Düzdür, “ikinci tur”da meydana çıxan Masis Mailyan insanların yoluxmanın mümkün yayılmasının qarşısını almaq üçün seçki məntəqələrinə getməməyə və əslində ilk turun nəticələrini qəbul etməyə çağırmışdı, buna baxmayaraq, aksiyada ona qoşulan bəzi qruplar da iştirak edib.
Mitinqdə “İnqilabçı Partiya”nın üzvləri ilə yanaşı “Sasna Tsrer”in Qarabağdakı qanadı və ən az səs toplayan namizəd Ruslan İsraelyanın komandasının bəzi üzvləri iştirak edib.
Aksiya iştirakçıları “seçki”nin düzgün təşkil edilməməsindən, Qarabağda koronavirus infeksiyasına qarşı görülən işlərin yetərli olmamasından danışıblar.
Alpər Mövludoğlu
Ordu.az