ABŞ-ın hipersəs qanadlı və gəmi əleyhinə raketlərə qarşı mübarizəsi: proses nəticədən daha vacibdir

2019/03/hyper-1552726410.jpg
Oxunub: 745     12:36     18 Mart 2020    
ABŞ son zamanlar həm Rusiyanın, həm də Çinin hipersəs və qanadlı raketlər sahəsində nailiyyətlərindən geri qalmamaq, həm bu silah sistemlərinə qarşı müdafiə məsələləri ilə ciddi məşğul olur.

Həlli olmayan problemi necə həll etmək olar?

ABŞ-ın Raketdən Müdafiə Agentliyi (MDA) bu yaxınlarda Alabamadakı qərargahında müdafiə sənayesinin nümayəndələri ilə faktiki olaraq ələ keçirilməyən hipersəs hədəflərlə mübarizə ideyalarını müzakirə etmək üçün qapalı bir görüş keçirdi.

Qapalı yığıncaqda, “Hipersəs qlayderlərdən regional müdafiə sistemi” adlandırılan proqramın əsasları izah edildi. ABŞ-da manevr edən döyüş bloklarını (MDB), idarəolunan döyüş bloklarını (İDB) və süzən qanadlı blokları (SQB) qlayder adlandırırlar.

Proqram haqqında çox az detal məlumdur, lakin onun adı az da olsa, bəzi ipuçlarını verə bilir. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS – Qeyri-kommersiya beyin mərkəzidir) Raket Əleyhinə Müdafiə (RƏM) üzrə layihəsinin direktoru Tom Karako bəyan edib ki, onlar (Birləşmiş Ştatların Müdafiə Nazirliyi - müəllif) bu silahlara qarşı milli deyil, yalnız regional müdafiə sistemi qurmaq niyyətindədirlər.

Fakt budur ki, mövcud və perspektiv ABŞ raket hücumundan xəbərdarlıq sistemləri (RHXS) tərəfindən kosmik bazalı süzən qanadlı bloklar praktiki olaraq aşkar edilmir. Bu hədəflər üfüqarxası raket hücumundan xəbərdarlıq sistemlərinin radarları üçün də əlçatmazdır, çünki bu bloklar təxminən 60-80 km yüksəklikdə uçur.

Buna görə amerikalılar heç olmasa regional sistem qurmağı düşünürlər. Böyük etimalla onlar Rusiyanın “Avanqard” kompleksinin 20M, bəzən isə 27M sürətinə çatan 15YU71 qitələrarası raketinə qarşı deyil, daha sadə sistemlərə qarşı tədbirlər görürlər. Regional səviyyədə sürət tamamilə fərqlidir, kurs və hündürlüyə görə manevr qabiliyyəti də köklü dərəcədə aşağıdır.

Hətta 5M və daha çox sürətə malik hipersəs gəmi əleyhinə raketlər belə Pentaqon üçün son dərəcə əlverişsiz bir hədəfdir, çünki o hədəflərin məhv etmək vəzifəsini onların əlində olan vasitələrlə həll etmək əlçatmaz vəzifədir. Səsdən sürətli gəmi əleyhinə raketlərlə ABŞ-da hansısa nəticələr əldə edilsə də, hələ ki, bu günə qədər bəzi məsələlər tam həll edilməyib. Hipersəs ilə hər şey çox pisdir, çünki ABŞ-da başa düşürlər ki, bu silah təkcə gəmilərə qarşı deyil, həm də ölkə ərazisində istifadə edilə bilər.

Məşhur raket əleyhinə müdafiə agentliyinin rəhbəri, kosmosdan raket əleyhinə olan hər şeyə dair “büdcə istifadəsi”nin tanınmış ustası Maykl Qriffin əvvəllər bunları söyləyib:

“Sabah müharibə başlayarsa, yəqin ki, hipersəs raketləri və süzən qlayderləri məhv edə bilmərik”.

Müharibə 3-4 ildən sonra və ya 10 ildən sonra başlasa necə? Əslində QABR-ların və sualtı qayıqların ballstik raketlərindən müdafiə ilə bağlı problemin də tam həll edimədiyi ehtimal edilir.

2018-ci ilin mart ayında Senat Silahlı Qüvvələr Komitəsində o zaman Pentaqonun Strateji İdarəetmə Komandanı olan general Con Hayten isə bunları demişdi:

“Bu cür silahlar bizə qarşı istifadə olunarsa, bizi xilas edə biləcək bir mühafizəmiz yoxdur”.

Hayten bu yaxınlarda Baş Qərargah Rəisləri Komitəsinin sədr müavini təyin edildi, bu bir tərəfdən yaxşıdır, o çox adekvat bir insandır, digər tərəfdən isə bu cür proqramları artıq təbliğ etməyə başlayıb.

Konsepsiyalar və təkliflər toplusu

Raketdən Müdafiə Agentliyi yuxarıda göstərilən sistemi yaratmaq üçün proqramda iştirak etmək üçün potensial müraciət edənlərin siyahısını sentyabr ayında məhdudlaşdırdı. Hər zamankı kimi, “Lockheed Martin” şirkəti “Valkyrie Interceptor Terminal Hipersonic Defence” konsepsiyası ilə, “Boeing” kompaniyası “Hypervelocity Interceptor Concept for Hypersonic Weapons” layihəsi ilə, “Raytheon” isə SM3-HAWK raketdən müdafiə sursatı və qeyri-kinetik silah sistemi ilə sona qədər müsabiqədə saxlanıldı.

Bəzi Rusiya KİV-ləri isə dərhal ““Zirkon”lar “Valkyrie” raketlərini məhv edəcək” kimi başlıqlarla xəbərlər tirajlamağa başladılar.

Səkkiz ay ərzində 13 milyon dollardan çox pul xərclənəcək və müqavilənin şərtlərinə görə, hipersəs raketləri ələ keçirə bilən və əsas rəqibləri (Rusiya və Çini) təsirli bir şəkildə çəkindirə biləcək yeni nəsil raketdən müdafiə sistemi yaradılmalıdır.

Əlbətdə ki, heç kim heç kimi məhv etməyəcək, çünki 8 ay ərzində, özü də belə bir kiçik maliyyə ilə, heç kim heç nəyi nə yarada bilər, nə də sınaqdan keçirə bilər.

Bu yalnız konsepsiyaların irəli sürülməsinin erkən mərhələsidir. Ən azından prototipin yaranmasına illər, bəlkə də çox uzun illər sərf ediləcək. Və çox güman ki, bu layihələrin sonu, erkək keçinin süd verməsinə bənzəyəcək. O zaman, həmişə olduğu kimi, yeni bir tender açacaqlar və hər şey yenidən başlanacaq. Digər tərəfdən “Glide Breaker” konsepsiyasını irəli sürən DARPA ilə büdcə “piroqu”nun bölünməsində kimin kimlə mübarizə apara biləcəyi də maraqlıdır.

Griffinin sözlərinə görə, aşağıdan uçan hipersəs qanadlı və gəmi əleyhinə raketlərə yönələn aşağı orbital kosmik izləmə qruplaşmasının yaradılması əsas prioritetdir. Söyləməyinə söylədi, lakin burada eyni RƏM üzrə agentliyin indikindən daha sadə vəzifələri olan, STSS aşağı kosmik orbital sisteminin yaradılmasının nə ilə başa çatdığını xatırlatmaq yerinə düşərdi. ABŞ raketdən müdafiə sisteminin əsas komponenti kimi hazırlanan STSS-dən heç nə çıxmadı. Məhvindən bir qədər əvvəl onu PTSS adlandırdılar və vəzifələrini asanlaşdırdılar, lakin bu proqram da nəticə vermədi.

Bu yaxınlarda PTSS proqramı yenidən gündəmə gətirilib, yəqin bu konsepsiyanı yenidən diriltmək üçün bir daha cəhd etmək istəyirlər. Lakin indi vəzifələr prinsipcə daha böyük və daha çətin həll olunandır.

Əsas odur ki, çox pul xərcləyə bilsinlər. Nəticə vacib deyil, mənfi də ola bilər, əsas odur ki, rəhbər fiqurlar sistemin yaradılmasında deyil, onun üzərində davamlı çalışmaqda maraqlıdırlar. Maykl Qriffinin isə NASA rəhbəri olduğu dövrdən bəri əlindən hər şey gəlir.

Doğramaq üçün yarayar, lakin iş üçün əsla

Qriffin ayrıca olaraq Pentaqonun “hipersəs silahların elektronikasını yandırmaq üçün” elektromaqnit şüalandırma qurğularının RƏM-in ələkeçirici-qırıcılarına yerləşdirilməsi potensialını nəzərdən keçirdiyini də bildirdi.

Bəlkə də birinin başını yandırmaq lazımdır ki, ağıllı düşüncələr ortaya çıxsın. Həm yüksək hündürlükdə, həm də atmosferdə nüvə bloklanmasından xilas olmaq üçün hazırlanan döyüş başlığının elektromaqnit şüalanmaya qarşı qeyri-sabitliyinə inanmaq ağılsızlıqdır. Eynilə, döyüş lazer sistemlərinə və ya proton şüa sürətləndiricilərinə, həm də buna bənzər sistemlərə pul xərcləmək cəhdləri də perspektivsizdir. Adi bir QABR və ya sualtı ballistik raketlərin döyüş blokları lazerdən xüsusilə qorxmur. Atmosferdə lazerlərin səmərəliliyi ümumiyyətlə həddindən artıq məhduddur, çünki adı çəkilən qurğular güclü istilik qorumasına malikdir və fırlanır, buna görə də prinsipcə onu “istiləşdirmək” də mümkün deyil. Və bu cür obyektlərin yüksək güclü lazerlərdən qorunması SSRİ-də 80-ci illərdə, “ABŞ-ın strateji raketdən müdafiə” adlı proqramı başlayanda işlənib.

Gəmi əleyhinə raketi orbitdən neytron şüası ilə məhv etmək ideyası mövcuddur, lakin burada bu obyektləri orbitdən aşkar etmək və yerlərini düzgün müəyyənləşdirmək problemi yaranır, həm də güclü neytron şüalanmasından qorunma bu raketlərdə çoxdan tətbiq olunub.

Əgər doğru dürüst hazırlansa, klassik raketlər daha perspektivli görünür. Ümumiyyətlə, bu istiqamətdə nəticə üçün amerikalılar uzun müddət çalışmalı olacaq.

Yetişməyə çalışın!

ABŞ-ın ağlabatan müddətdə hipersəs silah əldə edilməsində Rusiyaya çatacağı şübhəlidir. Çünki Rusiyada bunlar silahlanmaya qəbul edilən ilk nəsil sistemlər deyil. Əgər SSRİ dağılmasaydı, “Albatros” və digər bu kimi sistemlər QABR-ların başlıqlarında öz layiqli yerlərini çoxdan tutmuş olardı. “Avanqard” mövzusunda isə qanadlı raketin manevr edən qurğusunun mövcud 15YU71 variantını deyil, əvvəlki 15Y70 versiyasını silahlanmaya qəbul etmək mümkün olardı. Rusiya uzun müddətdir ki, hipersəs qanadlı və gəmi əleyhinə raketlər üzərində işləyir. “Avanqard”dan başqa Rusiyada “Ançar-RV” dizayn bürosu fərqli prinsipdən istifadə edəcək və sonradan “Sarmat” raketlərinə quraşdırılacaq perspektiv sistem üzərində çalışır.

ABŞ-ın hipersəs və gəmi əleyhinə raketləri ilə mübarizəyə gəlincə, çox güman ki, bu da Rusiya üçün heç də asan olmayacaq. “Favorit-RM” tipli hipersəs raketlərin simulyatorlarına S-400 və S-300B4 ZRS-lərin az əvvəl uğurla atəş açdığı məlum olub. Lakin bu hədəflərin dəqiq nəyi təqlid etdiyini, manevrlərinin xarakterini kimsə söyləyə bilməz. Nəticə isə həmişəki kimi müsbət olub. Lakin real görüntülər yayımlanmayıb. S-300 üçün hazırlanan 5V55 zenit raketi bazasında yaradılan bu hədəflərin sürəti 6-7 M olduğu ehtimal edilir. Texniki şərtlərə görə, S-500 sistemləri üçün bu hədəflər standart komplektə daxil edilib. Lakin belə bir hədəf HHM-RƏM sistemi üçün çox sadədir, çünki bu hədəflər manevr edə bilmir. Onların məhv edilməsinə də çox az zaman ayrılmalıdır.

Yazı Y. Vyatkinin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Hipersəs-raketləri   Rusiya   Çin  

ABŞ-ın hipersəs qanadlı və gəmi əleyhinə raketlərə qarşı mübarizəsi: proses nəticədən daha vacibdir

2019/03/hyper-1552726410.jpg
Oxunub: 746     12:36     18 Mart 2020    