“Gələcəyin əsgəri” avadanlıqlarının təkmilləşdirilməsi konsepsiyasına baxış - HƏRBİ EKSPERT

2020/02/uluch-1582185256.jpg
Oxunub: 989     11:43     20 Fevral 2020    
2019-cu ilin yazında Birləşmiş Ştatlar “Gələcəyin Əsgəri” konsepsiyasının daha da inkişaf etdirilməsinə dair baxışlarını təqdim etdi. ABŞ ordusu əsas diqqətini insana yönümlü bir konsepsiya hazırlamağa yönəlib. Konsepsiyada həm məişətdə, həm də döyüş bölgəsində döyüşçü və onun həyatının maksimum asanlaşdırılması ön plana çıxarılıb. İnsanın mərkəzdə olduğu (human-centric) bir yanaşma, hərbi düşüncənin bu istiqamətinin inkişafının əsas xüsusiyyətlərindən biri olaraq elan edilib.

Bir çox cəhətdən, “Gələcəyin Əsgəri” anlayışı və onunla əlaqədar layihələrin ortaya çıxması, 1960-cı illərdə ABŞ-da Vyetnam müharibəsi zamanı meydana gəldi. Konsepsiyanın inkişafı Amerika qoşunlarının itkilərinin artması ilə əlaqələndirildi. Konsepsiya bu itkilərin müxtəlif əlverişli yollarla azaldılmasını nəzərətə tuturdu.

SSRİ-də də oxşar işlərə geniş miqyaslı Əfqanıstandakı müharibə fonunda fəal şəkildə başladı və bitdi. ABŞ konsepsiyası XXI əsrdə ən böyük inkişafına çatdı və bu gün bir çox ölkələrdə həm fərdi əsgərlərin, həm də kiçik taktiki bölmələrin səmərəliliyini və məhsuldarlığını artırmaq üçün işlər görülür.

Əvvəla, elm adamları və mühəndislər müxtəlif əməliyyatlar teatrında piyada olaraq, döyüşlərdə birbaşa iştirak edən hər bir əsgərin döyüş effektivliyini artırmaq üçün çalışırlar. XXI əsrdə bəşəriyyət üçün əldə olunan texniki nailiyyətləri nəzərə alaraq konsepsiya inkişaf üçün ciddi təkan aldı, ayrı-ayrı hərbi personal və taktiki bölmələrin məlumatlandırılması və kompüterləşdirilməsi böyük rol oynamağa başladı.

“Gələcəyin Əsgəri” konsepsiyasının yaradılması üçün müasir layihələr mütləq qaydada döyüşçülərin rəqəmsal döyüş nəzarəti sisteminə, inteqrasiyasına yönəldilir ki, bu da komandanlığa real zamanda çox sayda faydalı döyüş məlumatı əldə etməyə, həvalə edilən qoşunları daha yaxşı əlaqələndirməyə və idarə etməyə, təcrübədə tətbiq olunması mümkün olan döyüş tapşırıqları verməyə şərait yaradır.

Rusiyanın kəşfiyyatçı və tankçılar üçün "Ratnik" avadanlıq dəsti

Bir çox cəhətdən bütün konsepsiya hərbi personal üçün yeni avadanlıq və fərdi silahlanma modellərinin yaradılması ətrafında qurulur. Əsas məqsəd əsgər və taktiki birləşmələrin döyüş effektivliyini artırmaqdır. Buna, bütün bölmənin informasiya bağlantısını artırmaqla yanaşı, hərbçilərin döyüş şəraitində həm öz aralarında, həm də yüksək komandanlıqla əlaqələndirməsinin asanlaşdırılması ilə nail olunur.

Yalnız dəbilqə və zirehli gödəkcə ilə deyil, həm də “dinamik zirehlər”, xüsusi termostatik parçalar və minaların aşkar edilməsi sistemləri kimi yeni müdafiə vasitələrin yaradılması ilə döyüşdə hərbçilərin həyatının uzadılması da ayrıca bir istiqamət kimi inkişaf etdirilir.

Döyüşçülərin fiziki yükünün azaldılmasına, onların səfərdə və döyüşdə hərəkətliliyinin artırılmasına böyük əhəmiyyət verilir, buna həm müasir yüngül qoruyucu vasitə və materialların istifadəsi, həm də ekzoskeletlərin tətbiqi ilə nail olunur.

“Gələcəyin əsgəri” konsepsiyasının bir hissəsi olaraq, ən az silah tətbiq etməklə düşmənə zərbə endirməyə və insan amili ilə əlaqəli riskləri azaltmağa imkan verən müasir kimyəvi-bioloji müdafiə vasitələri, elektron nişangahlar və digər silah idarəetmə sistemləri də hazırlanır. “Dost atəşindən” qorunma üçün insan faktoru ilə bağlı risklərin aradan qaldırılması da gündəmdədir.

ABŞ-ın yeni “gələcəyin əsgəri” konsepsiyası

Məlum konsepsiyaya yenilənən baxış yalnız “insan mərkəzli” ifadədən ibarətdir. Layihənin əsas xüsusiyyəti insan vacibliyini önə çəkməkdir. ABŞ komandanlığının qarşıya qoyduğu məqsəd belə ifadə edilir: “Çalışmalıyıq ki, dünyada ən yaxşı təchiz edilən, qorunan, bəslənən və geyinən bizim qoşunlarımız olsun”.

Bu hədəflərə ABŞ komandanlığı döyüşçülərin yükü azaltmaq, döyüş effektivliyini artırmaq və yaşayış şəraitini yaxşılaşdırmaqla nail olmaq niyyətindədir. Bunun üçün ordunun Natick Araşdırma Mərkəzinin “United States Army Soldier Systems Center”, yəni Birləşmiş Ştatlar Ordusunun Əsgəri Sistemlər Mərkəzinin bir hissəsi olan CCDC “Soldier Center”in direktoru Doug Tomilio, ekzoskeletlərdən yeni çəkmələrə və inkişaf etmiş bazalardakı yaşayış şəraitindən yeni materiallara qədər hər şeyi dəyişdirməyi təklif edir.

Ümumilikdə ABŞ ordusunun Döyüş Qabiliyyətinin İnkişafı Təşkilatı (CCDC) “Gələcəyin Əsgəri” konsepsiyasının inkişafı üçün doqquz sahə müəyyənləşdirib:

1. Döyüşçülərin qidalanması;
2. Yeni fərdi rasionun yaradılması;
3. Əsgərin texnologiyalarının və sistemlərinin inkişafı (bütün avadanlıqların, əlaqəli interfeys və infrastrukturların);
4. Gözlənilməyən hallarda həyati dəstək texnologiyası və əsgərlər üçün sığınacaq;
5. Hərbi qulluqçuların və yüklərin havadan endirilməsi;
6. Yeni parçalar;
7. Simulyasiya və modelləşdirmə;
8. “Hərbi qulluqçunun qabaqcıl texnologiyaları” (ən müasir texnologiyaların, məsələn, nanodron və miniatür PUA tətbiqi);
9. Baza və logistika.

“Gələcəyin Əsgəri” ideyasının inkişaf etdirilməsi konsepsiyası hazırda iki əsas istiqamətə malikdir:

Birincisi, müasir əsgər, əgər qarşısını almaq mümkündürsə, “çətinliklərə və hərbi xidmətin məhrumiyyətlərinə” dözməməlidir. ABŞ komandanlığı əmindir ki, təcrübə birmənalı olaraq “kola və kondisionerə” malik olan döyüşçünün daha təsirli olduğunu və təkcə düşmənlə deyil, həm də yaşayış şəraiti ilə mübarizə aparan rəqib üçün daha böyük təhlükə yaratdığını göstərir.

İkincisi, orduda, əsgərlərin onlarla müxtəlif xidmətlərlə qarşılıqlı əlaqədə olduğu mürəkkəb bir maddi-texniki kompleksdə heç bir kiçik çətinlik belə olmamalıdır. Bu sadə bir nümunə ilə izah olunur: “döyüşçülər üçün qida məntəqəsində” qabların yuyulması üçün suya qənaət edilir. Məntiq sadə və aydındır: su istehlakını azaltmaq - logistika xidmətlərinin yükünü azaltmaq, eyni zamanda isə digər məqsədlər üçün çatdırılan yüklərin həcmini artırmaq deməkdir.

