Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
XİN başçıları ölkələrində COVID-19 koronavirus pandemiyası ilə bağlı vəziyyəti müzakirə ediblər. Bundan başqa, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə ikitərəfli münasibətlər, KTMT, MDB, Avrasiya İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.
Alpər Mövludoğlu
Ordu.az