Çin XİN-in rəsmi nümayəndəsi: Dağlıq Qarabağ məsələsi barədə Çin tərəfinin mövqeyi qəti və dəyişməzdir

2020/04/15868-1586868426.jpg
Oxunub: 15090     16:37     14 Aprel 2020    
"Dağlıq Qarabağ məsələsi barədə Çin tərəfinin mövqeyi qəti və dəyişməzdir".

Ordu.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan bu fikri Çinin CCTV beynəlxalq xəbərlər telekanalının müxbirinin Azərbaycanın əzəli ərazisi, hazırda Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda bu gün keçirilən qondarma “prezident seçkiləri” ilə əlaqədar Çin tərəfinin mövqeyi haqqında sualını şərh edərək söyləyib.

Çjao Liszyanın sözlərinə görə, Çin ümid edir ki, əlaqədar tərəflər regionda sülhü və sabitliyi qorumaq üçün mübahisəli məsələləri siyasi dialoq yolu ilə nizamlayacaqlar.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: “Çin tərəfi regionun sabit inkişafı üçün səy göstərməyə hazırdır”.

Qeyd edək ki, Çin, əvvəlkitək, bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin