Xəsarət alan erməni hərbçisində koronavirus da aşkar edilib

2020/03/22460-1585460256.jpg
Oxunub: 9200     13:18     17 Aprel 2020    
İşğal olunmuş Ağdərə yaşayış məntəqəmizdə yerləşdirilən düşmən ordusunun bölmələrdən birinin hərbi qulluqçusu ciddi xəsarət alıb.

Ordu.az xəbər verir ki, hərbi hissənin zabitlərindən birinin şəxsi maşınında hərbi hospitala çatdırılan A.Martirosyanda müayinə zamanı həm də koronovirus infeksiyası aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, hərbçinin təhlükəsizlik qaydalarını pozaraq xəsarət almasına səbəb spirtli içki qəbul etməsidir. Təhqiqat zamanı o da məlum olub ki, fövqəladə hal elan edilməsinə və karantin rejiminin tətbiq olmasına baxmayaraq A.Martirosyan tez-tez xidmət yerini özbaşına tərk edərək yaxınlıqdakı yaşayış məntəqəsində yaşayan sevgilisinin yanına kef məclislərinə gedirmiş. Həkimlər koronovirus infeksiyasına da məhz həmin məclislərdə yoluxduğundan şübhələnirlər.

A.Martirosyanla təmasda olan 17 hərbi qulluqçu həkim nəzarətinə götürülüb və eyni zamanda onun əlaqədə olduğu mülki şəxslər barədə də sahə müvəkkilinə məlumat verilib.
Hər iki fakt hərbi polis əməkdaşları tərəfindən araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Yaralı   Koronavirus  


Bizi "telegram"da izləyin