“Gələcəyin əsgəri”nin yeni dəbilqəsi

Gələcəyin əsgərinin imicini formalaşdırmasında uzun müddət qoruyucu funksiyalar yerinə yetirən dəbilqə də böyük rol oynayır. Yeni dəbilqənin faydalarından biri, yeni materialların istifadəsi ilə onun kütləsinin 40 faiz azaldılmasından ibarət olmalıdır. Yeni dəbilqəyə məhdud işıqlandırma şəraitində xüsusilə effektiv olan termal eynək, gecə görüntü gücləndiricilərinə malik görmə cihazları və s. daxil olacağı gözlənilir.

Yeni dəbilqə atıcı silahlara quraşdırılan sensorlarla əlaqəli olacaq, yəni nişangahda görünən hədəf dəbilqədə proyeksiya ediləcək.

“Integrated Visual Augmentation System”in geniş reallıq nümunələri

Yeni dəbilqənin vacib bir xüsusiyyəti ona “Integrated Visual Augmentation System” (Genişlənən Həqiqi Nümunələri Sistemi) adlanan sistemin inteqrasiya olunmasından ibarətdir.

Hazırda ABŞ ordusunda ilk “HoloLens” genişləndirilən reallıq eynəkləri sınaqdan keçirilir, onun inkişafı ilə 2018-ci ilin dekabrında müvafiq tenderi qazanan məşhur “Microsoft” şirkəti məşğuldur. Mediada yayılan məlumata görə, ABŞ ordusunun “Microsoft”la bağladığı bu müqavilənin məbləği 480 milyon dollar olaraq qiymətləndirilib. Ümumilikdə ABŞ ordusu 100 minə qədər eynəyin alınmasını gözləyir və onların son qəbulu 2028-ci ilə planlaşdırılır.

Gecəgörmə sisteminə inteqrasiya edilməsi planlaşdırılan eynəklərin bir xüsusiyyəti, atıcı tərəfindən görünən real şəklin üzərinə istifadəçi interfeysinin (genişlənən reallığın) yerləşdirilməsindən ibarətdir. İnsan gözü üçün görünən adi şəklin üzərinə müxtəlif faydalı əlavə məlumatlar əlavə edilir. Əsgərin eynəyinin displeyində zaman, kompas, vacib dinamik qeydlər, şəkillər, müttəfiqlərin və rəqibin hansı tərəfdə olduğu barədə məlumatlar əks olunur. Belə eynəklərin yalnız döyüşdə deyil, həm də təlim prosesində əvəzsiz olacağı ehtimal edilir.

Ən müasir təhlükəsizlik dəbilqəsi IHPS

Hazırda yalnız yeni dəbilqənin bütün elementlərinin bir-biri ilə necə inteqrasiya edilməsinə qərar vermək qalıb. Bu problemi həll etdikdən sonra, həddindən artıq təzyiqin, səs-küyün, eləcə də partlayış zamanı yaranan parlaq işığınin mənfi təsirlərini azaltmaq sahəsindəki yeni problemlərin həllinə diqqət yetirmək mümkün olacaq. Sadəcə dəbilqənin özü haqqında danışsaq, o zaman bu an üçün ən mükəmməl ABŞ-ın 82-ci hava-desant diviziyasında sınaqdan keçirilən IHPS (Integrated Head Protection System - İnteqrasiyalı Baş Mühafizə Sistemi) dəbilqəsi hesab edilir.

Tərtibatçıların fikrincə bu dəbilqə, kütləsi 1.51 kq olan ESH (Enhanced Combat Kask) dəbilqəsindən daha yüngüldür, eyni səviyyəli ballistik müdafiəni təmin edir, lakin baş nahiyəsini zərbələrdən 100 faiz daha yaxşı qoruyur. Burada küt cisimlərlə endirilən zərbələrdən bəhs edilir. Əvvəla, bu yalnız əlbəyaxa döyüşün nəticələrini deyil, partlayış nəticəsində əsgərin üzərinə uçan daş parçalarının və bina elementlərinin, həmçinin partlayışın yerdən qaldırdığı torpağın zərbə təsirini minimuma endirir.

6.8 mm çapa keçid

“Gələcəyin Əsgəri” konsepsiyasının inkişafına görə ABŞ hərbçiləri yeni atıcı silahlar əldə etməlidir. Bütün məşhur M4 avtomatik tüfəngləri və M249 SAW yüngül pulemyotları dəyişilməyə məruz qalacaq. ABŞ hərbçiləri çətin, lakin əsaslı bir qərar veriblər – onlar ordunu 5.56x45 mm NATO mərmisindən 6.8 mm çaplı yeni bir mərmiyə keçirmək niyyətindədirlər.

Yeni çaplı perspektiv silahlar “Next Generation Squad Weapons” (NGSW) proqramının bir hissəsi olaraq artıq hazırlanır. 2025-ci ildə mövcud modellərin dəyişdirilməsinə başlamaq planlaşdırılır. Yeni çaplı mərmilərə malik atıcı silahların ilk nümunələrinin sınaqları 2019-cu ilin yayında keçirilib.

6.8 mm mərmi haqqında az şey məlumdur. Yeni mərminin dəfələrlə dəyişdirilmək üçün dəyərləndirilən .280 NATO mərmisinə əsasən və ya tamamilə yeni bir döyüş sursatının bazasında hazırlanacağı barədə məlumat verilmir. ABŞ hərbçilərinin açıqlamalarından məlum olur ki, 7.62 mm çaplı döyüş sursatının ən yaxşı keyfiyyətlərini qorumaqla onun kütləsini 10% azaldılmasını gözləyirlər. Eyni zamanda, yeni sursatın gilizi ağır latundan deyil, xüsusi yüngül polimer materialdan hazırlanacaq.

6.8 mm avtomatik silahın prototipi

Silahın özünün perspektivləri haqqında danışdıqda isə “Gələcək Əsgər” anlayışı çərçivəsində onun təkmilləşməsi, əvvəllər bir neçə dəfə səsləndirilən aşağıdakı xüsusiyyətlərə malik olması gözlənilir:

- yüngül materiallardan istifadə;
- geri təpmənin azalması;
- təkmilləşdirilən erqonomika;
- elektromexaniki tətik;
- atəş məsafəsində artım.

Silahın döyüş sursatı sayğacı ilə təchiz olunması da güman edilir ki, döyüşçü həmişə neçə mərmiyə malik olduğunu bilsin. Adətən hərbi texnikanın ağır modelləri üzərində quraşdırılan, lakin əsgərin vəzifələrinə və atəşi idarəetmə sistemlərinə uyğunlaşdırılan yeni nişangah kompleksinin yaradılmasını da qeyd etmək vacibdir.

Situasiya bilikləri və PUA

“Gələcəyin Əsgəri” konsepsiyasının inkişafı istiqamətlərindən biri döyüşçülərin vəziyyətə nəzarət biliklərini və kəşfiyyat imkanlarını artırmaqdan ibarətdir. Bu istiqamətdə yalnız manqa-taqım kimi taktiki döyüş bölmələrinin deyil, həm də döyüş bölgəsindəki hər bir əsgərin rolunun artırılması planlaşdırılır.

Hazırda ABŞ-da döyüşçülərin düşmənin GPS naviqasiya sistemi və rabitə sisteminin basdırılması şəraitində fəaliyyətinə kömək etməli olan müasir vasitələrin yaradılması üzərində iş gedir. Gələcəkdə hər bir döyüşçü “növbəti otağa və küncün arxasına baxmaq” imkanını əldə edəcək.

