“Qarabağ tərəfləri az maraqlandıracaq, insanları xilas etməyə məcbur olacaqlar” – Tarasov

2020/04/1830--1586433228.jpg
Oxunub: 31275     15:53     09 Aprel 2020    
“Hal-hazırda proqnozların əsas özəyi tibbi, siyasi-elmi proqnozlardır. Məsələ burasındadır ki, heç kim bunun necə virus olduğunu bilmir, peyvəndi yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus politoloq Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət, dünya, fərqli ölkələr, eləcə də Azərbaycan və Ermənistan pandemiyanın nə olduğunu tam şəkildə başa düşməyib.

“Elə bir vəziyyət yaranacaq ki, Qarabağ Ermənistan və Azərbaycanı az maraqlandıracaq, insanları xilas etməyə məcbur olacaqlar. Bu, gürcülərə və ümumilikdə hamıya aiddir, söhbət təkcə Ermənistan və Azərbaycandan getmir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin