QZK üçün çoxməqsədli MH-139A “Grey Wolf” helikopteri - ARAŞDIRMA

2020/03/15768-3167675066.jpg
Oxunub: 1261     17:36     10 Mart 2020    
Dekabrın 19-da ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbələr Komandanlığı (Air Force Global Strike Command - AFGSC) təntənəli mərasim çərçivəsində MH-139A tipli ilk seriya istehsalı helikopterini əldə etdi. Bu vasitə qoşun sınaqlarından keçdikdən sonra seriyalı avadanlıqların tam miqyaslı tədarükü başlanacaq. Strateji nüvə qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün yeni helikopterlərdən istifadə ediləcək.

Dəyişmək üçün helikopter

AFGSC şaxta bazalı strateji raket sistemlərinin istismarına və qorunmasına da cavabdehdir. Bu cür obyektləri qorumaq üçün müxtəlif vasitələrdən, o cümlədən patrul helikopterlərindən istifadə olunur. Hazırda bu növün əsas nümunəsi “Bell” UH-1N “Huey” hesab edilir, lakin o artıq köhnəlib və müasir bir vasitə ilə dəyişdirilməyə ehtiyac duyur.

2016-cı ilin sonunda AFGSC yeni bir aviasiya modelinin seçilməsi üçün konkursa start verdi. Proqramın iştirakçılarından biri, Avropa tərəfindən hazırlanan, “Leonardo” (əvvəlki “AgustaWestland”) şirkətinin AW139 helikopterinin dəyişdirilən versiyasının MH-139 layihəsini təklif edən “Boeing” oldu.

2019-cu il 19 dekabr, “Duke Field” bazasında ilk seriya istehsalı MH-139A helikopteri

2018-ci ilin sentyabrında “Boeing” şirkəti öz layihəsi ilə müsabiqədə qalib gəldi və avadanlığın təchizatı üçün müqavilə əldə etdi. MH-139-un əsas rəqabət üstünlüyü inşaat və istismar xərclərinin aşağı olmasından ibarət idi. Müqavilənin şərtlərinə əsasən, 84 ədəd helikopterin təchizatı, texniki xidməti və kadrların hazırlanması vergi ödəyicilərinə 2,4 milyard dollara başa gələcək. Müsabiqədə iştirak edən digər layihələr isə 3.5-4 milyard maliyyə tələb edirdi.

İlk nümunələr

Dekabrın 19-da ABŞ Hərbi Hava Qüvvələrin “Duke Field” (Florida ştatı) aviabazasında keçənilki müqavilə əsasında hazırlanan ilk helikopterin təhvil verilməsi mərasimi keçirildi. AFGSC bu nəqliyyat vasitəsini əldə edərək onu 413-cü sınaq eskadrilyasına təhvil verdi.

Yeni texnikaya rəsmi təyinat olaraq MH-139A “Gray Wolf” (“Boz Qurd”) adı verildi. Hərbi Hava Qüvvələri üçün helikopterin orijinal zavod təyinatını qoruması və əvvəllər istifadə edilən ordu nömrələməsindən kənara çıxması da maraq doğurur. “Boz Qurd” adı bu heyvanın xarakterik xüsusiyyətlərinə - gücünə, dözümlülüyünə və müxtəlif şərtlərə uyğunlaşma qabiliyyətinə görə seçilib. Helikopterin də məhz belə olacağı gözlənilir. MH-139A-dan ibarət “qurd sürüləri” uzun müddətli patrul xidmətləri aparacaq və raket şaxtalarını təhdid edən düşməni axtarmaqla məşğul olacaqlar.

Hələlik 413-cü eskadrilya yalnız bir ədəd yeni helikopteri sınamalı olacaq. Yanvar və fevral aylarında daha üç vasitə də ona təhvil veriləcək. Bu qruplaşma təxminən bir il ərzində qoşun sınaqlarından keçiriləcək və bundan sonra onların mənimsənilməsinə, hərbi hissələrə təhvil verilməsinə başlanacaq.

Gələcək seriya

Avadanlıqların böyük miqdarda yeni tədarükü 2021-ci maliyyə ilində başlayacaq. 20-ci illərin sonuna qədər 80 helikopterin alınması planlaşdırılır, sınaq helikopterləri də nəzərə alınmaqla ümumi say 84 ədədə çatdırılacaq. Lazımi əlavə avadanlıqlar, texniki xidmətlər və pilotların təhsili də sifarişə daxildir.

