Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu məsələdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyinə bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib.
"Beynəlxalq ictimaiyyət bu seçkilərin qeyri-qanuni xarakter daşıdığını, onu tanınmadığını bir daha da vurğulandı. Burada xüsusilə Qoşulmama Hərəkatına üzv ölkər tərəfindən ifadə olunan mövqeyi qeyd etmək istərdim. Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədi".
H.Hacıyev qeyd edib ki, burada koronavirusla bağlı məsələlər də var: "Belə ki, bu açıq şəkildə Ermənistanın və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin xislətini bir daha göstərdi. Bütün dünya koronavirusdan əziyyət çəkdiyi bir zamanda onlar öz çirkin siyasi oyunlarını davam etdirdilər. Burada xüsusi karantin rejimi və koronavirusla əlaqədar olan məsələlər nəzərə alınmadan qondarma seçki şousu təşkil olundu. Bu da bilavasitə Ermənistanın və qondarma rejimin xislətini açıq şəkildə göstərir və onun çirkin niyyətlərini qabarıq şəkildə büruzə verir", - deyə Hikmət Hacıyev qeyd edib.
Ordu.az