Qarabağda erməni əsgərin öldürülməsindən əvvəl mövqedə onun üzərinə qumbara atıblar - DETALLAR

2019/03/34434-1552392725.jpg
Oxunub: 2315     11:24     09 Aprel 2020    
Artıq məlum olub ki, bu il aprelin 4-də Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi hərbi hissələrindən birində öldürülmüş müddətli erməni hərbi qulluqçu Qareqin Babakexyanı qəsdən həyatdan məhrum etmək şübhəsi ilə onun xidmət yoldaşı həbs olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ilə bağlı bəzi detallar bəlli olub.

Məlumata görə, Qareqin Babakexyanın öldürülməsindən əvvəl, aprelin 4-də qulluq etdiyi hərbi hissədə onun üzərinə qumbara atıblar.

Hüquq-mühafizə orqanları yanında açılmış cinayət işi üzrə ilkin məlumatlar üzə çıxıb ki, qumbara mövqedə partlayıb. İlkin versiyaya görə, Qareqin Babakexyanın ölüm işi üzrə həbs edilmiş müddətli hərbi qulluqçu mövqedə döyüş növbətçiliyi zamanı ani olaraq yatıb, daha sonra oyanıb və əsgəri görərək onun rəqib olduğunu düşünüb, ona tərəf qumbara atıb.

Bu əsgər isə Qareqin Babakexyan olub. Həbs olunmuş əsgər daha sonra qumbara partlaması nəticəsində xidmət yoldaşının yaralandığını görərək Babakexyanın yaralanmasına görə onu ittiham edəcəklərini düşünüb, izləri itirmək üçün onun çənəsinə atəş açıb və beləliklə bu cür təəssürat yaradıb ki, guya Qareqin Babakexyan intihar edib.

Hazırda həbs olunmuş müddətli hərbi qulluqçu belə bir şeyin olmadığını deyir, lakin mövqedə əsgərlər olub ki, onlar açılmış cinayət işi üzrə vacib, lakin ziddiyətli ifadələr veriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər   Detallar  


Bizi "telegram"da izləyin