MH-139A helikopterləri artıq AW139 istehsal xəttinə sahib olan Filadelfiya şəhərindəki “Leonardo Helicopters” fabrikində inşa ediləcək. Yarımçıq qalan və tam dəstləşdirilməyən helikopterlər isə Filadelfiyadakı “Boeing” zavoduna (əvvəlki “Boeing Vertol”) veriləcək. Bu müəssisənin vəzifəsi “Boz Qurd” üzərinə, onu AW139 versiyasından fərqləndirən müxtəlif avadanlıqların quraşdırılmasından ibarət olacaq.

Yeni helikopterlərin əsas məqsədi, AFGSC-nin yerüstü qurğularını qorumaq üçün patrul xidməti aparmaqdan ibarət olacaq. Bunun üçün MH-139A-nın çoxu raket komplekslərinin yaxınlığındakı aviabazalarda yerləşdiriləcək. Montana, Şimali Dakota və Merilend ştatlarının aerodromlarında belə avadanlıqların görünməsi gözlənilir. Helikopterlər digər aviabazalarda bir neçə təlim eskadrilyasının tərkib hissəsi kimi də istismar ediləcək.

Mövcud UH-1N helikopterləri ölkənin hərbi və siyasi rəhbərliyinin nümayəndələrini daşımaq üçün vasitə kimi istifadə olunur. MH-139A helikopterlərinin də bu funksiyanı əldə etmək ehtimalı böyükdür.

Müsabiqənin texniki tələblərinə görə, yeni helikopterlərin ən az 30 il xidmət müddəti olmalıdır. Bir vasitə üçün illik uçuş müddəti 480 saatdan az olmayacaq. Yeni avadanlığın tədarükü tədricən yetmişinci illərin köhnə UH-1N helikopterlərini silahlanmadan çıxarmağa imkan verəcək.

“Boz Qurd”un üstünlükləri

Silahlanmaya qəbul edilən “Boeing/Leonardo” istehsalı MH-139A helikopteri köhnə avadanlıqları dəyişdirərək onların vəzifələrini yerinə yetirməli olacaq. Eyni zamanda, tələb olunan işlərin yerinə yetirilməsi səmərəliliyinin əhəmiyyətli dərəcədə artması ilə bərabər, bu prosedurlar nəzərəçarpacaq dərəcədə sadə və ucuz olacaq.

MH-139A layihəsi, çoxməqsədli AW139 helikopterinin məşhur və effektiv platformasına əsaslanır. Müasir çoxməqsədli MH-139A helikopteri mövcud avadanlıqların köhnəlməsi ilə bağlı ciddi bir problemi həll etməyə və gələcək bir neçə onilliklər ərzində strateji nüvə qüvvələrinin yerüstü komponentlərinin normal xidmətini təmin etməyə imkan verəcək.

Raket bölmələrinin mövqe rayonları müxtəlif mühafizə sistemlərinə, o cümlədən patrul və daşınma aviasiya vasitələrinə ehtiyac duyur. ABŞ-ın müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edən bu cür vəzifələr uzun müddətdir ki, resurslarını bitirən köhnə helikopterlərin köməyi ilə həll edilirdi. Onlar 2021-ci ildə daha yüksək xüsusiyyətlərə və geniş imkanlara malik müasir vasitələrlə əvəzlənəcək. Yeni “Boz Qurd”lar “Huey” helikopterlərini əvəz edərək növbəti 30 il ərzində onların vəzifələrini yerinə yetirəcəklər.

Lakin MH-139A helikopterlərinin döyüş növbətçiliyi vəzifəsi gələcək məsələdir. Bu günlərdə AFGSC-yə təhvil verilən ilk helikopter yalnız qoşun sınaqları üçün nəzərdə tutulur. Tezliklə daha 3 helikopter də ona qoşulacaq. Yeni avadanlıqların tam istismarına ən azı bir il və ya daha sonra başlanacaq, eskadrilyaların tamamilə yenidən təchiz edilməsi isə bir neçə il çəkəcək. Lakin modernləşmə prosesinə artıq başlanıb və ABŞ Hərbi Hava Qüvvələrində bu sahə üzrə ciddi pessimizm üçün səbəblər aradan qalxıb.

Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

QZK üçün çoxməqsədli MH-139A “Grey Wolf” helikopteri - ARAŞDIRMA

2020/03/15768-3167675066.jpg
Oxunub: 1262     17:36     10 Mart 2020    