Ermənistan ordusunda dizenteriya yayılıb

2019/05/465_1-1557231601.jpg
Oxunub: 3483     15:32     17 Aprel 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində koronavirus infeksiyası ilə bağlı karantin elan edildiyi bir vaxtda hərbi hissənin tibb xidmətinin yarıtmazlığı və tibbi təminatın zəif olması səbəbindən şəxsi heyət daha bir bəla ilə üzləşib.

Ordu.az xəbər verir ki, işğal edilmiş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən düşmən ordusunun 6-cı dağ atıcı alayının 3-cü taboru və 5-ci təlim taborunun şəxsi heyəti arasında kütləvi dizenteriya yayılıb.

Xankəndindən hərbi hissəyə təcili ezam edilən həkim briqadasının gəldiyi nəticəyə əsasən 5-ci təlim taborunun şəxsi heyətinin 80 faizi, 3-cü taborun isə 40 nəfər əsgəri xəstəliyə yoluxub.

Məlum olub ki, hərbi hissə komandanlığı şəxsi heyətin kütləvi dizenteriyaya yoluxması faktını ört-basdır etməyə çalışır. Həkimlərin ilkin qənaətinə görə aprelin 14-də axşam yeməyində əsgərlərə verilən keyfiyyətsiz və istifadəyə yararsız ət xəstəliyə səbəb olub.

Baş vermiş hadisə N.Paşinyan rejiminin guya şəxsi heyətə yüksək keyfiyyətli qida məhsulları verilməsi barədə təbliğatını iflasa uğratmaqla yanaşı, düşmən ordusunda təminatın hələ də çox pis vəziyyətdə olmasına növbəti sübutdur.

Koronavirus infeksiyası ilə bağlı karantin rejimi dövründə belə bir faktın ortaya çıxması, övladları ilə əlaqə yaratmaq imkanından məhrum edilən ermənistanlı valideynlər arasında daha böyük narazılığa səbəb olub.

Ermənistan Müdafiə Nazirliyi kütləvi dizenteriyaya yoluxma faktı ilə bağlı nə ictimaiyyətə açıqlama verir, nə də nigaran valideynlərin müraciətlərini cavablandırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Xəstəlik  


Bizi "telegram"da izləyin