Lavrov mötərizələri açıb: Qarabağ münaqişəsi məsələsi üzrə danışıqlar masasına mərhələli variant qoyulub

2019/04/10281-1555486514.jpg
Oxunub: 2881     10:30     22 Aprel 2020    
Cənubi Qafqazda uzanmış münaqişənin mərhələli həllini nəzərdə tutan sənəd hazırda Qarabağ münaqişəsinin nizama salınması ətrafındakı danışıqlar masasındadır.

Ordu.az xəbər verir ki, bu barədə “Eadaily.com” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu barədə aprelin 21-də Qorçakov adına xalq diplomatiyası dəstək fondunun təşkil etdiyi onlayn dəyirmi masa zamanı Rusiya Xarici naziri Sergey Lavrov bildirib.

1993-cü ildə münaqişə zonasında hərbi əməliyyatlar zamanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə haqqında suala Lavrov bu cür cavab verib: “Qəbul olunmuş qətnamələr məlum sənədlərdir. Bunlar ilk növbədə hərbi əməliyyatların dayandırılması və danışıqlara keçidi nəzərdə tuturdu. Bəli, bunlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunurdu. Bundan başqa, həmin qətnamələrdə hərbi əməliyyatları dayandırmağa və danışıqlara keçməyə çağırış səslənirdi. Bundan sonra danışıqlar aparılıb. 2001-ci ildə, Ki Vestdə danışıqların razılaşmaları olub, müxtəlif formatlarda razılaşmalar da olub. Artıq indi danışıqların Bakı-İrəvan, ATƏT-in Minsk qrupunun 3 həmsədri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayənəsi formatı baş tutub”.

Lavrov, həmçinin Madrid razılaşmalarını, Kazan prinsiplərini, ötən ilin aprelində Moskvada ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak etdiyi Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin görüşü zamanı qəbul olunan layihələri xatırladıb.

“Bu sənədər ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad olunmasını (erməni qoşunları tərəfindən ), nəqliyyat, iqtisadi və digər əlaqələrin açılmasını ehtiva edərək mərhələli həll yanaşmasını nəzərdə tutur. Beləliklə, mən əminəm ki, biz bu sənədlərin imzalanması qərarına nail olanda bu, BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinə yönəlmiş ən vacib addım olacaq. İndi razılaşmaq lazımdır və biz ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq buna nail olmaq istəyirik”, - deyə Lavrov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Qarabağ   ATƏT  


Bizi "telegram"da izləyin