Rusiya XİN: Koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı iş davam etdirilir

2020/01/0-59-1579929126.jpg
Oxunub: 27052     17:04     17 Aprel 2020    
“Koronavirus pandemiyasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı iş davam etdirilir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, Rusiya XİN başçısının azərbaycanlı və erməni həmkarları ilə apardığı telefon danışıqlarını xatırladıb.

M. Zaxarova bildirib ki, telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə toxunulub.

“Tərəflərlə müntəzəm təmasları ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik həyata keçirir. Davam edən məsləhətləşmələrdə koronavirus infeksiyası və onun danışıqlar prosesinə təsiri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər dayanır. Sərhəddə və qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunur”, - deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin