Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

2020/01/0-59-1579929126.jpg
Oxunub: 17094     09:02     10 Aprel 2020    
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması separatçı rejimin keçirdiyi “seçkilər”dən asılı deyil”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir və ATƏT-in Minsk qrupu bununla, yəni, problemin kompleks həlli ilə məşğuldur.

Eyni zamanda, gələcək sülh prosesinin həllinin qeyd olunan hadisədən hər hansı bir şəkildə asılı olduğuna inanmırıq”, - deyə M. Zaxarova bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin