“Tejas” göyərtə qırıcısı: Yeni uğurlar və ya köhnə uğursuzluqlar?

2020/03/15795-6335313100.jpg
Oxunub: 1281     12:20     10 Mart 2020    
2020-ci ilin yanvarın 11-də Hindistanın “Tejas” göyərtə modifikasiyalı qırıcısı ilk dəfə olaraq aviadaşıyıcıya - təyyarə gəmisinə endi. Ertəsi gün ilk uçuş baş tutdu. Sonrakı bir neçə gün ərzində lazımi məlumatları toplamaq üçün yeni uçuşlar keçirildi. Daşıyıcı qırıcısının sınaqları qürur hissi yarada bilərdi, lakin “Tejas” layihəsindəki real vəziyyət nikbinliyə imkan vermir.

Uzun hekayə

Bildiyiniz kimi, Hindistan Hərbi Hava Qüvvələri üçün perspektiv LCA “Tejas” qırıcısının inkişafı 80-ci illərin əvvəllərində başladı və ilk uçuşu yalnız 2001-ci ildə baş tutdu. Bundan bir neçə il sonra mövcud və perspektivli aviadaşıyıcılarında xidmət edə biləcək qırıcının modifikasiyasını hazırlamaq təklifi gəldi.

N-LCA Mk 1 “Tejas” göyərtə modifikasiyasının inkişafı 2000-ci illərdə “Hindustan Aeronautics Limited” (HAL) tərəfindən həyata keçirildi. 2009-cu ildə Müdafiə Nazirliyi altı prototipin inşasını sifariş verdi. 2012-ci ilin aprel ayında NP1 təyinatlı ilk prototipin uçuş sınaqlarına başlandı. 2015-ci ilin fevral ayında isə təkoturacaqlı NP2 prototipinin uçuş sınaqları başladı. Bir neçə ildir ki, başqa bir təyyarənin də inşası davam edir. Sifariş verilən təyyarələrin qalan hissəsi, ehtimal ki, heç vaxt hazırlanmayacaq.

Sınaqların bitməsindən əvvəl, 2016-cı ilin oktyabr ayında, N-LCA təyyarələrində işlərin dayandırılması qərara alındı. Əsas problem texniki xüsusiyyətlərinin zəif olmasında idi. Sınaqlar zamanı “Tejas”ın kütlə-güc nisbətinin yetərli olmadığı müəyyən edildi. Maksimum kütlədə tramplindən havaya qalxmaq mümkün olmadı, bu isə təyyarənin döyüş keyfiyyətlərini ciddi şəkildə məhdudlaşdırdı.

Mövcud “Tejas Mk 1” göyərtə qırıcısından imtina edilməsi ilə əlaqədar olaraq, HDQ üçün daha yüksək performansa malik yeni bir təyyarənin hazırlanması təklif edildi. Uyğun xarici vasitə tapmaq üçün tender də elan edildi.

İkinci cəhd

2018-ci ilin mart ayında Hindistan Müdafiə Nazirliyi yeni bir təkliflə çıxış etdi. “Made in India” konsepsiyasının bir hissəsi olaraq, LCA “Tejas” proqramı üzərində işlərin sürətləndirilməsi, o cümlədən göyərtə təyyarəsinin dizaynının bərpa edilməsi təklif edildi. Hərbi Dəniz Qüvvələrində ortaq bir fikir olmamasına və bəzi müqavimətlərin mövcudluğuna baxmayaraq, iki göyərtə tipli “Tejas” qırıcısını sınaqlara qaytardılar.

2018-ci ilin iyul ayında prototip “Tejas NP2” yenidən havaya qalxdı. Bu sınaq mərhələsindən əvvəl təyyarədə yeni avadanlıqların quraşdırılması sona çatdırıldı. Bir neçə həftə sonra aviadaşıyıcı göyərtəsini tramplin və finişerlər ilə stimulyasiya edən “Shore-based Test Facility” (SBTF) yerüstü kompleksində sınaqlara başlandı.

Keçən ilin sentyabr ayında SBTF kompleksində aviadaşıyıcıda işlərin maksimum stimulyasiyası ilə tammiqyaslı uçuş və eniş sınaqları başladı. NP1 və NP2 prototipləri tramplindən qalxdılar və finişerə endilər. Yerdəki göyərtə stimulyatorundakı sınaqlar bütün uçuş və enmə rejimlərini işlətməyə imkan verdi, bundan sonra real şəraitdə sınaq keçirmək üçün icazə alındı.

11 yanvar 2020-ci ildə eksperimental N-LCA “Tejas NP2” təyyarəsi ilk dəfə “Vikramaditya” təyyarə gəmisinin göyərtəsinə endi. Yanvarın 12-də isə tramplindən ilk uçuşu baş tutdu. Sonrakı bir neçə gün ərzində göyərtəyə enmə və qalxma uçuşları həyata keçirildi. Bu işlərin bir hissəsi olaraq, göyərtə təyyarəsini hazırlayarkən istifadə edilməli olan lazımi məlumatlar toplandı.

Daimi müvəqqəti problemlər

LCA “Tejas” proqramı daim müxtəlif problemlərlə qarşı-qarşıyadır. Bunlar dizayn, inşa və cihaz sınaqlarında və s. ciddi gecikməyə səbəb oldu. İndi isə eyni uğursuzluqlar aviadaşıyıcı qırıcısının dizaynına təsir edir. Nəticədə, N-LCA “Tejas” layihəsinin uğurla başa çatdırılması perspektivləri ən azından tam aydın deyil.

Təcrübəli “Tejas” göyərtə qırıcısının inşasına 10 il əvvəl başlanıb və o vaxtdan bəri sifariş edilən 6 maşından yalnız 2-si hazırlanıb. Qalanları ehtimal ki, bu və ya digər səbəbdən hazırlanmayacaq. NP1 və NP2 qırıcıları artıq ikinci sınaq dövrünü keçir, lakin onların gələcəyi qeyri-müəyyəndir.

Onsuz da 2012-16-cı illərdə sınaqların ilk mərhələsində göyərtə qırıcısının xüsusiyyətlərinin zəif olduğu və döyüş tapşırıqlarının bir hissəsini həll edə bilmədiyi aşkar edilmişdi. Bu çatışmazlıqları düzəltmək üçün əsas xüsusiyyətlərin artmasını təmin edə biləcək layihəyə əsaslı bir şəkildə yenidən baxılması tələb olunurdu. Lakin bu istiqamətdə əməli iş aparmadan və avadanlıqlarda əsas dəyişikliklər etmədən qırıcını yeni sınaq mərhələsinə çıxardılar.

Ötən payızda iki “Tejas” qırıcısı SBTF yerüstü kompleksində sınaqdan keçirildi. Bir neçə gün əvvəl real aviadaşıyıcıdan uçuşlar keçirildi. Prototiplər göyərtəyə enmək və oradan qalxmaq qabiliyyətlərini göstərdilər, lakin daha çoxuna ümid etmək mümkün deyil.

“Vikramaditya” daşıyıcısında keçirilən sınaqlarda uçuş və enmə kütləsinə olduqca sərt məhdudiyyətlər tətbiq edildi. Bunun nəticəsində aviadaşıyıcıda xüsusi döyüş qabiliyyətləri nümayiş etdirilmədi, yalnız fundamental imkanlar göstərildi. Lakin daha əvvəl kütlə məhdudlaşdırılması ilə “Tejas”ın bəzi döyüş sursatlarını daşıya bilməsi müəyyən edilmişdi.

Beləliklə, hazırda N-LCA “Tejas Mk 1” layihəsi çox qəribə görünür. Təyyarə aviadaşıyıcıda sınaqdan keçirildi və bəzi imkanlarını təsdiqlədi. Bütün bunlarla bərabər göyərtə qırıcısının həqiqi döyüş keyfiyyətləri arzuolunan səviyyədən uzaqdır.

Kütlə məhdudiyyətlərinə görə “Tejas” böyük yanacaq ehtiyatı və maksimum sursat daşıya bilmir. Nəticədə, göyərtə tipli “Tejas” qırıcısının hazırkı formada gələcəyi qeyri-müəyyəndir.

Alternativlər

2016-cı ildə daha yüksək xüsusiyyətləri olan göyərtə qırıcılarının yeni bir versiyası yaratmaq təklifi gəldi. DRDO və HAL tərəfindən təklif olunan N-LCA Mk 2 layihəsi, xaricdə istehsal edilən və daha güclü “General Electric” F414 mühərrikindən istifadə edərək “Tejas” qırıcılarının modernləşdirilməsini təmin etdi. Sonra bu təklif nominal dəstək aldı, lakin ötən müddət ərzində işlər ilkin araşdırmadan o tərəfə keçmədi.

Ötən il təyyarə istehsalçıları “Twin Engine Deck Based Fighter” (TEDBF) adlı yeni bir təklif irəli sürdülər. Bu layihə iki F414 mühərrikli N-LCA Mk 2 qırıcısının modifikasiyasını təklif edir. Bu tip ilk eksperimental təyyarənin bu on illiyin ortalarında qurulacağı vəd edilir. Hindistan Hərbi Dəniz Qüvvələri hələ də bu təklifi öyrənir, sifariş isə verilməyib.

2016-cı ildə N-LCA layihəsi üzrə iş dayandırıldıqdan sonra xarici dizaynlı göyərtə tipli qırıcı təyyarələrin alınması üçün tender elan edildi. Aviadaşıyıcıları təchiz etmək üçün Hindistan HDQ-si 57 ədəd qırıcı təyyarə almaq niyyətindədir. İndi HDQ təklifləri öyrənir və qalib seçməyə hazırlaşır.

Xarici avadanlıqların alınması üzrə tender, əslində yerli N-LCA Mk 1. layihəsinə alternativdir. TEDBF layihəsi ilə bağlı vəziyyət fərqlidir. Belə bir qırıcının hazırkı tenderin nəticəsindən asılı olmayaraq hazırlanması təklif olunur. Onun inkişafı hazır nümunələrin alınmasını istisna etməməlidir.

Gələcəyi olmayan gələcək

LCA “Tejas” proqramı çoxdan bədnam bir layihəyə çevrilib. Layihə çox ləng irəlləyir və istənilən nəticəni verə bilmir. Üstəlik, davamlı problemlər və vaxt dəyişikliyi səbəbindən perspektiv Hindistan qırıcısı, silahlanmaya qəbul edilmədən ümidsiz olaraq köhnəlib. Bu təyyarənin göyərtə versiyasını hazırlamaq cəhdi də uğurlu sonluqdan çox uzaqdır.

Baza qırıcı “Tejas Mk 1” yüksək imkanları ilə fərqlənmir, buna görə də göyərtədəki modifikasiyanın da çox məhdud praktik dəyəri var. Bunun nəticəsində yeni layihələrə başlandı və idxal olunan avadanlıqların alınması üçün tender elan edildi. Yerüstü kompleksdə və real aviadaşıyıcıda göyərtə qırıcılarının son sınaqları lazımi təcrübə qazandırsa da, layihənin gələcəyini dəyişdirə bilmədi.

Göründüyü kimi, növbəti bir neçə il ərzində Hindistan Hərbi Dəniz Qüvvələri aviadaşıyıcısını təchiz etmək üçün yeni göyərtə qırıcısını seçməli olacaq. Lakin bu idxal edilən bir qırıcı olacaq və N-LCA Mk 1 “Tejas” göyərtə modifikasiyasının bu çərçivədə real perspektivləri yoxdur. “Tejas” bazasında yeni inkişaflar daha uğurlu ola bilər, lakin bu nəticələr cari onilliyin ortalarından daha erkən mümkün deyil.

Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Tejas  

“Tejas” göyərtə qırıcısı: Yeni uğurlar və ya köhnə uğursuzluqlar?

2020/03/15795-6335313100.jpg
Oxunub: 1282     12:20     10 Mart 2020    