Britaniya Qarabağdakı “seçkilərin” ikinci turunu da tanımır

2020/04/15857-1585720965.jpg
Oxunub: 29542     11:47     14 Aprel 2020    
Böyük Britaniya ikinci turu aprel ayının 14-də baş tutacaq Dağlıq Qarabağdakı qondarma "prezident seçkilərini” tanımır.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Bildirilib ki, rəsmi London ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəkləyir: "Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin