Hərbi hissədə dava: İki erməni hərbçisi hospitallıq oldu

2018/02/cebhe-ermeni-(4)23423_1511431220345345_1513682275_1519654564.jpg
Oxunub: 6430     15:30     11 Aprel 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində növbəti cinayət törədilib.

Ordu.az xəbər verir ki, hərbi hissədə baş verən dava nəticəsində zədə alan 4 hərbi qulluqçu tibb məntəqəsində həkim tərəfindən müayinə olunub.

Ağır bədən xəsarətləri alan iki əsgər isə Ağdərə hərbi hospitalına göndərilib.

Hadisə ilə bağlı istintaq aparan Madagiz hərbi polisinin baş müstəntiqi Qurqen Qalstyan hərbi hospitala yerləşdirilən Armen Sultanyanın davanın səbəbkarı kimi cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verib. Daha çox xəsarət alan digər əsgər Hamlet Solkaryanın adı isə cinayət işində zərərçəkənlərdən biri kimi keçir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Dava  


Bizi "telegram"da izləyin