Zirehli dəbilqələrin inkişaf təkamülü - ARAŞDIRMA

2020/04/22-1587532348.jpg
Oxunub: 1206     11:07     29 Aprel 2020    
Düşmənin istifadə etdiyi silahlardan fərdi qorunma bizə çox uzaq zamanlardan bəllidir və bu günə qədər daim öyrənilir, təkmilləşdirilir. Şəxsi qorunmanın tərkib hissələrindən biri qoruyucu baş geyimidir. Onun forması, dizaynı, həndəsə forması və s. daim inkişaf etdirilir, qoruyucu baş geyimlərinin adları dəyişdirilir və bu gün onu güllə keçirməyən dəbilqə adlandırırlar. Qoruyucu baş geyimlərinin yaxşılaşdırılması, qoruyucu vasitələrdən daha sürətlə inkişaf edən silahdan asılıdır. Lakin bu dəbilqənin mahiyyəti dəyişməyib. O, istifadə olunan silahlarla insan başının yaralanma ehtimalını minimuma endirməlidir. Uzun müddət güllə keçirməyən dəbilqə düzəldilən material dəyişməz qaldı. Əsasən misdən poladadək nazik homogen bir metal təbəqədən istifadə edildi.

Polad zirehli dəbilqələr, keçən əsrin sonlarına qədər dünyanın bütün silahlı qüvvələrinin avadanlıqlarının əsas baş qoruyucu elementləri idi. Onların hekayəsi parça-polimer dəbilqə meydana gəlməsi ilə ötən əsrin 80-ci illərində bitməyə başladı.

Müasir zirehli dəbilqələrin tarixi

Zirehli dəbilqələrin (ZD) vəzifəsi hələ də dəyişməyib, o başı istifadə olunan silahlardan, müxtəlif mərmilərdən, qumbara və mina qəlpələrindən qorumaq, kiçik silahlardan vurma ehtimalını azaltmaq, həmçinin zərbə və yüklərdən qorumaq üçün nəzərdə tutulur. Keçən əsrin ortalarında, yeni texnologiyaların yaranması, poladdan fərqli olaraq, artan sərtliyə malik olan aşağı sıxlıqlı polimer materiallar üzərində araşdırmalara başlamağa imkan verdi.

Hərbi qarşıdurmaların və dünya müharibələrinin təhlili, polad dəbilqənin əsgər başını istifadə olunan silahların qəlpələrindən qorunmasını zəif təmin etməsi ilə nəticələndi. Poladdan hazırlanan dəbilqənin POS (dəbilqənin qəlpəyə qarşı davamlılığı) səviyyəsi, 1 qr kütləyə malik qəlpənin 350 m/s-ə qədər sürətində 50 faiz ehtimal ilə qorunmanı təmin edirdi. Bu POS qiymətləndirməsini aparmaq üçün qəbul edilən şərti bir ölçü vahididir.

Polad dəbilqələrin POS göstəricisinin yaxşılaşdırılması, hərbçilərin başlarında daşımalı olduqları kütlənin artmasına gətirib çıxardı. Məsələn, standart polad dəbilqə POS vahidini iki dəfə, yəni 600 m/s-ə qədər artırmaq üçün polad təbəqənin qalınlığını da demək olar ki, iki dəfəyə qədər artırmaq lazım idi ki, bu da dəbilqənin çəkisini 700 qramdan 2.35 kiloqrama qədər artırırdı. Lakin burada başqa bir problem ortaya çıxırdı: dəbilqə taxmaqla aparılan təcrübələr onların maksimum çəkisinin 1.6 kiloqram ola biləcəyini göstərirdi. Bu ağırlığı aşmaq boyun onurğasının zədələnmə ehtimalını kəskin dərəcədə artırırdı.

Keçən əsrin ikinci yarısının əvvəllərində müxtəlif materiallardan dəbilqə yaratmaq üçün araşdırmalar aparılırdı. Aşağı sıxlıq və yüksək gərginliyə malik polimer materialların yaradılmasındakı uğurlu nəticələr, bu cür materialların insan fəaliyyətinin müxtəlif sahələrində istifadəsinə imkan verirdi. Əsas tətbiq sahəsi hərbidə polad təbəqə və hissələrin dəyişdirilməsi imkanı oldu. Məlum olub ki, polimer material polad təbəqəli dəbilqə ilə müqayisədə, zərbə-dalğa enerjisini udmaqda və yaymaqda daha yaxşı fiziki və mexaniki xüsusiyyətlərə malikdir.

İlk inkişaflar

İlk uğur qazanan ABŞ-ın "Dupont" şirkətinin dizaynerləri oldu. Yaranan material paraaramid lifi adlandırıldı. Material sərtliyinə görə polad strukturuna uyğun gəlirdi, fiziki sıxlığı isə 1.43 qr/sm3 idi, bu cür materialdan hazırlanan dəbilqənin kütləsi isə polad dəbilqədən beş dəfə daha yüngül idi.

Paramaramid lifin patentli ticarət nişanı Kevlar®29-dur. Bu lifdən xətti sıxlığı 110 teks olan saplardan, hər kvadrat metrinin xüsusi kütləsi 255 q olan parça hazırlanır. Ondan isə çoxqatlı kvazihomogen parça-polimer istehsal edilir. Bu isə eyni çəkili monolit homogen poladdan iki qat daha üstün POS xüsusiyyətləri göstərir. Bundan əlavə, qəlpələrə və ya 9 mm-lik bir gülləyə məruz qaldıqda, onların yerində yalnız kiçik bir dinamik əyilmə nəzərə çarpır. Bir "parça" dəbilqəni ilk yaradan ABŞ oldu.

Dəbilqə 70-ci illərdə "Natick" Elmi Tədqiqat Laboratoriyasında yaradılıb. ABŞ 80-ci illərin əvvəllərində "parça" dəbilqəni PASGT (Personnel Armor System Ground Troops - Quru Qoşunlarının Personal Zireh Sistemi) adı ilə silahlanmaya qəbul etdi.

PASGT texnologiyası

Zirehli dəbilqələr Kevlar®29 ilə və PVB qatranları əsasında parçadan hazırlanırdı. Kütləsi təyinatından asılı olaraq 1.4-2.9 kiloqramdır. Seriyalı zirehli dəbilqələr 5 ölçüdə: XL/S/M/L/XL olur. POS xüsusiyyətləri isə hərbi və polis standartları ilə müəyyən edilir. Hərbi MIL-STD-662E və polis NIJ 0106, STANAG 2920 standartı qəlpənin 600 m/s sürətlə dəbilqə korpusunun 50 faizlik parçalanmasına uyğun gəlirdi. Bu standart dəbilqənin yerli modellərini sınaqdan keçirən Rusiya standartına təxminən bərabərdir.

Dəbilqələrin istehsalı olduqca sadədir - materialı qətran ilə hopdururlar və bir neçə qəlibə qoyurlar. Onu lazımi temperatur altında presləyirlər. Qatran polimerləşərək sərtləşir. Sərtləşən təbəqəni kəsirlər. Bundan sonra, onu bağlayıcı kəmər ilə təchiz edirlər və dəbilqənin yaradılması prosesi başa çatır. Bu istehsal üsulu, qətran ilə hopdurulan parçanın adından götürülən "hopdurma" metodu adlanır. Bu texnologiyanın sadəliyi bir çox dövlətdə oxşar dəbilqələrin istehsalına və yayılmasına səbəb olub. Bu günə qədər bir neçə milyon PASGT dəbilqəsi və ya analoqları istehsal edilib, NATO ölkələrinin demək olar ki, bütün silahlı qüvvələri "parça" dəbilqələrlə təmin edilib. ABŞ-da quru qoşunları hələ də PASGT dəbilqə ilə təchiz edilir. Digər ölkələrin silahlı qüvvələri də fərdi avadanlıqlarında özlərinin və ya xarici istehsal olan oxşar dəbilqələrə malikdir. Buna görə fərqli ölkələrdə parça əsaslı ZD istehsalının xüsusiyyətləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

ABŞ zirehli dəbilqələrin müasir inkişafı

Bir çox ölkədəki bütün müasir inkişaflar gələcəyin döyüşçülərini təchiz etmək proqramlarına uyğun gedir. Bu cür proqramların əsasını tapşırığın effektiv icrasını təmin edən vahid bir sistem təşkil edir. Vahid sistem - daşıyıcı tərəfindən səmərəli istifadəsi üçün bütün avadanlıq sistemlərinin bir-biri ilə tam qarşılıqlı əlaqəsi deməkdir. Hər bir dövlətin proqramları bir-birindən fərqlənsə də, hamısında ZD, naviqasiya və rabitə vasitələrinin, müxtəlif növ məlumat ekranlarının, videokameraların və xüsusi avadanlıqlar kimi müxtəlif köməkçi və əlavə avadanlıqların "daşıyıcısıdır". Bütün bu qərarlar başda daşınan çəkinin artmasına səbəb oldu. Pentaqon 1996-cı ildə "bir əsgərin döyüş qabiliyyətini artırmaq" proqramını hazırladı. Buna görə, son kütləsi ¾ PASGT kütləsinə bərabər olan yüngül bir dəbilqə yaradılmalı idi. Proqramın icrası çox çətin idi. Əsas səbəb istifadə olunan texnologiyalarda idi. Nəticədə parça yaratmaq üçün yeni müasir texnologiyalardan istifadə etməklə ZD-nin çəkisini 15 faizə endirmək və POS göstəricisini bir az qaldırmaq mümkün oldu. ZD yaratmaq üçün təkmilləşdirilən Kevlar® KM2 aramid lifindən istifadə edildi, meydana gələn sapların xətti sıxlığı 2 dəfə azaldı. 2002-ci ildə ABŞ "Advanced Combat Helmet" adlı yüngül və müasir döyüş dəbilqəsini qəbul etdi. Buna qorunma sahəsini 8 faiz azaltmaqla nail olundu, lakin POS xüsusiyyətləri 6 faiz yaxşılaşdı.

Rusiyada zirehli dəbilqələrin müasir inkişafı

Rusiya Federasiyası polad təbəqəli dəbilqələri parça-polimer dəbilqə ilə əvəz etmək məsələsində Qərbdəki rəqiblərindən geri qaldı. Lakin "parça" dəbilqələrin inkişafı, 80-ci illərdə "Polad" Elmi Tədqiqat İnstitutunun öz təşəbbüsü ilə başlandı. Sovet İttifaqı dəbilqə istehsalının başqa bir texnologiyasını - sadələşdirilən "lenta" adını alan çoxqatlı kvazihomogen lentaların termoplastik preslənməsini mənimsəmişdi.

Rus texnologiyasının yaradılması

Texnologiyanın mahiyyəti də çox mürəkkəb deyildi - ballistik parça təbəqələri arasında nazik bir termoplastik lenta qoyulurdu. Sonra ortaya çıxan paketi qızdırıldığı, presləndiyi və soyudulduğu bir qəlibə qoyurdular. Termoplastik lenta qızdırıldıqda əriyir və parçanın iki qatını birləşdirirdi. Bu üsulla ZD-nin örtüyü hazırlanırdı. Bu texnologiya, ABŞ-ın "hopdurma" üsulu ilə hazırlanan dəbilqələrindən daha çox davamlılığa malik avadanlıqlar əldə etməyə imkan verdi. Bu texnologiyanın tətbiqinə qədər on ildən çox keçdi. Nəticədə texnologiya hərtərəfli öyrənildi, indi parça növünü, parça və lenta qalınlığını, onların əvəz edilməsini və dəbilqənin lazımlı versiyasını seçə bilərsiniz. İlk rus parça dəbilqəsi Rusiyada 1999-cu ildə 6B7 simvolu altında silahlanmaya daxil oldu. Onlar xarici tərəfdaşının xüsusiyyətlərini üstələyir:

- maksimum 6B7 kütləsi, PASGT minimum kütləsindən çox deyil;
- STANAG görə 61 m/s olan göstərici POS-a görə 560 m/saniyədir.

2005-ci ildə Rusiya Silahlı Qüvvələrində daha 3 ədəd ZD modeli - 6B28, 6B27 və 6B26 ortaya çıxdı. Hazırda onlar xüsusiyyətlərinə görə dünyanın ən yaxşı zirehli dəbilqələridir. "Polad" Elmi Tədqiqat İnstitutunun son yeniliyi kütləvi istehsala hazır olan 2-ci nəsil ümumqoşun dəbilqəsidir. Dəbilqənin çəkisi 1.1 kiloqramdan çox deyil, STANAG-a görə POS 740 m/saniyəyə bərabərdir.

Təəssüf ki, bu cür xüsusiyyətlərin əldə edilməsi qiymət artımı olmadan alınmadı. Ballistik parça xüsusiyyətlərində ən kiçik bir yayınma, dərhal zay məhsul istehsalına səbəb olur. ABŞ texnologiyasından fərqli olaraq qəliblərə yalnız bütov parçalar seçilir. Bütün bunlar isə son məhsulun - dəbilqənin qiymətinin artmasına səbəb olur. Texnologiyanın üstünlükləri arasında yüksək ekoloji təmizlik (qətrandan istifadə edilmir) və istehsalın avtomatlaşdırılması qeyd olunur.

Rusiyada ZD yaratmaq üçün "qarışıq və ya diskret toxuma strukturlu" (TPA) başqa bir texnologiya da mövcuddur. Onu "TsVM Armocom" şirkəti hazırlayıb. Texnologiya hopdurma elementlərinin və quru aramid laylı paketlərin istifadəsinə əsaslanır. Qəliblərdə yalnız parçanın xarici təbəqələri qatran ilə hopdurulur, daxili isə quru qalır. Bu bəzən ayrılan struktura malik "qarışıq" texnologiya da adlanır.

Bu metodun müsbət tərəfi, dəbilqə korpusunun 1.5 santimetrə çatan böyük qalınlığının zərbə dalğalarını daha təsirli bir şəkildə dağıdaraq onları udmasından ibarətdır. Müqayisə üçün, lenta texnologiyalı zirehli dəbilqə 0.8 santimetrdən çox olmayan qalınlığa malikdir. Qarışıq texnologiyanın mənfi nöqtəsi isə daxili sərt və elastik təbəqənin kiçik qalınlığıdan ibarətdir. Bu zirehli dəbilqənin dinamik əyilməsi, lenta texnologiyasından istifadə edilərək hazırlanan zirehli dəbilqədən daha böyükdür.

Gələcək rus əsgərinin avadanlığı ilə bağlı açıq sual

2000-ci ildən etibarən Rusiya qoşunları təxminən bərabər miqdarda lenta və qarışıq texnologiyalardan istifadə edilərək hazırlanan zirehli dəbilqələr əldə edirlər. Bütün xüsusiyyətlər və qiymət demək olar ki, eynidır. Yayılan məlumatlara görə, 2010-11-ci illərdə RF Silahlı Qüvvələrinə bu texnologiyalardan istifadə edərək yaradılan 70 min zirehli dəbilqə verildiyi məlumdur. İndi isə həm 2-ci nəsil ZD-nin, həm də bütün 2-ci nəsil avadanlıqlarının seriya istehsalına keçməsindən, hərbi idarə onun yaradılması üçün vahid bir sistem tətbiq edir. Bu isə Rusiyada ZD yaratmaq üçün yalnız bir texnologiyanın qalacağı deməkdir. Onlardan hansının qabaqcıl tələblərə daha yaxından cavab verəcəyi isə yalnız 2-ci nəsil vahid sisteminin kompleks sınaqlarını apararkən sifarişçinin özü tərəfindən müəyyən ediləcək.

ZD-nin yaxın gələcəyi - Nanotexnologiya

ABŞ-ın "Natick" və Rusiyanın "Polad" Elmi Tədqiqat İnstitutu zireh qoruması yaratmaq üçün yeni texnologiyaları inkişaf etdirir. Amerikalılar nanotexnologiyadan istifadə edərək yaradılan iki yeni materialı - "Zyion"u və "Magellan Systems Int"in M5 lifini araşdırırlar. İlk material təxminən 0.8 kiloqram ağırlığında bir dəbilqə yaratmağa imkan verir, lakin material su və günəş işığına qarşı hələ də davamlı deyil. İstifadə edilən lif isə dəbilqənin çəkisini təxminən üçdə bir qədər azaltmağa kömək edəcək, lakin tədqiqat işləri hələlik davam edir.

Rusiyalı mütəxəssislər POS xüsusiyyətini artıran, dinamik əyilməni azaldan material yaradıblar, lakin bu material da sudan "qorxur". Bu texnologiya "maye zireh" adlanır.

Müəllif Roman Cereleyko
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zirehli-Dəbilqə   ABŞ   Rusiya  

Zirehli dəbilqələrin inkişaf təkamülü - ARAŞDIRMA

2020/04/22-1587532348.jpg
Oxunub: 1207     11:07     29 Aprel 2020    