Erməni ictimai xadim: "İndi Qarabağ məsələsini həll etmək üçün ən düzgün andır"

2020/04/image-1586513368.jpg
Oxunub: 13402     16:30     10 Aprel 2020    
"İndi Qarabağ məsələsini həll etmək üçün ən düzgün andır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Los-Anceles yaşayan erməni rəssam, ictimai xadim Nikol Ağababyan deyib.

O qeyd edib ki, ermənilər təhlükə qarşısındadırlar.

"Əgər Qarabağı itirsək, bu, rus üçün gözəl, şirin bir yer olacaq, burada onun işi olacaq, həm Azərbaycanı, həm İranı, həm də Ermənistanı ümumilikdə ləğv edəcək. Biz çox ciddi təhlükələr qarşısında dayanmışıq, buna görə də, fikrimcə, hər kəs şəxsi problemlərini bir kənara qoymalı və bir istiqamətdə baxmalıdır, bir-birinə kömək etməlidir və bu vəziyyətdən qalib kimi çıxmağa çalışmalıdır. İqtisadi cəhətdən olmasa da, heç olmasa siyasi cəhətdən. İndi Qarabağ məsələsini həll etmək üçün ən düzgün andır", - deyə Ağababyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin