Dəniz nəhəngi “Nanchang”: Çin ABŞ-a meydan oxuyur?

2020/03/15793-6333892372.jpg
Oxunub: 916     10:36     06 Mart 2020    
Bu yaxınlarda, bütün dünya 25 sentyabr 2019-cu ildə suya buraxılan Çinin 075 tipli universal desant gəmisinin istismara verilməsini müzakirə etdi. İlin sonunda isə Çinin yeni 001A aviadaşıyıcı gəmisini və ya “Shandong” layihəsinin silahlanmaya qəbul edilməsi barədə danışmağa başladılar. İndi Çin sakinlərinin qürurlanması üçün yeni bir səbəbi, bizim üçün isə yeni bir müzakirə mövzusu mövcuddur.

Titanların paradı

12 yanvar 2020-ci ildə, 055 layihəli ilk “Nançang” esminesi Çin Xalq Respublikasının Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Tsindao şəhərində (Çinin şərqindədir) yerləşən hərbi dəniz bazasında istismara verildi. Xatırladaq ki, bu gəmi 2014-cü ildə inşa edilməyə başlayıb və 28 iyun 2017-ci ildə istifadəyə verilib.

Bu tərəfdən hadisə əhəmiyyətsiz görünə bilər. Həqiqətən, bir esmines Çin donanmasına, xüsusilə “Liaoning” və ya “Şandong” kimi nəhənglərin fonunda nə verə bilər? Əslində cavab detallarda gizlənir, baxmayaraq ki, bu vəziyyətdə onları ayırd etmək çətin olmayacaq.

Fakt budur ki, “Nançang” Çin donanmasının ən böyük aviadaşıyıcı olmayan döyüş gəmisidir. Ölçüsünə görə o, adı çəkilən “Şandong” və “Liaoning” təyyarə daşıyıcılarından, 075 tipli UDK-dan və 071 layihəli “Qinçenşan” helikopter daşıyıcılarından geri qalır.

Xatırlatmaq yerinə düşər ki, keçən il iyunun 6-da çinlilər səkkizinci belə gəmini suya buraxıblar. Bu isə həqiqətən hörmətə layiq addımdır. Daha bir izahlı nümunə verilə bilər. “Tikonderoga” tipli ABŞ raket kreyserinin tam su tutumu 9800 tondur. Təxminən 180 metr uzunluğunda olan yeni Çin esminesinin sututumu isə təxminən 13 min tondur. Başqa sözlə, Çin qırıcısı ABŞ kreyserindən daha böyükdür və ya heç olmasa ondan kiçik deyil.

Çinlilər heç də həmişə giqantomaniyadan “əziyyət çəkməyiblər”: əvvəlki 052D esminesləri 7500 ton sututumuna, ilk 2004-cü ildə istismara verilən 052C tipli esminesləri isə 6.600 ton sututumuna malikdir. Böyük Çin gəmilərinin əsas hissəsi 2005-ci ildən bəri 30-dan çox istismara verilən 054 layihəli freqatlardır.

Versiyadan asılı olaraq uzunluğu 134 metr olan freqatlar 3900-4500 ton sututumludur. 055 layihəsinin esmineslərinin isə ölçüsü və müvafiq olaraq potensial imkanları aşağıdır. Burada dünyanın ən güclü esminesləri olan ABŞ-ın “Zamvolt” gəmilərini xatırlatmaq yerinə düşər. İnanılmaz baha dəyəri səbəbindən bu sinifdən cəmi üç gəmi inşa edildi və artıq layihəyə qayıdılmayacaq. Əvvəlcədən təxmin etdiyiniz kimi, çinlilər isə fərqli vəziyyətdədirlər: bu gün “Nançang”dan başqa beş belə gəmi artıq istifadəyə verilib.

2018-ci ildə “The Diplomat” nəşrinin verdiyi məlumata görə, ÇXAO donanması səkkiz ədəd 055 layihəli esmines əldə etmək istəyir, lakin bunun yalnız başlanğıc olması da mümkündür. “GlobalSecurity.org” saytının mütəxəssisləri hərbi ekspert Gu Huopingə istinadən yazırlar ki, 055 tipli esmineslərin sayı 16-ya çata bilər. Bu, əlbəttə ki, bütün dövrlərdə ABŞ tərəfindən inşa edilən “Tikonderoga” (27 gəmi) və “Arly Burke” (67!) esmineslərinin sayından xeyli azdır. Bəzi köhnə “Ticonderoga”lar 2004-cü ildən aktiv olaraq silahlanmadan silinməyə başlayıb. “Arly Burke” isə 055 layihəsinin esmineslərindən əhəmiyyətli dərəcədə kiçikdir.

Mübarizə potensialı

Bütün bunlar isə “şərəfli” Çin ənənəsinə görə barəsində çox az həqiqəti bildiyimiz gəminin döyüş potensialı kontekstindən kənarda nəyisə düşünmək mənasını vermir.

Şübhəsiz ki, silahlanmanın əsasını müxtəlif məqsədli raketlər üçün 112 yuvası olan universal şaquli atıcı qurğular təşkil edir. 64 yuvalıq nəqliyyat atıcı konteyneri üst quruluşun qarşısında, daha 48 yuva isə üst quruluşun mərkəzində, anqarın qarşısında yerləşir. Bəlkə də “Ticonderoga” ilə müqayisə tam yerinə düşmür, çünki bildiyimiz kimi, kreyser “Tomahawk” qanadlı və SM-1 zenit raketləri üçün 122 ədəd şaquli atıcı qurğuya malikdir.

Çin esmineslərinin tərkibinin ətraflı təsnifatlandırılması, təsdiqlənən məlumatların olmaması səbəbindən çətindir.

İngilis mənbələrinə görə, universal atıcı qurğular aşağıdakı raket növləri üçün istifadə edilə bilər:

- HHQ-9 (bəlkə də DK-10A) zenit raketləri;
- YJ-18 gəmi əleyhinə raketlər;
- CJ-10 uzun mənzilli qanadlı raketlər;
- sualtı əleyhinə torpedalar.

YJ-18 gəmi əleyhinə raketlərin atəş məsafəsi mütəxəssislərin fikrincə, 540 kilometrə çata bilər. CJ-10 raketinin yerüstü versiyada atəş məsafəsi təqribən 2000 kilometrə qədərdir. Bundan əlavə, gəmi bir ədəd 130 mm H/PJ-38 artilleriya qurğusu, bir ədəd 30 mm H/PJ-11 zenit artilleriya kompleksi və 24 idarəedilən raketə malik HHQ-10 zenit qurğusu daşıyır. Gəminin göyərtəsində eyni zamanda, “Changhe” Z-18 orta ölçülü hərbi nəqliyyat helikopteri də yerləşir.

Əvvəllər açıqlanan məlumata görə, 055 layihəli esminesin güc qurğusu, hər biri 38 min at gücünə sahib 4 ədəd QD-280 qaz turbinli mühərrik bazasındakı COGAG sisteminin əsasında qurulub. Ümumi gücü - 150 min at gücündən çoxdur. Bundan əlavə, göyərtədə 6 ədəd QD-50 qaz turbin generatoru mövcuddur. Esminesin sürətinin 30 düyümə (saatda 55 kilometrə) çatacağı ehtimal edilir. Gəminin ekipajı 300 nəfərdən çoxdur.

İki donanma

Böyük Britaniya ən yaxşı illərində “İngilis donanması ən güclü iki dəniz gücünün birgə potensialına bərabər olması” prinsipini tətbiq edirdi. ABŞ-ı isə öz nümunəsində belə bir prinsipin reallaşdırılması təhdid etmir. Ötən ilin mayında “Popular Mechanics” jurnalı Çinin ABŞ-dan daha çox döyüş gəmisinin olduğunu bildirdi. Çin Donanması Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrindən 13 ədəd daha çox gəmiyə, yəni 300 gəmiyə malik oldu.

2019-cu ilin dekabrında isə Çin gəmiqayırma sənayesi bir növ dünya rekordu əldə etdi: 2019-cu ildə donanma üçün 9 ədəd esmines inşa edildi və suya buraxıldı. Ümumilikdə, 2019-cu ildə Çin gəmiqayırma zavodları Çin Xalq Respublikasının Hərbi Dəniz Qüvvələrinin maraqlarında 23 suüstü gəmini suya buraxdılar. Bunların arasında kifayət qədər böyük döyüş vahidləri də mövcuddur.

Lakin bu məlhəmdə ürəkbulandıran milçək də yox deyil. 2019-cu ilin noyabr ayında “South China Morning Post” qəzeti, Çin Müdafiə Nazirliyindəki bir mənbəyə istinadən, Çin aviadaşıyıcılarının yaradılması proqramının dondurulacağını və Çinin ümumilikdə 4 ədəd bu tip gəmiyə malik olacağını bildirdi. Bu dezinformasiyaya da oxşayır, çünki çinlilər “tam həcmli” aviadaşıyıcılar inşa etməyi hələ öyrənməyiblər: nə start katapultları, nə göyərtə tipli stels qırıcıları, nə də bu sahədə böyük təcrübələri yoxdur. Lakin nüvə sualtı qayıqları ilə problemləri də çoxdur...

055 layihəli esmineslər haqqında nə demək olar? Onlar ABŞ Hərbi Dəniz Qüvvələri üçün ciddi bir rəqib deyil: İkinci Dünya müharibəsindən sonra əsas taktiki vahid aviadaşıyıcılardır. Beləliklə, esmineslərə Çin Hərbi Dəniz Donanmasının regional möhkəmləndirilməsi kontekstində baxılması daha doğru olardı. Onları 1144 Layihəli “Orlan” kreyseri kimi “Amerika təyyarəsi daşıyıcılarının qatili” olaraq, olduğundan artıq dəyərləndirmək (və ən təəccüblüsü odur ki, hələ də onu “böyütməkdə” davam edirlər) heç doğru deyil.

Yazı İlya Leqatın məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin-ABŞ   Nanchang   HDQ  

Dəniz nəhəngi “Nanchang”: Çin ABŞ-a meydan oxuyur?

2020/03/15793-6333892372.jpg
Oxunub: 917     10:36     06 Mart 2020    