Bu barədə
Ordu.az-a şirkətin direktoru Ramin Əhmədov məlumat verib.
Sınaqlar zamanı zirehli gödəkcəyə 7,62×54 mm çaplı SVD snayper tüfəngindən, 7,62 × 39 mm çaplı AKM tüfəngindən və 9×19 mm çaplı tapançadan atəş açılıb.

“Sınaqlar zamanı ballistik panellər və lövhələr zədələnməyib. 9×19 mm tapança ilə vurulan dəbilqə də sınaqdan uğurla keçib”, - deyə Ramin Əhmədov qeyd edib.
Xatırladaq ki, “Buta Armor” 2018-ci ildə Bakıda Bolqarıstanın “MARS Armor” texnologiyalarından istifadə edərək zirehli gödəkcələr və dəbilqə istehsal edən müəssisə təsis edib. Rezident tərəfindən istehsal olunan güllə keçirməz zirehli gödəkcələr dünyanın ilk üçlüyünə daxildir, Avropada isə birincidir. Modellər NATO standartlarına uyğundur. Onlar erqonomik, yüngül və gülləyə davamlıdır. Hər bir döyüşçünün fərdi müdafiəsi Azərbaycan ordusunda prioritet məsələdir. 2018-ci ilin sonunda bütün icazələr alınıb.

2019-cu ilin əvvəlində bədən zirehlərinin istehsal sahəsi yaradılıb. Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən zirehli gödəkcələrin ballistik sınaqları (atəşlə) uğurla həyata keçirilib, onların nəticəsi isə bağlanan müqavilələrdir.
Ordu.az