Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı siyasi analitik Uve Halbax bildirib.
Onun sözlərinə görə, bu gün aparıcı ölkələr virusun yayılmasına qarşı çıxmaq üçün resurslara sahib deyil.

“Bu şəraitdə Qarabağ istiqaməti də daxil olmaqla müharibə aparmaq resursunu az ehtimal olunan hesab edirəm. Bu, məntiqli addım olmayacaq, çünki qarşıda, əgər hələ başlamayıbsa, böyük ehtimalla böhran mərhələsi var”, - deyə almaniyalı analitik bildirib.
O qeyd edib ki, həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətə təsiri hər zaman eynidir, əgər hansısa qəfil inkişaf olsa, həmsədrlər keçmişdə olduğu kimi münaqişə zonasında “hava”nı dəyişməyə qadirdirlər.

Digər bir almaniyalı politoloq Aleksandr Rar bildirib ki, hazırda dünya üçün problemə çevrilən təkcə koronavirusun yayılması deyil.
“Bu gün real problemlər hədsiz dərəcədə çox və aradanqaldırılmazdır, bu vəziyyətdə ritorikanı siyasi proqramların realizmindən ayırmaq lazımdır”, - deyə Rar qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az