Erməni zabitlərlə mülki şəxslər arasında dava düşüb

2019/05/23423-1557122165.jpg
Oxunub: 30201     11:58     17 Aprel 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində cinayət hadisəsi baş verib.

Ordu.az xəbər veirr ki, mülki qohumları ilə əlbir olan hərbi qulluqçu tərəfindən 6 nəfər erməni zabiti döyülərək xəstəxanalıq edilib.

Düşmən ordusunun 5-ci dağ atıcı alayının, 2-ci taborunun “zampoliti” Hamik Simoniki vəzifə səlahiyyətlərini aşıb. O, hərbi hissədə kəşfiyyat taqım komandiri vəzifəsində xidmət edən baş leytenant Narek Hovanisyanı təhqir edərək alçaldıb. Bundan hiddətlənən baş leytenant “zampolitdən” qisas almağa yardım etmək üçün Əskəran rayonunda yaşayan qardaşı Ara Hovanisyana zəng edib. O isə öz növbəsində Xankəndində olan dostlarını köməyə çağıraraq söyüş söyən zabiti cəzalandırmaq məqsədilə taborun qərargahına gəlib.

Baş verən kütləvi dava nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan zabit H.Simoniki təcili olaraq Xankəndi hospitalına təxliyə edilib. Ondan başqa taborun qərargah rəisi və daha dörd zabit mülkilər tərəfindən döyülüblər.

Hazırda hərbi polis tərəfindən araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dava  


Bizi "telegram"da izləyin