Silah satan erməni hərbçi saxlanılıb

2017/10/17_10_27_15090818143456_1509089870.jpg
Oxunub: 16065     11:48     11 Aprel 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif səbəblərdən baş verən cinayət hadisələrinin sayı artmaqda davam edir.

Ordu.az xəbər verir ki, düşmən ordusunun işğal etdiyi Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən bölmələrindən birinin hərbi qulluqçusu silah satarkən yaxalanıb.

Araşdırma zamanı məlum olub ki, o mütəmadi olaraq hərbi hissəyə məxsus əmlakı mülki şəxslərə satırmış. Hərbi qulluqçunun adı hələlik gizli saxlanılsa da istintaq işi davam edir. Müstəntiqlər belə qənaətə gəliblər ki, o bu əməli təkbaşına törədə bilməzdi. Onun digər şəxslərlə əlbir və ya kriminal qruplarla da əlaqələrinin olub-olmaması araşdırılır.

Hələlik məlum olan odur ki, erməni hərbçisinin satmaq üçün oğurlayıb gizlətdiyi “XV954” seriya nömrəli RPQ-7 qumbaraatanı, təsadüf nəticəsində, ərazidə mal-qaranı otaran çoban tərəfindən tapılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Silah   Özbaşınalıq  


Bizi "telegram"da izləyin