“Qarabağda bənzər təhlükəli inkişaflar halında vəziyyətin nəzarətdən çıxacağı istisna edilmir” - Yenokyan

2020/04/64466-1586248209.jpg
Oxunub: 6273     10:08     08 Aprel 2020    
“Qarabağdakı “seçkilər” zamanı Ermənistandan ezam olunmuş emissarlar ən qara işi gördülər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Paşinyanın emissarlarının qeydə aldığı pozuntular bəzi qüvvələr üçün Qarabağda iğtişaşların başlamasına kifayətdir.

“İkinci mərhələyə keçmiş “namizəd” Masis Mayilyanın olduqca birmənalı olmayan bəyanatı buna qoşuldu. Bəyanat vəziyyəti qaydasına salmaq əvəzinə onu daha da ağırlaşdırdı. Qarabağda bənzər təhlükəli inkişaflar halında vəziyyətin nəzarətdən çıxacağı və Paşinyan hakimiyyətinin orada birbaşa idarəetməyə başlayacağı istisna edilmir”, - deyə Yenokyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşınyan   Qarabağ   Böhran  


Bizi "telegram"da izləyin