Gürcüstan XİN: Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq

2020/04/15869-1586942633.jpg
Oxunub: 29020     13:13     15 Aprel 2020    
“Gürcüstan Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir və qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

Ordu.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilib. Bəyanatda bildirilib ki, qonşu ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident seçkiləri”nin ikinci raundunu tanımır.

“Gürcüstan tərəfi qondarma “Dağlıq Qarabağ Respublikası”nı və Azərbaycanın bu regionunda keçirilən “prezident seçkiləri”nin ikinci raundunu tanımır. Gürcüstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir”, - deyə bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Qarabağ  


Bizi "telegram"da izləyin