Təyinatına görə müasir əsgər: Yüngül piyadalara kömək etmək üçün texnoloji irəliləyişlər

2020/04/11-1587533612.jpg
Oxunub: 1860     10:59     23 Aprel 2020    
Bir çox silahlı qüvvələr yüngül piyadalara böyük diqqət yetirir. ABŞ-da silahların səmərəliliyi və çevikliyinin artırılması, rəqiblərin yerüstü hərəkətliliyi, girişin qadağan olunması taktikaları, habelə müasir döyüş bölgəsinin xarakterik xüsusiyyətləri olan yüksək əməliyyat tempi xüsusi diqqət mərkəzindədir. Digər ölkələr, xüsusən də Qərb ölkələri də ABŞ-ın ardınca gedir. Məsələn, İngiltərədə Müdafiə Elmləri və Texnologiyaları Laboratoriyasının alimləri FSV (Future Soldier Vision - Gələcək əsgərin Görünüşü) layihəsi üzərində müxtəlif sənaye müəssisələri ilə birgə işləyirlər. Orada Britaniya ordusunun 2020-ci illərin ortalarına qədər alacaqları fərdi avadanlıq sisteminin yaradılması planlaşdırılır.

Yeni tələblərin ortaya çıxması, ənənəvi yüngül piyada qoşunlarının əslində nəzərdə tutulan vəzifələri səmərəli icra edə bilməsi ilə bağlı narahatlıq doğurdu. Bu problemi həll etmək üçün bir çox ordular müasir döyüş məkanında yüngül piyada qüvvələrin imkanlarının və effektivliyinin artırılmasına yönələn bir sıra tədbirlərə başladılar.

Bir qayda olaraq, burada fərdi bir əsgərə və kiçik bölmələrə, istərsə bu bir heyətdən, istərsə bir atəş qrupundan, istərsə də bir manqadan ibarət olsun, xüsusi diqqət yetirilir. Bu məqalədə ölüm və ya atəş effektivliyi, sağ qalma və ya döyüş sabitliyi, situasiya bilikləri və ya ətraf mühitə hakim olmaq kimi sahələr müzakirə olunur.

Britaniyanın "Future Soldier Vision" proqramı Müdafiə Nazirliyinin, britaniyalı əsgərləri ən son texnologiyaya əsaslanan yüksək keyfiyyətli avadanlıqla təmin etməsi planının bir hissəsidir

Praktiki baxımdan bu sahələr döyüş bölgəsi ilə əlaqəli ayrıca funksiyalar kimi görünsələr də, hər birinin aspekti digərlərinin keyfiyyətlərinə və ya qabiliyyətlərinə çox təsir edə bilər. Bununla əlaqədar olaraq, tərtibatçılar tez-gec əsgərin əlinə düşəcək yeni məhsullar hazırlamaqda rast gəlinən çətinlikləri etiraf edirlər.

Sadalanan funksiyaların hər birinin daxil olduğu təyinat sferası da eyni zamanda dəyişir və genişlənir. Atəş gücünün yaxşılaşdırılması, məsələn, həmişə prioritetlər siyahısının başında yer alır və əsasən hər piyada döyüşçü tərəfindən daşınan fərdi silahların təkmilləşdirilməsini nəzərdə tutur. Lakin hazırda bu sahədə kompleks yanaşma yalnız silahları deyil, həm də döyüş sursatı və müşahidə vasitələrini əhatə edir. Növbəti nəsil piyada silahları, müasir doktrinalara görə, təkmilləşdirilən sursat və çox sayda rəqəmsal funksiyaya sahib modula və yüksək dəqiqliyə malik olmalıdır. Döyüş sabitliyinin artması olduqca mürəkkəb bir məsələnin həlli ilə əlaqələndirilir. Bu əsgərin həddən artıq yüklənməsinin və ya döyüş qabiliyyətinin azalmasının qarşısını almalıdır. Nəhayət, situasiya məlumatlarının yaxşılaşdırılması isə əsgərin ətraf mühit barədə biliklərini genişləndirmək məqsədi daşıyır.

2018-ci ildə bazara çıxarılan 7.62x51 mm TAVOR 7 avtomatik tüfəngi, IWI-nin "bullpup" sxemli tüfəng ailəsinin ən yeni üzvüdür

İnkişaf edən ölümcüllük

Bu gün manqa və fərdi atıcı səviyyəsində piyadanın atəş effektivliyinin və ölümcüllüyünün artması silahın özünün əhatə dairəsindən kənara çıxır. Hazırda bu prosesə qabaqcıl döyüş sursatlarının və nişangah sistemlərinin inkişafı ilə paralel manqa əsgərlərinə verilən tapşırıqlara daha çevik yanaşma da daxil edilir.

Artıq müxtəlif silahlar bir şassi üzərinə yığıla bilər. Bu vəziyyətdə manqanın hərbi qulluqçusu müxtəlif lülələrə, qundaqlara, lülə yataqlarına, elektrik sistemlərinə və aksessuarlarına malik silahları özü üçün uyğunlaşdıra bilər və prinsipcə karabin, tüfəng, avtomatik tüfəng, yüngül pulemyot və ya snayper tüfəngini əldə edə bilər. Bu konsepsiyanı 60-cı illərdə "Eugene Stoner" 63A silahı ilə nümayiş etdirib. Bu gün bir sıra şirkətlər də oxşar imkanlar təklif edirlər. Buradakı logistik üstünlüklər olduqca aşkardır, taktiki üstünlüklər də eyni dərəcədə əhəmiyyətlidir. Manqanın hər bir əsgəri oxşar imkanlara malik olduqda, hər bir əsgərin rolunu istənilən döyüş vəziyyətinə uyğunlaşdırmaq mümkündür. Məsələn, atəş tapşırığı alan bir qrup avtomatik atəş açmaq üçün tək bir əsgərdən deyil, bir neçə əsgərdən istifadə edə bilər. Eynilə binanı "təmizləyən" qrupdakı əsgərlər, sadəcə müəyyən bir zamanda olduqları yeri və lazım olan silahları götürərək rollarını da dəyişdirə bilərlər. Bu məqsədlər üçün bir neçə silah sistemi təklif olunur.

MSBS sistemi: Polşanın MSBS (Modulowy System Broni Strzeleckiej) sistemində konfiqurasiya edilə bilən ümumi bir kameraya/qəbulediciyə malik "bullpap" sxemindən istifadə edilir.

Fərqli modulları bir bazaya yerləşdirməklə on bir müxtəlif taktiki variant, o cümlədən tapança-pulemyot, karabin, qumbaraatana malik karabin, snayper tüfəngi və yüngül pulemyot əldə edilə bilir. Bu cür konstruksiya rahatlığı, piyada manqasının ən müxtəlif vəzifələri üçün uyğun olan konfiqurasiyada silah əldə edilməsinə imkan verir.

N&K NK416/M27: "Heckler & Koch" kompaniyasının NK416 avtomatik silahları, bir müddət əvvəl bir çox hərbi qurum tərəfindən, o cümlədən Norveç və Fransa orduları, 27 ölkənin xüsusi əməliyyat qüvvələri və ABŞ Dəniz Piyada Korpusu tərəfindən (M27 təyinatı) ilə silahlanmaya qəbul edilib. Silah özünü ən müsbət tərəfdən göstərib. Onun əsas cəlbedici xüsusiyyəti minimal uyğunlaşma ilə manqadakı bütün rolları yerinə yetirərək hücum tüfəngi, snayper tüfəngi və avtomatik tüfəng ola bilməsindədir. Qısaldılan bir versiyada silah 3.7 kq kütləyə və 280 mm lülə uzunluğuna, standart versiyada isə 4 kq kütləyə və 368 mm lüləyə malikdir.

Hazırda bu silah iki çapda: 5.56 mm (NK416) və 7.62 mm (NK417) versiyalarında istehsal edilir. Silahların digər çapda buraxılması da mümkündür. Yığcam "C" modeli isə 228 mm lülə uzunluğuna malikdir.

IWI TAVOR: "Israel Weapons Industry" kompaniyasının TAVOR avtomatik silahı, etibarlılığı və dayanıqlığı artıran, dizayn və texniki xidməti isə asanlaşdıran uzun qaz porşeninə və "bullpap" sxeminə malikdir. Hücum tüfəngi, karabin, snayper tüfəngi (bacarıqlı atıcı üçün) və ya tapança-pulemyot kimi konfiqurasiya edilə bilər. Bu İsrail ordusunun standart piyada silahıdır, başqa 30 ölkə tərəfindən də seçilib, Braziliya, Hindistan və Ukraynada isə lisenziya ilə istehsal olunur.

Polşa ordusundakı MSBS tüfəngi 5.56 mm çaplı döyüş tüfəngi və 7.62 mm çaplı hücum tüfəngi olaraq mövcuddur

Yeni sursatlar

Müəyyən ordular bədənin zirehli qorunmasındakı inkişafın bəzi çapların, xüsusən də geniş yayılan 5.56 mm-in effektivliyini məhdudlaşdırmasından narahatlıqlarını ifadə edirlər. Buna cavab olaraq ABŞ ordusu 6.8 mm çaplı aralıq patrona keçməyə qərar verib. Daha ağır olduğu üçün ona daha yüksək ilkin sürət lazımdır. Bu çaplı güllə, manqanın tüfəng/karabin və avtomatik tüfəngdən ibarət yeni "Next Generation Squad Weapons" silah proqramının bir hissəsi olaraq təyin olunub. Lakin sənaye hələ də patron istehsalına başlaya bilmir, çünki ordu hələ də gilizin dizaynı barədə son qərarını verməyib.

Bu qismən kiçik silah istehsalçılarının vaxtaşırı dizaynda bəzi yenilikçi sursatları nəzərdən keçirməyin əleyhinə olmaması ilə əlaqədardır. "Textron Defence" kompaniyası polimer gilizin daxilinə güllənin yerləşdirildiyi "Case Telescoped" (CT) teleskopik patronunu təqdim edib. CT-nin faydaları patronun daha qısa və yüngül olmasından ibarətdir. "General Dynamics Ordnance and Tactical Systems" (GD-OTS) kompaniyası tam kompozit patron hazırlamaq üçün "True Velocity" şirkəti ilə tərəfdaşlıq edir. "Bu tamamilə qeyri-metal bir gilizdir, orta hesabla latun gilizdən 30 faiz daha yüngüldür", - deyə şirkət nümayəndəsi bildirib. Kompozit gilizlər istilik izolyatoru rolunu oynadığı üçün atəş zamanı əmələ gələn istilik miqdarını azaldır və sınaqlarda yüksək dəqiqlik göstərir. "Bu da öz növbəsində silah aşınmasını azaldır", - deyə nümayəndə əlavə edib.

SIG kompaniyası isə yeni üç elementli hibrid döyüş sursatını təqdim edir. Bu latun giliz, polad arxa hissəyə (bazaya) və onların bağlanması üçün daxili bir fiksatora malikdir. PCP "Tactical" kompaniyası da eyni zamanda metal əsaslı polimer gilizli yeni patronunu təklif edir. Onların əksəriyyəti mövcud döyüş sursatları ilə bir-birini əvəz edə bilir. Beləliklə, latun gilizlərin əvəzedicilərinin ABŞ proqramında qəbul edilməsi, belə bir yanaşmanın geniş yayılmasına təkan verə bilər.

Amerikalı piyada döyüşçü döyüş hazırlığı zamanı M27 piyada avtomat tüfəngindən 100 metrdə "sıfırını" təsdiqləyir

İnkişaf edən nişangahlar

Silahların atəş məsafəsinin artırılması və hədəfə yaxşılaşdırılan təsirinin göstərilməsi, əgər açılan atəş dəqiq olmazsa, çox az üstünlük verə bilər. Buna nail olmaq üçün atəşə və ya hədəfin məhvetmə zəncirinə yeni bir yanaşma vacibdir. "Vortex Optics" şirkətinin nümayəndəsi təklif edir ki, atıcının optikası qırmızı nöqtədən "Vortex Razor Gen 2 1-6x24" kimi gündüz, yüksək davamlılığa malik nişangahlara keçirilsin. Onlar orta məsafələrdə ilk atəşdən məhvetmə imkanı verən, ən yüksək dərəcəli aydınlıq, qətnamə, rənglərin bərpası, habelə inkişaf edən mütənasib-inteqral-differensial tənzimləməsini təmin edir. Optik cihazların struktur davamlılığının və etibarlılığının artması əvvəllər yalnız snayper nişangahlarında istifadə olunan dəyişkən böyüdücünü tətbiq etməyə imkan verirdi. Yüksək böyütmə həm atıcıya hədəfi daha inamlı şəkildə aşkar etməyə, həm də uzaq məsafələrə tonu tanımağa imkan verir. "Steiner" şirkətinin nümayəndəsinin izah etdiyi kimi, bu imkanlar "lazer məsafəölçəninin, işıqlandırıcının və göstəricinin daxil olduğu kiçik və yığcam silah bloklarının hesabına" daha da artırılıb. Tezliklə döyüş maşınlarında quraşdırılan atəşi idarəetmə sistemləri piyada silahlarına da əlçatan ola bilər. Buna misal olaraq, tənzimlənən nişangah markası əldə edən və "Ballistic Data Xchange" proqram təminatı ilə lazer məsafəölçənini birləşdirən "SIG Sauer" optikasını göstərmək olar.

Növbəti addım, bu inkişaf edən xüsusiyyətləri vahid bir sistemə daxil etməkdən və digər əsgər müşahidə sistemləri ilə elektron şəkildə birləşdirməkdən ibarətdir. Əslində, bu elə ABŞ Ordusunun ümidverici RTA (Rapid Target Acquisition- Sürətli Hədəf Alma) təşəbbüsü çərçivəsində inkişaf etdirilən NGSW (Next Generation Squad Weapon) proqramına uyğun tələb etdiyi silahlardır. Atıcının fəaliyyət səmərəliliyini artırmaq üçün RTA atıcı silahları, nişangah və dəbilqə quraşdırılan ekranı birləşdirəcək.

NGSW (Next Generation Squad Weapon) proqramının növbəti nəsil manqa silahı

ABŞ Ordusu hazırda NGSW müqaviləsi üçün yarışa davam etmək üçün üçü seçilə biləcək beş şirkətin təkliflərini sınaqdan keçirir. Bu proqramın əsas vəzifələri qabaqcıl bədən zirehləri əldə etmək, dəqiqliyi artıran və məhvetmə məsafəsini artıra biləcək texnologiyalardan faydalanmaqdan ibarətdir.

2018-ci ilin oktyabr ayında ABŞ Ordusunun Müqavilə İdarəsi, ərizəçilərə göndərdiyi bildirişdə "Next Generation Squad Weapon" ailəsinin tərkibini tüfəng və avtomatik tüfəng olaraq təyin edib. NGSW fəaliyyətinin bir hissəsi olaraq hər seçilən podratçı "hökumət tərəfindən təqdim edilən 6.8 mm güllələrdən istifadə edən iki silah variantını və onlar üçün ümumi bir patron hazırlayır". Silahlara "Next Generation Squad Weapon-Rifle (NGSW-R) tüfəngi və "Next Generation Squad Weapon-Automatic Rifle" (NGSW-AR) avtomatları daxildir. Döyüş briqadalarında NGSW-R silahlarının M4/M4A1 karabinini, NGSW-AR-ın isə M249 SAW (Squad Automatic Weapon) tüfəngini əvəz edəcəyi planlaşdırılır. Seçimlərdən birində tüfəngin təkrar doldurulan batareya ilə təmin edilməsi həyata keçirilməlidir. Mənbə ehtimal edir ki, tələblərə cavab vermək üçün döyüş sursatı 915 m/s ilkin sürətlə hərəkət etməlidir. Beş şirkət artıq NGSW-R və NGSW-AR tüfəngləri üçün öz seçimlərini təqdim ediblər: "Textron Systems", AAI, "FN America", "General Dynamics- OTS", PCP "Tactical və "Sig Sauer". Əksər hallarda xüsusiyyətlər ətraflı şəkildə yayımlanmayıb və müsabiqəyə təqdim olunan konfiqurasiyaların adları da açıqlanmır.

Namizədlər hazırda ABŞ ordusunda qiymətləndirilir, bundan sonra növbəti qiymətləndirmədə iştirak etmək üçün üç şirkət seçiləcək. "Birləşmiş Əsgər Ölüm Sistemi Yaradıcıları Qrupu"nun rəhbərinin sözlərinə görə, yarışmada qalib gələn silahının ABŞ ordusunda yerləşdirilməsinə 2023-cü ildə başlanacaq.

ABŞ Xüsusi Əməliyyat Qüvvələri Əfqanıstanda əməliyyatlar zamanı yaraqlıların axtarışı üçün gecəgörmə texnologiyasından istifadə edir

Döyüşdə optikanın üstünlükləri

Yuxarıdan ərazini görmək üçün gecəgörmə cihazları, hətta mikro PUA vasitəsi ilə vizual imkanların artırılması əsgərlərə üstünlüklərini qorumaqda kömək edə bilər

Yaxın ətrafdakı vəziyyət barədə döyüşdə məlumatlara sahib olmaq həmişə yüksək komandanlıqdan başayaraq fərdi əsgərə qədər hamı üçün ən vacib hədəfdir. Ərazi, düşmən və ümumi şərait barədə etibarlı məlumata sahib olmaq böyük bir üstünlük verir. Kiçik bölmə səviyyəsində bu bilik bir döyüş missiyasının müvəffəqiyyətinə və ya uğursuzluğuna təsir edə bilər. Rəqibi daha əvvəl aşkar etmək, bir anda təşəbbüsü ələ keçirməyə və daha düşünülmüş hərəkət etməyə imkan verir.

Qəfildən düşmən tərəfindən yaxalanan biri isə vəziyyətin dəqiq müəyyənləşdirilməsinə sürətli reaksiya verərək, atəş və manevr vasitəsi ilə yenidən təşəbbüsü ələ keçirmək üçün şansa malik ola bilər.

Gecəgörmə eynəyindən istifadə edən ABŞ xüsusi təyinatlısı 12.7 mm M2 pulemyotundan atəş açır

Cəbhə xəttindəki bir əsgər üçün rəqibin aşkarlanması və zərərsizləşdirilməsi çox vacib olsa da, bu situasiya biliklərinin yeganə komponenti deyil. Həmçinin ətraf əraziyə və manqadakı həmkarlara nəzərən doğru istiqaməti qoruyub saxlamaq da vacibdir. İtən və ya istiqamətdən yayınan hər bir əsgər ölüm təhlükəsi altında olur. Bundan əlavə, həmkarların yeri barədə məlumatların olmaması dost atəşlərinin yaranmasına səbəb ola bilər. Onsuz da çətin olan gündüz şəraiti, gecə daha da mürəkkəbləşir.

Texnologiyaların və istehsal üsullarının inkişafı sayəsində gecəgörmə cihazları artıq piyadalar üçün geniş yayılıb. Bundan əlavə, miniatürləşmə, məlumatların sürətli işlənməsi və simsiz şəbəkələr, məlumat və görüntülərin təqdimatını, inteqrasiyasını və ötürülməsini xeyli asanlaşdırır. Bütün bunlar vəziyyət barədə məlumat səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına kömək edir, bu isə həm əsgər, həm də kiçik bölmələr üçün vacibdir.

Rusiyanın İNFRATEH şirkətinin İT-406СР gecə nişangahı

Gecəgörmə - artan parlaqlıq

Görüntü parlaqlığını artıran texnologiyalar artıq daha ucuz, daha yığcam və daha səmərəlidir. Bu cihazların əksəriyyəti, məsələn, gecəgörmə cihazları, parlaq axını artıran elektro-optik çeviricilərdən istifadə edir. Onların çeşidinə hazırda silah nişangahları və gecəgörmə cihazları daxildir. Hər müasir dəbilqədə bu cihazların bərkidilməsi üçün xüsusi montaj yerləri də mövcuddur. Hazırda bir gözün qarşısında genişlənən parlaqlığa malik monokulyar cihazlara keçid tendensiyası müşahidə edilir. Bu isə ikinci gözün sərbəst qalmasına imkan verir.

Gecəgörmə cihazlarının əsas çatışmazlığı, onun tüfəngin normal hədəfalma xəttinə mane olmasıdır. Problemi həll etmək üçün silah üzərində lazer göstəricisi quraşdırılmalıdır. Göstəricinin hədəf markasını nişangahda görərək onu hədəf üzərinə yerləşdirib tətiyi çəkmək lazımdır.

Bu metod xüsusilə uzaq döyüş məsafələrində səmərəlidir və daha sürətli hədəfalmanı təmin edir, digər tərəfdən isə artan məsafə dəqiqliyi azaldılır. Görüntü parlaqlığını artıran texnologiyalar və gecəgörmə cihazları artıq mülki və hərbi sahələrdə geniş yayılıb, buna görə də "gecəyə sahib olmaq" getdikcə çətinləşir.

Yazı Nikolay Antonovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Təyinatına görə müasir əsgər: Yüngül piyadalara kömək etmək üçün texnoloji irəliləyişlər

2020/04/11-1587533612.jpg
Oxunub: 1861     10:59     23 Aprel 2020    