Aprelin 5-də, saat 17:30 radələrində Ermənistanın işğal altında olan Qarabağın şərq istiqamətində yerləşdirdiyi hərbi hissələrdən birinin döyüş mövqeyində təxribata cəhd edən erməni hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Arayik Robert Şaxpazyan güllə yarası alıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanmış erməni hərbi qulluqçu hərbi hospitala yerləşdirilib.
Onun sağlamlıq vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Bildirilir ki, hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Ölüm
Qarabağ
Təxribat