“LEGAT Gen2” termal nişangahları nəyə qadirdir? - ARAŞDIRMA

2020/03/prits-20583248517.jpg
Oxunub: 2199     17:00     04 Mart 2020    
10-15 il əvvəl adi atıcılar üçün əlçatan olmayan bir çox yüksək texnologiyalı silah nişangahları bu gün artıq bazarda öz mövqelərini möhkəmləndirir. Əsrin əvvəllərində insanların nişangahlara hansı təəccüblə baxdıqlarını xatırlayın. Bəs indi? İndi bu adi hal olmasa da, nadir bir cihaz da deyil və artıq çox da baha olmayan termal görüntü nişangahları bazarı həm MDB-də, həm də dünyada çox genişlənib.

Adətən 3500 ilə 4500 ABŞ dolları arasındakı qiymət diapazonuna malik olan mülki təyinatlı termal görüntü nişangahları çox vaxt plastikdən hazırlanır, gözəl bir interfeysə sahib olur, lakin sərt şəraitdə və sərt çaplardan atəş açmaq üçün təcrübəli atıcıların ehtiyaclarına tam cavab vermir. Lakin bəzi istisnalar mövcuddur. Bunlardan biri, Belarus ELECTROOOPTIK MMC-nin istehsal etdiyi “LEGAT Gen2” termal nişangahıdır.

Bu şirkətin nə olduğunu və istehsalçı olaraq nə hazırladığını başa düşmək üçün FORTUNA nişangahlarına diqqət yetirməlisiniz. ELECTROOOPTIK MMC 2000-ci illərin sonunda BM seriyasını və klassik ONE cihazlarını inkişaf etdirib. 20 ildən artıq fəaliyyəti dövründə ELECTROOOPTIK MMC elmi araşdırmalar, xüsusi bölmələr, ovçular, polis, təhlükəsizlik və xilasetmə işçiləri üçün çox sayda cihazlar hazırlayıb və istehsal edib. Bu şirkətin cihazlarına Rusiya, Amerika, Afrika, Orta Asiya, Çin, Hindistan və hətta Yaponiyada rast gələ bilərsiniz.

Nəzərdən keçirdiyimiz cihaza qayıdaq. Xarici olaraq “LEGAT Gen2” kifayət qədər sərt görünür, hamar və axımlı formaya malik yeni Avropa dizaynı ilə heç bir əlaqəsi yoxdur. Hər bir əyilmə, hər bir xətt və ya detal funksionaldır. Bütün detallar bir-birini dəstəkləyir və gücləndirir. Ümumi mənzərədə güclü bir korpus çərçivəsi yaradılıb ki, bu da nişangaha alətin xüsusiyyətlərini itirmədən yolsuzluq avtomobilinin kütləsinə tab gətirməyə imkan verir.

Korpusda davamlı material kimi D16-T ərintisindən istifadə edilir, korpusun isə 99% -i metaldır. Cihazın germetikliyinə və möhkəmliyinə təsir etməyən yüksək davamlılığa malik ABS plastikdən yalnız bir neçə kiçik element hazırlanıb.

İstehsal edildikdən sonra korpus cilalanır və xüsusi bir emalla işlənir. Gələcək nişangahın səthinə əvvəlcə 4% (ρ = 0.04) əks olunma əmsalına malik güclü elektrokimyəvi üsulla sərt örtük, bundan sonra isə onun da üzərinə cızıq və qopmalara davamlı olan və heç də əvvəlkindən az davamlı olmayan xüsusi polimer boyası çəkilir. Nəticədə, boya qatına zərər dəysə də, sadə anodlaşdırma və boyamadan fərqli olaraq, korpus infraqırmızı IR spektrdə belə parıldamır. Praktikada belə bir boya qatının təsirinə dair nümunələr: soldakı boya örtüklü bir cihazdır, lakin polimerlə rənglənməyib, sağdakı isə daxili adi anodlaşdırma ilə örtülüb, lakin çöl tərəfi polimerlə rənglənib.

Fərq infraqırmızı işıqlandırma olmadan da nəzərə çarpır, cihaz aktivləşdikdə hansı korpusun lazerin daha yaxşı əks olunduğunu dərhal görə bilərsiniz. Bu vəziyyətdə polimer örtük, yönəldilən infraqırmızı şüanı çox təsirli bir şəkildə mənimsəyir və bu da bir növ qara dəliyə bənzəyir.

Sağ tərəfdə, obyektivin yaxınlığında, əlavə batareya paketi, kollimator nişangahı və ya məsfəölçənin quraşdırıla biləcəyi “Weaver” tipli lövhə yerləşdirilib.

Nişangahın idarəetməsi, onun üst tərəfində yerləşən beş düyməli blokun vasitəsilə həyata keçirilir. Blokun özü, atıcının düymələri görmədən və əlcəklə işləyə biləcəyi şəkildə hazırlanıb. Eyni zamanda, düymələr -40° C-dən aşağı temperaturda belə yumşaq qalır. Menyunu idarə etmək üçün yalnız üç düymə lazımdır: mərkəz, yuxarı və aşağı. Aşağı düymələr (sol və sağ) ekranın arxa işığının (kontrast) parlaqlığının sürətli tənzimlənməsi üçün nəzərdə tutulur.

Nişangahın sağ tərəfində, qaranlıqda atıcının yerini bildirməmək üçün mikrodispleyi məcburi bağlamaq üçün düymə mövcuddur. Ondan istifadə etmək çox rahatdır, çünki əlinizi silahdan çəkməyə ehtiyac yoxdur. Bütün bunlar nişangahın atıcıdan minimal bədən hərəkətləri tələb edən ümumi konsepsiya ilə hazırlandığını bir daha təsdiqləyir. Bu isə atıcının hədəfi pusquda gizlənərək gözlədiyi vəziyyətdə çox vacibdir.

Nişangah iki ədəd CR123 batareyası ilə təchiz edilir. Bu seçim indiyə qədər kütlə/ölçü/güc baxımından ideal bir variant olaraq qalır. Bu yanaşma sayəsində ölçüsü 205×66×90 mm olan ən kompakt modelin kütləsi 480 qramdır; 245×66×90 mm ölçüsü olan ən böyük model isə 950 qramdır. Burada bütün “Gen2” seriyalarında tam ölçülü termal görüntü modullarından istifadə edilməsi nəzərə alınmalıdır. Batareyanın avtonom fəaliyyət müddəti batareyaların keyfiyyətindən asılıdır və təxminən 4 saatdır. Artıq bu gün ELECTROOOPTIK MMC LEGAT nişangahı üçün öz kompakt xarici enerji təchizatı qurğularını hazırlayıb.

Bütöv nişangahın əsasını, yalnız ELECTROOOPTIK MMC-nin cihazlarında quraşdırılan titan oksidə (TiO2) əsaslanan yeni 17 mikronluq sensor təşkil edir. Əslində bu da ASI (Advanced Sensor Integrations) sensorunun sürətini saxlayır. Eyni zamanda, yüksək həssaslıq səbəbindən modul tərəfindən verilən şəkil VOx ilə daha çox uyğun gəlir. TiO2 üçün NETD indeksi 35 mK-dan azdır. Buna görə pis hava şəraitində və ya yüksək rütubətdə “LEGAT Gen2” nişangahı görüntü keyfiyyətinə görə termal görüntülü bahalı analoqlarını üstələyir. Nisbi F1.0 ilə yüksək keyfiyyətli linzaların istifadəsi görüntü keyfiyyətində mühüm rol oynayır. Müştərilərə fokus məsafəsi 40, 54 və 75 mm, qətnaməsi isə 384×288 və ya 640×480 piksel olan sensorlar ilə birlikdə təqdim edilə bilər.

Şəkil 1024×768 piksel qətnamə ilə rəngli HD OLED mikrodispleydə nümayiş olunur, bu isə okulyarda (gözlük daxilində) nəhəng görünür! “LEGAT Gen2”də quraşdırılan mikro qurğuların əsas üstünlüyü onların 450 cd/m2 (rəqiblərdə isə 70-200 cd/m2 qarşı) parlaqlığa malik olmasındadır. Nəticədə, atıcı çoxgünəşli havalarda gözü çox işıqlansa belə rahat işləyə bilir. Gecə çəkilən əlavə şəkillərdən istifadə edərək nişangahın yaratdığı görüntünün keyfiyyətini özünüz qiymətləndirə bilərsiniz.

Dizaynerlər cihazın təmirə yararlığına və davamlılığına kifayət qədər diqqət yetiriblər. Modul dizaynına malik cihaz rahat təmir olunur, buna görə “LEGAT Gen2”nin zəmanətli təmir müddəti 24 saatdan çox deyil. İstehsalçı IP67 standartına uyğun olaraq qorunmanı təmin edir, lakin bu sifariş və əlavə xərclə həyata keçirilir. Baza versiyasında isə cihaz IP66 qorunma standartına malikdir. Sınaqlar göstərdi ki, cihaz suya qarşı sənədlərdə göstərildiyindən daha davamlıdır.

Nişangahın erqonomikası tərifə layiqdir. “LEGAT Gen2”, oxa yerləşdirilən çox əlverişli düymə kilidi ilə üçmövqeli aktivləşdirmə qoluna malikdir. Batareyalardan və ya xarici qidalanma mənbəyindən işləyəcəyinizi seçə bilirsiniz. Üstəlik, batareyalarda işləyərkən onların yükü boşalırsa, cihaz özü xarici qidalanma mənbəyinə qoşulur. Nişangahı silahdan çıxarmadan onu sağ əlinizin baş barmağı ilə söndürə və ya aktivləşdirə bilərsiniz.

“Gen2” nişangahı əsas klaviatura blokunu tamamilə təkrarlayan bir idarəetmə pultuna sahibdir. Naqili olan pult çox praktikdir, çünki batareyalara və ya əlavə devaysa bağlanmaq tələb olunmur. Video çıxışın adapter vasitəsilə xarici enerji mənbəyinə qoşulması təmin edilir.

“LEGAT Gen2” üçün nişangahın mümkün qədər tez mənimsənilməsinə imkan verən tamamilə yeni bir proqram hazırlanıb. Nişangahın işə salınma müddəti 4 saniyədən azdır, sonra isə dərhal atıcı üçün tələb olunan minimum məlumatları göstərən əsas ekrana keçid olunur.

Ekranın aşağı hissəsində isə nizamlanma parametrləri haqqında məlumatı görə bilərsiniz (soldan sağa): seçilən atəş profilinin nömrəsi, rəng palitrasının növü, AGC rejiminin növü və rəqəmsal yaxınlaşma.

4 ədəd tam nizamlanma profili, 5 ədəd rəng palitrası, 3 ədəd AGC rejimi və 4x maksimum yaxınlaşdırma imkanları atıcı üçün əlçatandır.

Ümumiyyətlə, bütün interfeys nizamlanır: məlumatın və ya hədəf markasının, yaxud da hamısının eyni anda ekrana çıxışını bloklaya bilərsiniz.

Hədəf markasının ölçüsü nizamlanır (görüntünün miqyaslanması isə hədəf markasının mərkəzinə nisbətdə nizamlanır), bucaq ölçüləri isə məsafəni təyin edə bilir.

Cihaz üçün təlimata bütün bucaq və məsafə ölçülərinin ətraflı göstərildiyi cədvəl də əlavə olunur.

Yeni proqramın maraqlı xüsusiyyətlərindən biri X və Y oxları boyunca düzəlişləri tez bir zamanda daxil etmək bacarığıdır.

Menyu düyməsini 3 saniyədən çox basıb saxlamaq kifayətdir ki, düzəlişlər üçün pəncərə açılsın. Oxlar boyunca keçid menyu düyməsinə qısa müddətli basmaqla əldə edilir, sol və sağ küncdə isə bütün lazımi məlumatlar göstərilir (“sıfır” profili və yeni koordinatlar). Düzəlişlər bitdikdən sonra növbəti hərəkəti seçə bilərsiniz.

Cihazın menyusu mobil telefon münyusundan mürəkkəb deyil: hər şey sadə və aydındır. Çox vaxt istifadəçi təlimatlara baxmadan 5 dəqiqədən sonra onu mənimsəyir.

Nişangahın digər faydalı bir xüsusiyyəti, kronşteynin üfüqi müstəvidə üç vint ilə tənzimlənmə qabiliyyətidir. Buna görə, hətta ən əyri lülə və ya kronşteynlə üfüqdə “sıfır”ı tuta bilərsiniz. Şirkət nişangaha “Weaver” tipli iki növ kronşteyn (vintlə bağlanan və tez çıxarıla bilən), MAC adapteri və LM prizması da təklif edir. Həmçinin nişangahı atıcıya uyğunlaşdırmaq üçün 3 fərqli adapter təklif olunur (bu nişangahı uzununa sürüşən çaxmağa malik tüfəngə yerləşirildikdə vacibdir). Ümumiyyətlə, istehsalçı nişangahın rahat istifadəsi üçün lazım olan hər avadanlığa malikdir və Sizin nəyinsə analoqunu axtarmağa ehtiyacınız olmayacaq.

“LEGAT Gen2”nin əsas istifadə fəlsəfəsi, .308-ə qədər çapa malik yüngül avtomatik və yarımavtomatik tüfənglərə quraşdırılmaqdan ibarətdir, çünki bu nişangahdan optimal atəş məsafəsi 400-450 metrdir. Eyni zamanda, cihazın özü zərbəyə davamlıdır və .338 “Lapua Magnum” zərbələrinin titrəyişlərini də rahatlıqla “həzm” edə bilir.

Nişangahın yığcam ölçüləri və bəzi modifikasiyaların çox aşağı kütləsi “LEGAT Gen2” cihazlarını tapança-pulemyotlarda istifadə etməyə imkan yaradır.

Hədəf aşkarlama məsafəsinə gəldikdə isə bu kiçik, 384×288 piksel və 40 mm obyektivə malik model üçün 1400 m-dən başlayır və 640×480 piksel və 75 mm obyektivə malik versiya üçün 2400 m-də bitir. Bundan uzun obyektivli platforma hələlik mövcud deyil.

Xüsusi bölmələrdə keçirilən sınaqlar zamanı 7.62×54 çaplı 1200 ədəd və 7.62×39 çaplı 400 mərmidən atəş açılıb. Nişangahın fəaliyyətində heç bir qüsur tapılmadı. Bəzi modifikasiyaların nizamlanma addımı çox səmərəlidir. Məsələn, 384 matrisalı və 75 mm obyektivə sahib nişangah hər addımda cəmi 0.35 MOA verir ki, bu da 350-400 m məsafədə kiçik hədəfləri dəqiq bir şəkildə qrup şəklində toplamağa imkan verir.

“LEGAT Gen2” nişangahı isə əsl işçi cihazdır, artıq heç bir funksiyası yoxdur, həqiqi mütəxəssis üçün rahat və effektiv atəş üçün hər bir funksiyaya malikdir.

Onun əsas üstünlüyü sadə və etibarlı olmasındadır. Buna görə təəccüblü deyil ki, bu nişangah yalnız ovçular üçün deyil, eyni zamanda Belarus, Rusiya və Polşa təhlükəsizlik qüvvələri üçün də böyük maraq doğurur.

“LEGAT Gen2” nişangahını sınaqdan keçirən müstəqil ekspertlər, bu cihazın demək olar ki, heç bir ciddi mənfi cəhətləri olmayan azsaylı avadanlıqlardan biri olduğu qənaətinə gəliblər. 400 metrdən artıq məsafə üçün profillərinin olmaması doğrudur. Əlbəttə tamhəcmli “Mildot” daha arzuolunandır. CR123 batareyaları da cəmi 4 saat fəaliyyətə davam gətirir. Lakin bütün bunlar əla şəkil, yüksək funksional sürət, zəruri və maraqlı köməkçi funksiyalar, əla erqonomika, kiçik ölçü və kütlə ilə müqayisədə xırda və subyektiv çatışmazlıqlardır.

Bununla bərabər “LEGAT Gen2” lehinə əsas arqument 384 matritsa və 40 mm ölçülü obyektivə malik cihazın cəmi 3600 dollara satılmasıdır, Avropada isə heç bir istehsalçı sizə eyni qiymətə, eyni sinifə aid nişangah təklif edə bilməz! (army-news.ru)

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: LEGAT   Gen2  

“LEGAT Gen2” termal nişangahları nəyə qadirdir? - ARAŞDIRMA

2020/03/prits-20583248517.jpg
Oxunub: 2200     17:00     04 Mart 2020    