ABŞ ordusunun hərbi qulluqçusu nanodronu işə salır

Artıq gücləndirilən reallıq sisteminə malik olan ilk eynəklərin sınaqdan keçirildiyi “Fort Breq” (Şimali Karolina) bazasında ABŞ hərbçiləri nanodronlar kimi tanınan yeni miniatür PUA-ları sınaqdan keçirirlər. Döyüşçülərin təlimi əsgərlərin real döyüş şəraitində qarşılaşa biləcəyi müxtəlif ssenarilərə uyğun olaraq həyata keçirilir. Bu pilotsuz uçuş aparatları artıq manqa və əsgər şəviyyəsində hərbçilərə təqdim oluna biləcək ilk belə cihaz olmalıdır. Hər bir əsgər ondan alınan məlumatlardan istifadə edə biləcək.

Pilotsuz uçuş aparatının ən aşağı səviyyədə istifadəsi, gələcəkdə hərbi personalın itki, yaralanma və xəsarət halllarını azaltmalıdır, çünki pilotsuz uçuş aparatı kəşfiyyat funksiyalarını yerinə yetirməklə şəxsi heyətin döyüş vəziyyəti ilə bağlı bilik və məlumatlarını xeyli artıracaq. Əsl döyüşçülərin əvəzinə kəşfiyyata kiçik pilotsuz vasitələr göndəriləcək.

Yeni fərdi qidalanma rasionu

Müasir orduda yalnız döyüşçülərin şəxsi silahları, fərdi mühafizəsi, geyimi və ayaqqabısı, rabitə və kəşfiyyat vasitələri ilə əlaqəli yeni texnologiya və materiallar deyil, həm də şəxsi heyətin qidalanması çox böyük əhəmiyyətə malikdir. Qeyri-adekvat, natamam və ya keyfiyyətsiz qidalanma şəxsi heyətin iş qabiliyyətini itirməsinə, yorğunluğuna, dözümlülüyün azalmasına səbəb olmaqla bərabər əsgərlərin psixoloji vəziyyətinə olduqca pis təsir edir.

Müasir fərdi qidalanma rasionları (FQR) gələcək əsgər sisteminin digər elementləri ilə eyni istiqamətdə inkişaf edir. Hərbçilərin daşıdığı yükü minimuma endirmək üçün FQR-in yaradıcıları qida kütləsini də azaltmağa çalışırlar.

CCAR fərdi qidalanma rasionu

Hazırda ABŞ-da “Close Combat Assaut Ration” (CCAR) kimi təyin olunan yeni fərdi qida rasionları sınaqdan keçirilir. Mütəxəssislərin fikrincə, hazırda bir manqa əsgərin bir həftə qidalanması üçün quru rasion şəklində təxminən 128 kq qida tələb edilir. İndi isə yeni rasionlar eyni kalori ilə kütləni 39%, həcmi 42%, dəyəri isə 35% azaltmağa imkan verir.

Yeni qida rasionu hazırda prototip mərhələsindədir. Artıq yaradıcılar gündəlik qida kütləsini, vakuum mikrodalğalı qurutma məhsullarının istifadəsi nəticəsində 1.5 kq-a qədər azaltmağa nail olublar. Gələcəkdə eyni kalorili və tərkibli FQR əvvəlkindən 75% daha az yer tutacaq.

Bu uzun müddətli təlim və ya səhra çıxışlarına səfərləri edən döyüşçülər üçün xüsusilə vacibdir. Məsələn, beş günlük bir missiya əsnasında, 15 ədəd quru qida paketinin əvəzinə, əsgərlər 5 ədəd az həcm və kütləyə malik CCAR paketi götürəcək, lakin gündəlik 3000 kkal qida dəyəri dəyişməz olaraq qalacaq. Əsgərlərin kürəyində gəzdirdiyi əşya çantasında boş qalan həcm isə əlavə döyüş sursatı, dərman, avadanlıq və ya su daşınması üçün istifadə ediləcək.

Yazı Sergey Yuferevin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Gələcəyin əsgəri” avadanlıqlarının təkmilləşdirilməsi konsepsiyasına baxış - HƏRBİ EKSPERT

2020/02/uluch-1582185256.jpg
Oxunub: 990     11:43     20 Fevral 2020    