Proqnozlaşdırıcı analizlər üzərində ixtisaslaşan süni zəka kompaniyası kimi C3.ai kommunal sayğacların sazlığını yoxlayaraq və hesaba qatılmayan enerji istifadəsinin miqdarını azaltmaqla “Baltimore Gas Electric”ə illik 20 milyon dollar qənaət etmə yolunu göstərdi. Kompaniaynın internet saytı həm də 3M, “Shell” kimi firmaların təriflərinə məruz qalıb. Yaradılmasından bu vaxta qədər bu firma süni zəka tapşırıqlarını həyata keçirən proqram təminatına 500 milyon dollar yatırım edib.
Bütün bunlara görə, Çin komandası C3.ai-dən ölkənin “Ağıllı Enelktrik Şəbəkəsi” layihəsinə yardım etməsini istəyir. 250 milyard dollar dəyəri olan layihənin məqsədi Çinin elektrik enerjisindən istifadə və onu paylama sistemini kökündən dəyişməkdir.
“Onlar burada olanda, onlarla çox səmimi söhbətim oldu. Sadəcə dedim ki, bunun necə işləyə biləcəyini anlamıram. Mən intellektual mülkün təkmilləşdirilməsi işində çalışdığım halda, siz nəhəng, dövlətə məxsus intellektual mülkün oğurluğu işindəsiz. Demək istədiyim odur ki, biz ikimiz üçün də çalışa biləcək orta biznes modelini tapa bilmərik”, - deyə Siebel söyləyib.
O, bununla məsələnin sona çatdığını düşünərkən, nə vaxtsa firmasının milli təhlükəsizlik sektorunda çalışacağını gözləmirdi. Lakin bundan bir müddət sonra Pentaqonun sabiq rəhbəri Eş Karter Müdafiə İnnovasiya Bölməsi-Təcrübi mərkəzinin əsasını qoyaraq, Siebellə əlaqə saxladı. Çinli həmkarları kimi pentaqonlular da firma ilə süni zəka sahəsində əməkdaşlıq etmək istəyirdilər.
Dəyanət Ağalarlı
Ordu.az