ABŞ HHQ üçün geniş miqyaslı dəyişikliklərə gətirib çıxaracaq PUA

2020/04/111-1587107951.jpg
Oxunub: 1488     13:45     17 Aprel 2020    
ABŞ-da yeni bir pilotsuz vasitənin konsepti təqdim edilib. PUA hava hücumunda iştirak edəcək və havada yanacaqdoldurma qabiliyyətinə malik olacaq ki, bu da ABŞ Hərbi Hava Qüvvələri üçün geniş miqyaslı dəyişikliklərə gətirib çıxaracaq.

"Defender" adlı yeni PUA "General Atomics" kompaniyası tərəfindən hazırlanıb. Pilotsuz vasitənin vəzifələri, ilk növbədə, idarəetmə, kəşfiyyat və yanacaq dolduran təyyarələri düşmən təyyarələrinin hücumundan qorumaqdan ibarətdir. Maraqlıdır ki, pilotsuz vasitənin konsepsiyası ABŞ-ın MQ-9 "Reaper" alınmasını dayandırması xəbərindən dərhal sonra təqdim edildi.

Yeni pilotsuz vasitəyə daxili silah bölməsi əlavə ediləcək, ön füzelyaj daha axımlı olacaq və qanad quruluşu sələflərinə nisbətən daha az əyiləcək. Çox güman ki, "Defender" PUA-sı AESA (AFAR) radarına, radar qəbuledicisinə və raket xəbərdarlıq sisteminə, radar/elektron dəstək sistemlərinə, həmçinin IRST infraqırmızı axtarış və izləmə sisteminə malik olacaq.

PUA hədəf və vəziyyət haqqında dörd səviyyəli məlumat toplayan sistemə sahib olacaq, bu isə potensial təhlükələrə qarşı daha effektiv şəkildə mübarizə aparmağa və bu təhdidlərdən yayınaraq uçuş strategiyası formalaşdırmağa imkan verəcək. PUA-ların müşayiət etdiyi təyyarələrin təhlükəsizliyini təmin etmək üçün, düşmən raketlərini məhv etməyə imkan verən lazer sistemi ilə silahlanması da mümkündür.

ABŞ hərbi komandanlığı haqlı olaraq Hərbi Hava Qüvvələrinin dəstək təyyarələrini (tanker təyyarələrini, idarəetmə təyyarələrini və s.) silahlı qarşıdurmalar zamanı ən həssas element hesab edir, çünki onlar yüksək sürətli manevr edə bilmir, zəif qorunur və qırıcılardan çox aşağıda uçur. Dəstək təyyarələrini də qırıcılarla qorumaq isə olduqca çətindir, PUA-lar isə onların təhlükəsizliyini təmin etmək üçün əsas vəzifələrin yerinə yetirilməsinə imkan verəcək.

Havada yanacaq doldura bilən, tankerlərdən, idarəetmə və kəşfiyyat təyyarələrindən, hətta bombardmançılardan geri qalmayan sürət inkişaf etdirməyə qadir olan PUA-lar bu vasitələrin təhlükəsizliyini xeyli artıra biləcək.

Məsələn, dəstək təyyarələrinin birində yerləşən döyüş idarəetmə heyətinin üzvü, yarı-avtonom komanda interfeysi vasitəsi ilə pilotsuz uçuş aparatlarını düşməndən gələn hava təhlükələrini neytrallaşdırmaq üçün istiqamətləndirə bilər.

"Defender" özü birbaşa görüntü zonasından kənarda, peyk məlumat ötürmə kanalı olmadan belə havada fəaliyyət göstərə bilir. PUA tankerin peyk kanallarından biri ilə və ya başqa bir dəstək təyyarəsi tərəfindən idarə edilə bilər. Buna görə yeni PUA-ların istifadəsi, ABŞ Hərbi Hava Qüvvələrində istifadə olunan rabitə arxitekturasını inkişaf etdirəcək.

Onun şübhəsiz bir üstünlüyü, hər hansı bir dronda olduğu kimi, kabində insanın olmamasındadır. Bu təminat təyyarələrini dəstəkləyən vasitələrə mürəkkəb və riskli əməliyyatlar aparmağa imkan verir. PUA-lara xidmət edən personaldan fərqli olaraq, qırıcı aviasiya pilotlarının dincəlmək imkanları yoxdur, hətta kokpitdə qalxa və qamətlərini düzəldə bilmirlər. Bu da qırıcıların havada davamlı istifadəsini mümkünsüz edir. Həm də qırıcılar daim yanacaqdoldurma tələb edir.

Göründüyü kimi, ABŞ hərbi sənayesinin yeniliyi Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Rusiya və Çin hərbi təyyarələrindən təhlükəsizliyini artırmaq üçün hazırlanıb. Hər şeydən əvvəl, Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin təminat təyyarələri üçün ciddi təhlükə yaradan Çinin J-20 qırıcılarından ehtiyat edir.

https://topwar.ru/168525-novyj-bpla-predstavlen-v-ssha-chto-soboj-predstavljaet-i-dlja-chego-prednaznachen.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   ABŞ  

ABŞ HHQ üçün geniş miqyaslı dəyişikliklərə gətirib çıxaracaq PUA

2020/04/111-1587107951.jpg
Oxunub: 1489     13:45     17 Aprel 2020    