Rusiyalı politoloq: “Hazırkı vəziyyətə əsasən, Qarabağ münaqişəsinin həll imkanları azdır”

2019/06/00-12-1561884197.jpg
Oxunub: 6015     16:45     08 Aprel 2020    
“Moskvada Qarabağ gündəmi barədə o qədər də məlumatlı deyillər, söhbətin xüsusilə daxili dinamika barədə olması məlum deyil. Qarabağ süjeti daha geniş kontekstdə - geosiyasi, Qarabağ münaqişəsi kontekstində nəzərdən keçirilir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

O qeyd edib ki, hazırkı vəziyyətə əsasən, Qarabağ münaqişəsinin həll imkanları azdır.

“Bu problemdə böyük irəliləyiş olmadığını başa düşmək üçün İlham Əliyev və Nikol Paşinyanın Münhen dialoquna baxmaq kifayətdir. Rusiya üçün vacibdir ki, bu münaqişə dondurulmuş şəkildə qalmayacaqsa, heç olmasa 2016-cı ilin aprelində baş verən neqativ əlamətlər nümayiş etdirilməsin. Bu, narahatlıqlardan biridir. İkinci “tapmaca” isə daha böyükdür.”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin