Pnevmatik tüfəng: oyuncaq, yoxsa silah?

2020/04/1-1587543720.jpg
Oxunub: 1657     15:51     28 Aprel 2020    
SSRİ dövründə yetişdirilən insanların əksəriyyəti pnevmatik tüfəngləri yalnız mədəniyyət və istirahət parklarında yerləşən atəş tirlərinin məcburi atributu hesab edirdilər. Dost və rəfiqələrinə atəş dəqiqliyini göstərmək üçün bir vasitə xaricində heç kim onu ciddi bir silah kimi qəbul etmirdi. O zaman pnevmatik tüfənglər əvvəlcə oyuncaq kimi deyil, tamamilə normal bir silah kimi hazırlanırdı.

Bunlar artıq bütün dünyada yayılıb və müxtəlif formaları və çapları ilə heyrətləndirirlər. Əfsanəvi Leonardo da Vinci də yazılarında, bu silahın prinsiplərini əsas götürərək katapultlar quran qədim misirlilərin təcrübəsindən yararlanaq qeydlər edib. Bu günə qədər 17-ci əsr pnevmatikası qorunub saxlanılır. Vyana muzeyində porşenin yaratdığı hava təzyiqinin sıxılmış yayı hərəkətə gətirdiyi bir silah nümunəsi də mövcuddur.

18-ci əsrin əvvəllərində qəbuledicinin istifadəsi ilə bir pnevmatikanın bir növü ortaya çıxdı, bu vəziyyətdə müasir bir velosipedin nasosona bənzər qurğudan istifadə edərək yüksək təzyiq yaradılırdı. Bu nasosun porşeni 200 dəfə hərəkət etməklə qəbuledicidə 6 atm təzyiq yaradırdı. Silahın daxili həcmi saniyədə 330 metrə qədər olan ilkin güllə sürətində 20 ədədə qədər atəş açmağa imkan verirdi. Bu tip silahlarda 7.62-12.7 mm çaplardan istifadə edilirdi.

1779-cu ildə Avstriyadan olan bir silah ustası, vintlərə quraşdırılan və lazım olduqda asanlıqla dəyişdirilə bilən, həm də qundaq funksiyasını yerinə yetirən qəbulediciyə malik pnevmatik bir tüfəngi yaratdı. O dövrün muşketlərinin dəqiqədə 4-6 dəfə atəş sürətini nəzərə alsaq, yeni nümunənin dəqiqədə 20 dəfə atəş açması hər kəsi təəccübəndirirdi. İkinci Cozef bu tüfənglə silahlanan 500 əsgərin ümumi atəş gücünün, eyni sayda standart silahlı əsgərin ən azı beş qatını üstələyəcəyini hesablayaraq, ordunun yenidən bu silahlarla silahlanmasını əmr etdi. Lakin çox vaxt aparan texnologiya və bu tüfənglərin olduqca baha olması səbəbindən ordunun yeni silahlara tam keçidi baş tutmadı və cəmi 1500 ədəd silah əldə edildi.

Şahidlərin sözlərinə görə, "Jirandoni" tüfəngi ilk 10 atəşdə təxminən 45 m məsafədə məhvetmə məsafəsini saxlayırdı, sonra məsafə tədricən azalırdı, 20 atəşdan sonra sıxılmış hava təchizatı düşməni 30 metrdən çox olmayan məsafədə məhv etməyə imkan verirdi. Lakin silah atəş səsinin və barıt tüstüsünün olmaması səbəbindən rəqibə psixoloji cəhətdən mükəmməl təsir edirdi.

19-cu əsrin əvvəllərində odlu silahların inkişafı ilə əlaqədar olaraq, pnevmatik tüfənglər yalnız özünümüdafiə və ov silahlarına çevrilərək hərbi əhəmiyyətini itirdi. Məsələn, o dövrdə İngiltərədə ovçuluq zadəgan dairələrdə olduqca yaygın bir məşğuliyyət idi və burada pnevmatik ov silahları geniş yayılmışdı.

Hazırda dünyanın bir çox şirkəti pnevmatik tüfənglərinin istehsalı ilə məşğul olur. Bu şirkətlərin qiymət cədvəllərində ucuzdan ən bahalıya qədər müxtəlif qiymət kateqoriyasına aid nümunələr tapa bilərsiniz. Xüsusiyyətləri baxımından normal bir tüfəng orta hesabla 400-700 dollara başa gəlir, buna tüninq üçün ödənişi də əlavə etsəniz, real qiyməti əldə edəcəksiniz. Hazırda fəaliyyət prinsipinə görə üç əsas tüfəng növü yayılıb. Gəlin hər birinə ayrılıqda qısaca diqqət edək.

Əvvəlcədən sıxılan yay səbəbindən porşenin hərəkəti prinsipindən istifadə edən tüfənglər ən çox yayılan pnevmatik silah növüdür. Onlarda porşen ya silahın ortadan qatlanması, ya da tüfəngin yan tərəfindəki qol ilə hərəkət edir, ikinci halda lülə yatağa hərəkətsiz şəkildə yerləşdiririlir.

Tüfəngin bu konstruksiyası atəşin daha yaxşı dəqiqliyini təmin edir və əsasən yüksək səviyyəli idman silahlarında istifadə olunur (Faynverkbau M 300).

Nasos pnevmatikası. Bu vəziyyətdə, "nasos" odlu silahla müqayisədə fərqli bir məna daşıyır, yəni bu tip pnevmatik silahda qəbulediciyə əvvəlcədən hava doldurulması prinsipi tətbiq olunur. Adətən qəbuledici lülənin altında yerləşir və xüsusi bir qoldan istifadə edilərək doldurulur. Sıxılma kamerasındakı təzyiq, nasos porşeninin hərəkət sayından asılıdır. Nasosla işləyən silahlar atıcıya istifadə şərtlərindən asılı olaraq işçi hava təzyiqini müstəqil şəkildə təyin etməyə imkan verir. Nasos tüfəngləri "Walter" və "Sheridan" firmalarının məhsullarında geniş şəkildə tətbiq olunur.

Sıxılmış karbon qazının enerjisini istifadə edən tüfənglər isə nisbətən yeni yaranan bir növdür. Onun ideyası çoxdan doğulub. 1889-cu ildə Paul Jiffar bu prinsipi istifadə edən pnevmatik silah üçün patent əldə edib, lakin o dövrün texnologiyasının qüsurlu olması səbəbindən o yalnız indi yayılır.

Belə bir silahın rahatlığı sıxılmış qazın, bütün adi sifonlarda olduğu kimi, bir-birini əvəz edən balonlarda olması və tüfəngin doldurulmasının üzun müddət tələb edilməməsidir.

Pnevmatik tüfənglər arasında yüksək təzyiq rezervuarı (PCP) olan yüksək səviyyəli nümunələr xüsusi yer tutur. Onlarda təzyiq təxminən 200 atmosferdir ki, bu da 300 m/s ilkin güllə sürətini təmin edir. Belə bir silahın çatışmazlığı, qəbuledicinin sıxılmış hava ilə doldurmaq üçün atıcının yüksək təzyiq nasosuna girişinin mövcudluğundan ibarətdir.

Bu gün pnevmatik tüfənglər üçün ümumi döyüş sursatları aşağıdakılardır:

DS-0.28 g güllələri (təxminən 10 metr məsafədə hədəflərə atəş açmaq üçün nəzərdə tutulan, şişkin arxa hissəyə malik, kiçik stəkan formalı boş qurğuşun güllədir);
DS-0.40 güllələri (artan çəki və inkişaf edən ballistik xüsusiyyətləri ilə əvvəlkindən fərqlənir);
DS-0.50 güllələri (hamar başlığa malikdir, qısa məsafələrdə kiçik ov quşlarına yaxşı təsir göstərir);
MS-0.87g güllələri (uzunluğu 8 mm-dir, sərt latun qurğuşun örtük daxilində yerləşdirilir. Güclü yivli tüfənglər üçün hazırlanır, artan kütlə səbəbindən uzun məsafələrdə maksimum enerjisini saxlayır).

Hər hansı bir silah kimi, pnevmatik tüfəngləri də dəqiqlik və atəş gücü kimi xüsusiyyətləri yaxşılaşdırmaq məqsədilə təkmilləşdirmək mümkündür. Tüfəngləri inkişaf etdirməyin bir çox yolu var və hər kəs özü üçün məqbul olan variantı seçə bilər. Tüfəngin hər hansı bir yaxşılaşdırılmasına daxil olan klassik dəstə yayların gücləndirilməsi, bütün birləşmələrin germetikliyinin artırılması, zərbə tətik mexamizminin yumşaldılması, nişangah avadanlıqlarının yaxşılaşdırılması aid ola bilər, bundan sonra isə hər şey bacarıqlı əllərdən və ya pulun mövcudluğundan asılı olacaq. Bacarıqlı əllər ilə hazırlanan pnevmatik tüfənglər yalnız ovçuluq və qarğaların həyatı üçün deyil, həm də layiqli məsafədə insan həyat üçün də ciddi təhlükədir. Çünki qanunla icazə verilən 7.5 kC lülə enerjisi, yerli istehsal olan MP-512 tüfənglərində asanlıqla 18-20 kC-a çevrilir. Eyni zamanda 25 metr məsafədə 10 mm daxilində atəş sıxlığı və 280 m/saniyə ilkin sürəti təqdim edir.

Beləliklə pnevmatik tüfəng nədir?

Yazı Roman Makarovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pnevmatik-Tüfəng  

Pnevmatik tüfəng: oyuncaq, yoxsa silah?

2020/04/1-1587543720.jpg
Oxunub: 1658     15:51     28 Aprel 2020    