Erməni zabit hospitala yerləşdirilib

2018/01/IMG-20180116-WA0023_1516117354.jpg
Oxunub: 29763     10:56     17 Aprel 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində taqım komandiri vəzifəsində xidmət edən zabitin kazarmanın üçüncü mərtəbəsindən düşərək ağır xəsarətlər alması məlum olub.

Ordu.az xəbər verir ki, işğal altında olan Ağdərə yaşayış məntəqəmizdə yerləşdirilən hərbi hissədə xidmət edən leytenant Qaqik Petrosyan ağır bədən xəsarətləri və çoxlu sayda sınıqlar ilə hospitala yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Q.Petrosyan hərbi polisin əməkdaşı ilə söhbət zamanı guya kazarmanın pəncərəsini təmir edərkən ehtiyatsızlıqdan yıxıldığını qeyd edib.

Lakin əsgərlər arasında söz-söhbət gəzir ki, taqım komandiri tabeliyində olan hərbi qulluqçulara qarşı həddən artıq qəddar davrandığı üçün iki əsgər onun aşağı düşməsinə “kömək” ediblər.

Rəsmi açıqlama verilməsə də faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-zabit   Hospital  


Bizi "telegram"da izləyin