Səfirlik: İsveçrə Qarabağdakı “seçkiləri” qanunsuz hesab edir

2020/04/11-1587031672.jpg
Oxunub: 26340     14:01     16 Aprel 2020    
"İsveçrə Azərbaycanın işğal olunmuş ərazilərində separatçıların təşkil etdiyi qondarma seçkiləri tanımır".

Ordu.az xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“İsveçrə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki “seçkiləri” qanunsuz və əsassız sayır”, - diplomatik nümayəndəlik bildirib.

Xatırladaq ki, bu il martın 31-də Ermənistan tərəfdən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil edilən qondarma seçkilər beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid edilib və qəbul olunmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Qarabağ  


Bizi "telegram"da izləyin