Qlobal helikopterlər bazarı 2019-2025

2019/12/9e687-1576832999.jpg
Oxunub: 7504     16:40     20 Dekabr 2019    
Dünyada helikopter bazarının 2019-cu ildəki 31.7 milyard ABŞ dollarından 2025-ci ilə qədər 37.4 milyard ABŞ dollarına qədər artacağı proqnozlaşdırılır.

Ordu.az xəbər verir ki, “ResearchAndMarkets.com” saytı qlobal helikopter bazarındakı vəziyyətlə bağlı araşdırma aparıb.

Araşdırmada qlobal helikopter bazarı ilə bağlı 2019-2025-ci illərdəki proqnozlar müəyyənləşdirilib.

Sənəddə qeyd olunub ki, növbəti nəsil helikopterlərin inkişafı, artan avtomatlaşdırma, texnoloji inkişaflar və aviasiya sənayesinin genişlənməsi qlobal helikopter bazarının genişlənməsinə səbəb olacaq.

Araşdırmaya görə, mülki və kommersiya dəniz helikopterləri seqmentinin proqnoz dövründə yüksək sürətlə böyüməsi gözlənilir.

Qeyd olunur ki, qlobal helikopter bazarına “Airbus Helicopters SAS” (Fransa), “Bell Helicopters” (ABŞ), “Boeing Company” (ABŞ), “Leonardo SpA” (İtaliya), “Sikorsky-Lockheed Martin” (ABŞ), “Russian Helicopters” (Rusiya) və “Kawasaki Heavy Industries” (Yaponiya) kimi əsas oyunçular daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Helikopter   Bazar  


Bizi "telegram"da izləyin