşdırılan və uzaqdan idarə olunan 7.62 mm pulemyotu, həm də hava hədəfləri üçün 1.5 km-ə qədər, yerüstü hədəflərə isə 1.6 km atəş məsafəsinə malik 12.7 mm zenit pulemyotu daxildir. Tankın silahlanmasında 10 ədəd tüstü qumbarası da mövcuddur.

Atəşin idarəedilməsi lazer məsafəölçəninə inteqrasiya edilən termal periskopik nişangah vasitəsilə həyata keçirilir. Tank komandiri periskop cihazdan istifadə edir, həm tuşlayıcı, həm də tank komandiri atəşi idarə edə bilir. Tankın heyəti avtomatik yükləmə mexanizminə malik olan bütün nəqliyyat vasitələrində olduğu kimi, 3 nəfərlik ekipajdan ibarətdir - tank komandiri, mexanik sürücü və tuşlayıcı.

"Type 99" tankı 120 mm top ilə silahlanan əksər NATO ölkələrindən fərqli olaraq 125 mm topa malikdir. Çin tankında karusel tipli yükləmə mexanizmi tətbiq edilir. Volfram nüvəsi olan sursatlar ABŞ-ın M1 "Abrams" tanklarının ön zirehlərinə nüfuz etməyə imkan verir. Gələcəkdə Çin hərbi komandanlığı yeni tank versiyalarını 140 mm-lik top ilə təchiz etməyi planlaşdırır.

Avtomatik yükləmə ekipajı 3 nəfərə qədər azaltmağa imkan verir. Əlbəttə ki, 4 ekipaj üzvü olan Qərb tankları, 3 ekipaj üzvünün olduğu tanklardan daha böyük və ağırdır, çünki əlavə bir tankçını da maşının daxilində yerləşdirmək üçün əlavə həcmə ehtiyac yaranır. Bundan əlavə ABŞ Ordusunun M1 "Abrams" əsas döyüş tankının kütləsi 70 tondan çox olduğu halda, Çin tankı cəmi 55 ton ağırlığındadır. Bu fakt Çin döyüş vasitəsinin manevr və hərəkətliliyini də artırır. "Type 99" tankının sürəti 80 km/saata qədərdir, "Abrams" isə yalnız 68 km/saat sürət toplaya bilir.

Ayrı bir göstərici isə "Type 99"un elektronikasıdır, məsələn, axtarış izləmə infraqırmızı sistemi. Lazer aktiv əks təsir kompleksinin mövcudluğu, tank komandirinə vasitənin düşmənin lazer ilə şüalanması barədə məlumat verir, bu isə onun mexanik-sürücüyə tankı təhlükəli bölgədən çıxarmaq əmri verməyə imkan yaradır. Bu döyüş əməliyyatları zamanı tankın sağ qalma ehtimalını da artırır.

Bəzi məlumatlara görə, Çin tankı lazerlə idarə olunan raketləri lazer şüası ilə "kor edən" və düşmənin nişangahlarını sıradan çıxaran güclü kvant generatorudan istifadə edir. Belə bir generator düşmən silahlarının tuşlayıcılarının görmə orqanlarını da məhv etməyə qadirdir.

Düşmən toplarının hücumları zamanı tankın təhlükəsizliyinə gəldikdə isə, "Type 99" kompozit zirehlə qorunur və yaxınlaşan mərmiləri partladan dinamik mühafizəyə malikdir. "Type 99A2" modifikasiyasıda isə düşmən silahının tanka zərbəsindən əvvəl aktiv-reaktiv zireh elementlərini partlatmaq üçün radiolokasiya sistemindən istifadə edən çoxqatlı mühafizə tətbiq edilir.

Təəccüblü delyil ki, "National Interest"in amerikalı mütəxəssisi Sebastiyen Roblin yazır ki, "Type 99" tankı, döyüşdə heç vaxt istifadə olunmasa da, Qərb hərbçiləri arasında hörmətlə qarşılanır.

Üstəlik, bir sıra parametrlərdə bu ABŞ-ın M1 "Abrams" tankından üstündür, baxmayaraq ki, sonuncu indiyə qədər müxtəlif hərbi kampaniyalarda dəfələrlə sınaqdan keçirilib.

Yazı İlya Polonskinin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Type-99   Abrams  

Çinin “Type 99” tankı Amerikanın M1 “Abrams” tankına qarşı - Əsas üstünlüklər

2020/04/11-1587645812.jpg
Oxunub: 1739     17:08     23 Aprel 2020    